Qadınlar üçün ailə qanunlarıƏrin işdən evə gələndə onun yorğun üzünə baxıb əhval-ruhiyyəsini anlamağa çalış. Xoş sima ilə, nəvazişlə yorğunluğunu ona unutdur. Əgər işi barədə sənə danışırsa, bunu sənə qarşı etimad və sirdaşlıq kimi qəbul et. Hətta söhbət sənin üçün maraqlı olmasa belə dinlə. Əgər yoldaşın öz işi barədə danışmaq istəmirsə, inadkarlıq göstərmə, təkid etmə. Ərini hər səhər işə yola salmaq üçün oyanmağa çalış. Bu hərəkətlə ona qarşı diqqətini ən bariz şəkildə göstərmiş olarsan. Onu qapıya kimi ötür, xoş sözlə, dua ilə yola sal. Evin əmlakına məsuliyyətlə yanaş. Bunları almaq üçün nə qədər zəhmətlər çəkildiyini unutma. Əgər həyat yoldaşın evə bağlanmırsa, dostları ilə yeyib-içməyi evdə şam etməkdən üstün tutursa, əvvəlcə bunun səbəbini aydınlaşdır, sonra həmin səbəbi aradan qaldırmağa giriş. Günahı ərinin boynuna yıxmağa tələsmə. Yaxşı düşün: bəlkə bu vəziyyətin yaranmasında sənin də təqsirin var? Uşaqları ataya hörmət hissi ilə böyüt.
Rüşvətə görə tutulan gömrükçülərin şifrəli yazışmaları - “Litr”, “qırmızı alma”Bakı Baş Gömrük İdarəsinin həbs edilən əməkdaşlarının rüşvət alarkən istifadə etdikləri şifrəli danışıqları üzə çıxıb. “Kriminalqafqaz”ın istintaq materiallarından əldə etdiyi məlumata görə, İdarənin maliyyə inspektoru Azər Baxşıyevin baş inspektor Elmar Mirzəyevlə yazışmalarında rüşvət qismində alınan pulların miqdarı “litr” ifadəsi ilə qeyd edilib. Azər Baxşıyev istintaqa verdiyi ifadəsində deyib ki, o, “Hyundai Auto Azərbaycan” şirkətinin adına gələn malların gömrükdən keçidini tezləşdirmək məqsədi ilə Elmar Mirzəyevə xahiş edib. E.Mirzəyev isə bunun müqabilində özündə olan bank kartına 50 manat pul köçürülməsini istəyib. O Elmar Mirzəyevlə həmin danışıqda 50 manat pul göndərməyi şifrəli olaraq “1 litr” kimi qeyd edib. Həmçinin o Elmarla olan həmin danışığında ona “yarım litr” də göndərildiyini qeyd edib. “Yarım litr” dedikdə 25 manat pulu nəzərdə tutduğunu deyib.
"Ramin Bayramlı həbs edilməlidir, ondan TƏBİB-ə rəhbər olmaz"“Onun Badamdarda tikdirdiyi villa tək deyil ki, bir neçə başqa villası da var”. Bu fikirləri TƏBİB-in rəhbəri Ramin Bayramlıya ünvanlanan sərt ittihamlara münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib. MMP sədrinin sözlərinə görə, Ramin Bayramlı öz yarıtmaz fəaliyyəti ilə Azərbaycan xalqını dövlətin üzərinə qaldırır: “Ramin Bayramlı Azərbaycanda bir nömrəli dələduzdur. Biləsiz ki, Ramin Bayramlı dövlət büdcəsindən 60 milyon manat yeyib. Onun Badamdarda tikdirdiyi villa tək deyil ki, bir neçə başqa villası da var. Düşünürəm ki, Ramin Bayramlı təcili həbs edilməlidir. Hələlik çağırıb pulunu alıb buraxırlar. Amma axıra qədər belə getməyəcək. O, Azərbaycan xalqını xəstəliyə düçar edən adamdır, dövlətin sərvətlərini yeyənlərdən biridir. Bayramlı bu dövlətin baş qaxıncıdır, Azərbaycan xalqını dövlətin üzərinə qaldıranlardan biri də odur.
Bakı və Abşeron TƏBİB-dən alındıPaytaxt Bakı və Abşeronda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyətləri sonlandırılıb. Yenicag.az xəbər verir ki, TƏBİB-in əlindən alınan ərazi bölmələri səhiyyə nazirliyinin tabeliyinə verilib. TƏBİB-in “40-ı çıxmamış” səhiyyə nazirliyi Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrinə vakansiya da elan edib. Yaradıldığı ilk gündən etibarən nazirliklə TƏBİB arasında gedən “səlahiyyət savaşı” zaman-zaman mətbuata yansımış, xəstəxana baş həkiminin bir gündə iki dəfə dəyişdirilməsi halları yaşanmışdı. Vəzifəsi vətəndaşların sağlamlığını qorumaq, tibbi xidmətdən yararlanmağı asanlaşdırmaq olan bu iki qurum ilkin məqsədlərindən uzaqlaşdırılaraq mənafe savaşının meydanına çevrilib. Səlahiyyət məsələsindəki qeyri-müəyyənlikdən zərərli çıxanlar isə təbii ki vətəndaşlar olur.
