Bakı və Abşeron TƏBİB-dən alındı

Paytaxt Bakı və Abşeronda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyətləri sonlandırılıb.
Yenicag.az xəbər verir ki, TƏBİB-in əlindən alınan ərazi bölmələri səhiyyə nazirliyinin tabeliyinə verilib.
TƏBİB-in “40-ı çıxmamış” səhiyyə nazirliyi Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrinə vakansiya da elan edib.
Yaradıldığı ilk gündən etibarən nazirliklə TƏBİB arasında gedən “səlahiyyət savaşı” zaman-zaman mətbuata yansımış, xəstəxana baş həkiminin bir gündə iki dəfə dəyişdirilməsi halları yaşanmışdı.
Vəzifəsi vətəndaşların sağlamlığını qorumaq, tibbi xidmətdən yararlanmağı asanlaşdırmaq olan bu iki qurum ilkin məqsədlərindən uzaqlaşdırılaraq mənafe savaşının meydanına çevrilib.
Səlahiyyət məsələsindəki qeyri-müəyyənlikdən zərərli çıxanlar isə təbii ki vətəndaşlar olur. Səhiyyədə hökm sürən pərakəndəlik vətəndaşlara göstərilən xidmət səviyyəsini aşağı salır, yaranmış problemləri qurumlar bir-birinin üzərinə ataraq məsuliyyətdən yayınırlar.
Bakı və Abşeronun TƏBİB-dən alınması onu göstərir ki, nazir vəzifələrini icra edən Teymur Musayev sələfindən fərqli olaraq nazirliyin itirilmiş mövqelərini geri qaytarmaq üçün əməli fəaliyyət keçib.

yenicag.az
шаблоны для dle 11.2
06-09-2021 21:42 Baxılıb: 480    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}