Qərb sivilizasiyasının qlobal layihəsi baş tutmadıPentaqon Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasının başa çatdığını elan etdi. Qarşıda duran əsas sual budur: Bundan sonra necə olacaq və Rusiya nə etməlidir? Və buada vacib olan odur ki, SSRİ-nin Əfqanıstan kampaniyası zamanı buraxdığımız səhvlərdən buraxmayaq, heç olmasa o zaman buraxdığımız səhvləri təkrarlamayaq. Əlbəttə ki hamını həyati vacib məsələlər maraqlandırır. Məsələn, Özbəkistan Əfqanıstan sərhədində, Termezdə xeyli sayda əfqan qaçqınlar toplaşıb. Onların sayı artdıqca problemlər də artacaq. Əfqanıstandan Orta Asiyaya nəzarət edilməyən miqrant kütləsinin axını bu regionda olan nisbi stabilliyi pozacaq ki, bu bizim cənubdakı həmsərhədd ölkələrimizə, hətta Rusiyanın özünə də təsir edəcək. Orta Asiyanın indiki şəkildə bizim imperiyanın tərkibində ruslar tərəfindən qurulmasını nəzərə almaq lazımdır.
Gömrüklə bağlı qalmaqal böyüyür: “Onlar qovulmalıdırlar”Azərbaycanın məhkəmə tarixində nadir hallarda rastlanan hadisə baş verib. Belə ki Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun qərarı ilə Ambiance.med MMC-nin Bakı Baş Gömrük İdarəsinə qarşı iddiası təmin edilib. “Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı "Azem&Partners" hüquq şirkətinin direktoru Emil Qurbanov yayıb. O bildirib ki, təmsil etdiyi Ambiance.med MMC-dən Bakı Baş Gömrük İdarəsi ölkə ərazisinə idxal edilən mallara görə əsassız olaraq 3 dəfə artırılmış rüsum tələb edirdi: “Sahibkar razılaşmadığı üçün malları nə anbara buraxmırdı, nə də rəsmiləşdirmirdi. Belə ki idxal edilən malların dəyəri 20 922 avro və ödənilməli rüsum 17 000 manat olsa da gömrük orqanı guya invoys azaldılıb iddiası ilə təqdim edilən malların alğı-satqı müqaviləsi və invoysu qəbul etmirdi. Hətta malların idxal edildiyi Avropa Birliyi üzvü ölkənin səfirliyi, gömrük orqanı və istehsalçı zavod rəsmi sənəd təqdim etmişdi.
Evli qadınlarla görüşüb ərlərindən şantajla pul tələb etdiAzərbaycanda evli və varlı qadınlarla tanış olduqdan sonra onları hədələyərək külli miqdarda pul tələb etdiyinə görə həbs edilən Elçin Pirişovun cinayət əməlləri ilə bağlı detallar məlum olub. Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə materiallarının məlumatına görə, Elçin Pirişov 2011-2018-ci illərdə bir çox evli qadınla tanış olaraq əvvəlcə onların etibarını qazanıb, cinsi əlaqədə olub, daha sonra intim görüntülərini əldə edib. Bundan sonra isə əlindəki məlumatları və görüntüləri yaymaqla, övladlarını öldürəcəyi ilə hədələməklə qadınlardan külli miqdarda pul alıb. İttihama görə, Elçinin ilk belə fəaliyyəti 2011-ci ildə odnoklassniki.ru saytında Xırdalanda yaşayan qadınla tanış olması ilə başlayıb. Onunla münasibətləri dərinləşdikdən sonra fotoşəkillərlə və yazışmalarla hədələyib.
Sovet vaxtı biz rusu yox, rus bizi dolandırırdıSSRİ təzə-təzə dağılmağa başlayanda respublikalarda meydana atılan all-güllü siyasətçilər xalqı inandırmağa çalışırdılar ki, bəs guya bizim respublika Rusiyanı və digər respublikaları yemləyir, ayrılıb müstəqil olsaq öz payımız artıqlaması ilə özümüzə çatar, şah kimi yaşayarıq. “Rusları qovaq, asfaltımızı 5 sant qızıldan edəcəyik” deyən liberallar məsələləri birtərəfli işıqlandırmaqla xalqı öz tərəflərinə çəkmək və rusa qarşı kökləmək istəyirdilər. Kişilər istədiklərinə nail oldular. İndi belələri yağ-bal içində yaşasalar da, xalq bir tikə çörəyə möhtac olub. Belələri Azərbaycanın Rusiyaya göndərdiyi neftin hesabını apararaq məhz bu rəqəmləri gözümüzə soxurdular, di gəl ki Rusiyanın ölkəmizə göndərdiyi, özü də havayı göndərdiyi məhsullar barədə danışmırdılar. Dediyimiz kimi, bacarıqlı çıxdılar - istədiklərinə nail oldular: xalq aldanıb onların tələsinə düşdü.
Valeri Korovin: Azərbaycan Avrasiya sivilizasiyasına aiddirRusiya Xarici İşlər naziri Sergey Lavrov özünün Azərbaycandan olan həmkarı Ceyhun Bayramov ilə danışıqlar apardıqdan sonra bəyan edib ki, Moskva və Bakı Rusiya-Azərbaycan-İran enerji körpüsünü yaratmaq niyyətindədirlər. Bu layihə Amerikanın İrana tətbiq etdiyi birtərəfli sanksiyalara baxmayaraq baş tutacaq. Rusiya, Azərbaycan və İranın enerji sisteminin birləşdirilməsi layihəsi çoxdankı danışıqlar mövzusudur və bununla bağlı 2018-ci ilin aprelində üçtərəfli işçi qrupu yaradılmışdır. media.az saytı Rusiya-Azərbaycan-İran əlaqələrinin dərinləşməsini şərh etmək üçün İzbor klubunun üzvü, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru Valeri Korovindən müsahibə almışdır. Valeri Korovin jurnalistin üç ölkə arasında strateji oxun əmələ gəlməsi barədə sualına bunun "sırf geopolitik bir layihə" olduğunu bildirmişdir. Onun fikrinə görə sözü gedən layihədə hədəflər dəqiq müəyyən edilib. Burda Moskva “Qərb və ABŞ üçün qıcıq yaradan ölkə rolundadır”.
Mehdiyevin trol ordusu haqda sensasion açıqlama: “Saxta profillə şərhlər yazırdıq”20 milyon manatdan artıq dövlət vəsaitinin yeyintisi, cinayət yoluyla əldə olunan pulların leqallaşdırılmasında suçlanan Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərli istintaqa ifadəsində bir sıra yüksəkvəzifəli şəxslərin adlarını çəkib. Onların arasında Milli Elmlər Akademiyasının prezidenti, 25 ilə yaxın (1995-2019) Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyev də var. Səfərliyə ittiham verilən epizodlardan biri də Fondun yerləşdiyi ofis üçün əlverişsiz şərtlərlə icarə müqaviləsi bağlamasıdır. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu uzun illər prezidentin keçmiş köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənova məxsus binada yerləşib. Səfərli dindirmə zamanı bu məsələ ilə əlaqədar bildirib ki, 2009-cu ildə Fond yarananda bir müddət metronun "İçərişəhər" stansiyasının yaxınlığında fəaliyyət göstərib. Həmin yer sahəsi kiçik bir mənzil olub.
Fazil Məmmədov borc içində batır - Vergi borcunu ödəməkdən niyə yayınır?İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər İdarəsi “Synergy Group” MMC-ni məhkəməyə verib. Musavat.com-un məlumatına görə, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır. MMC 48 min manat vergi borcunu ödəməkdən yayınır. “Synergy Group” MMC 50 milyon manatlıq nizamnamə kapitalı ilə 25 yanvar 2010-cu il tarixdə yaradılıb. Şirkətin qanuni təmsilçisi Elnur Xaləddin oğlu İsgəndərovdur. Elnur İsgəndərov Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərovun oğludur. “Synergy Group” MMC-nin əsl sahibi isə keçmiş vergilər naziri Fazil Məmmədovdur. Yeri gəlmişkən, Xaləddin İsgəndərov Fazil Məmmədovun bacısının əridir. Fazil Məmmədov nazir olduğu dönəmdə “Synergy Group” MMC Azərbaycanın ən iri holdinqlərindən biri kimi tanınıb. O şirkətə iri yatırımlar edib.
Dünya əhalisini azaltma planı: Azərbaycanlıların sayı nə qədər olacaq?Politoloq Cümşüd Nuriyev koronavirus pandemiyasının qlobal əhalini azaltma planı olduğunu iddia edərək yekunda bu nəticəni açıqlayıb: “Dünyada 2 milyard insan qalmalıdır”. Bu iddiadan da məntiqi sual doğur: hazırda sayı 10 milyon nəfər olan Azərbaycan əhalisi yaxın dövrdə nə qədər azalacaq? Cümşüd Nuriyev yenisabah.az-a danışaraq bu məsələyə də aydınlıq gətirib: “Yer üzündə 2 milyard insanın qalmalı olduğu fikri, yeni dünya qurmaq istəyənlərin layihəsidir. Müəyyən şəxslər yeni dünya düzəni yaratmağa çalışırlar. Bu layihə xüsusilə pandemiya dövründə qüvvəyə minib. Azərbaycan bu layihədə yer tutmur. Hazırda 10 milyon əhalimiz var. Lakin Azərbaycanın resurslarına görə 40-50 milyon əhali saxlamaq mümkün olacaq. Bizim üçün faciə gözlənilmir. Azərbaycan dünya nizamında yeri olacaq qədər böyük dövlət deyil ki, bu azalma Azərbaycan üçün də nəzərdə tutulsun. O siyahıda daha çox iri dövlətlər yer alıb. Əhalinin azalması əsasən Şərqi Asiya ölkələrinə aid ediləcək.
Rövşən Əkbərov Nazim İbrahimova: "Kişiliyi, qeyrəti olan adam..." - Məhkəmədə qalmaqalQəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində tanınan Məzahir Şıxəliyevin qardaşı Rafiq Şıxəliyev və şahidlər ifadə verib. Məhkəmədə ifadə verən Rafiq Şıxəliyev təqsirləndirilən şəxsi hadisədən əvvəl tanımadığını deyib. R. Şıxəliyev 2001-ci il iyunun 1-də hadisənin baş verməsi barədə qohumlarının zəng edərək məlumat verdiyini deyib: "İyunun 1-də gecə evə zəng edib dedilər ki, qardaşım vurulub, onunla birlikdə olan Elçin isə qətlə yetirilib. Hadisə barədə məlumat alan kimi, Elçin Əliyevin ailəsinin evinə getdik. Orda öyrəndik ki, Məzahir polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisədən bir gün sonra bildik ki, Elçini Rövşən Əkbərov qətlə yetirib. Məzahir mənə zəng edib Rövşən Əkbərovun şəklini tapıb göndərməyimi istədi. Rövşən Əkbərovun şəkli olan qəzeti göndərdikdən sonra Elçin Əliyevi onun qətlə yetirdiyini dedi. Amma hadisə barədə geniş danışmadı.
Əli Həsənovun oğlunun Vüqar Səfərli ilə birgə ələ keçirdiyi milyonluq mənimsəmə - İstintaq materiallarıKİVDF-nin hazırda həbsdə olan keçmiş icraçı direktoru Vüqar Səfərlinin və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edir. “Kriminalqafqaz” istintaq materiallarına istinadən V.Səfərlini həbsə aparan və Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli ilə birgə həyata keçirdiyi cinayət əməllərinə dair bəzi yeni məlumatlar əldə edib. İstintaq araşdırması zamanı məlum olub ki, Vüqar Səfərli Fondun rəhbəri olduğu müddətdə Prezidentin sabiq köməkçisi, KİVDF-nin kuratoru Əli Həsənovun oğlu Şamxal Həsənli ilə əlbir olaraq dövlət büdcəsindən külli miqdarda pul vəsaitini mənimsəyiblər. İttihama görə, Vüqar Səfərli KİVDF-nin ofisini daha ucuz qiymətə icarəyə götürə biləcəyi halda Əli Həsənovun oğlu Şamxal Həsənliyə əlavə qazanc vermək üçün ona məxsus binadan baha qiymətə icarəyə yer götürüb.
Как получить политическое убежище в РоссииПолитическое убежище (political asylum) — предоставляемое государством право въезда и пребывания на своей территории иностранным гражданам и лицам без гражданства, обратившимся с соответствующей просьбой к данному государству (право убежища). Порядок предоставления Россией политического убежища предусмотрен указом президента РФ от 21 июля 1997 года № 746, которым утверждено соответствующее Положение. Положение устанавливает, что РФ предоставляет политическое убежище лицам, ищущим убежище и защиту от преследования или реальной угрозы стать жертвой преследования в стране своей гражданской принадлежности или в стране своего обычного места жительства за общественно‑политическую деятельность и убеждения, которые не противоречат демократическим принципам, признанным мировым сообществом, нормам международного права.
Vüqar Səfərlinin üzərinə həbs qoyulan əmlaklarının SİYAHISIKütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli növbəti dəfə hakim qarşısına çıxarılıb. musavat com xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutub. Qeyd edək ki, Vüqar Səfərli ilə birlikdə Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyev də hakim önünə çıxarılır. Təqsirləndirilən şəxslərdən yalnız Nadir Məmmədov və Vüqar Səfərli barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərdən ev dustaqlığında olan Təmkin Xəlilov '"Altun" restoranının direktoru müavini, Şahin İbrahimov "Altun" restoranının inzibatçısı, Valeh Orucov "Xəmsə" restoranının icarədarı, Bəxtiyar Fətullayev "Xəmsə" restoranının icarədarı olub.
|