Demokratiyanın göbəyi olan ABŞ cinayətin və kasıblığın ən çox yayıldığı ölkədirDünyanın ən demokratik ölkəsi kimi tanınan, insan hüquqlarının dırnaqarası qorunduqu ölkə olan, amma dünyaya demokratiya dərsi vermək istəyən ABŞ-ın baxaq görək öz daxilində kriminal, oğurluq, narkotik və qəsb faizi nə qədərdir. Demokratiyanın göbəyi olan ABŞ-da cinayət 5 qrupa bölünür: 1) Qəsb və ağır qəsb; 2) Silahlı hücum və oğurluq; 3) Zorlama və qadın alveri; 4) Narkotik satışı; 5) İrqçi daxili münaqişələr. Bunları məkanlar üzrə təsnifləndirək. 1) Sent Luis şəhəri (Missuri ştatı) — ABŞ-ın ən təhlükəli şəhəridir. Hər 100 000 insandan 1817-si cinayətin və zorlamanın qurbanı olur. Adam öldürmək üzrə nəinki ABŞ-ın, dünyanın ən təhlükəli şəhəridir. Fahişəliyin və işsizliyin ən yüksək olduğu şəhərdir.
ABŞ niyə Şimal Axını-2-yə qarşıdır?“ABŞ niyə Şimal Axını-2 layihəsini qarışdırır?” sualına bəzi ekspertlərin cavabını oxuyarkən gülməmək mümkün deyil. Ölkənin aparıcı neft eksperti saytlardan birində qoyulan bu suala o qədər “mövzu ətrafında” cavab verir ki, mövzunun özü yaddan çıxır. Ay nə bilim: “Rusiya bu layihəni reallaşdırmaqla Avropada ancaq bir ölkəyə bağlanmış olacaq; Bu Avropa parlamentinin 2005-ci ildə təsiqlədiyi şaxələndirmə siyasətinə ziddir; Həmçinin 2014-cü ildə Ukrayna və Rusiya arasında yaşananlardan sonra ABŞ iki ayağını bir başmağa dirəyərək bu layihənin əleyhinə çıxır”. Və bu kimi əsas məqsədi gizlədən örtüyü şərh edən sözlər. Əslində isə suala cavab bu cür olmalı idi. ABŞ Qərbi Avropa texnologiyası ilə Rusiya təbii resurslarının birləşməməsi, yəni Moskvanın Berlin və Parislə yaxınlaşmaması üçün böyük ərazidə sanitar kordon qurub. Bu kordonun “materialına” daxil olan ölkələr Şərqi Avropa dövlətləridir. ABŞ onlar vasitəsilə Rusiyaya möhkəmlənməyə imkan vermir.
Allah Azərbaycanı Türkiyənin şərr oyunlarından qorusun!Ərdoğanı Azərbaycanda milli qəhrəmana çeviriblər. Bu adamın bəhs etdiyi "mötəşəm" Türkiyə varmı? Ərdoğan Türk dövlətinin "tapusun" ingilisə satıb, üstəlik "ipoteka" şərtləriylə də ingilisdən asılı vəziyyətdədir. Mən başa düşmürəm, hər şeyini itirmiş, vətəndaşına və dövlətinə heç nə verə bilməyən Ərdoğan və ərdoğançılar, - Azərbaycan millətindən və dövlətindən nə istəyirlər?! Əgər DİRİLİŞ ƏRDOĞAN bu qədər güclü və ədalətlidirsə, yaxşı olar əvvəlcə öz daxili problemlərini həll etsin. Onun yalan-palanlarına, timsah göz yaşlarına, mənasız islamçılıq və turançılıq ritorikasına inanmaq, əhəmiyyət vermək, ən azından əbləhlikdir. Öz dövlətinə və millətinə qəpiklik xeyri dəyməyən bir cümhurbaşqanının Böyük Türk İmperiyası bəyanatları siyasi dələduzluqdur.
AZƏRBAYCAN XALQINA MÜRACİƏT: AZƏRBAYCAN VƏ RUSİYA XALQLARININ ÜMUMİ DÜŞMƏNİ VAR — ABŞBiz böyük dövlətin süqutunu yaşadıq ki, Cənubi Qafqazda problemlərin yaranması və Rusiyanın qeyri-müəyyənliyə və çaşqınlığa qərq olması ilə nəticələndi. Yaxşı xatırlayırıq ki, bir çox postsovet respublikaları necə böyük həvəslə Qərbin ağuşuna can atdılar, böyük ümidlər içində Amerika və Avropa ilə əlaqələr qurmağa başladılar. Və əlbəttə ki bu ümidlərin necə puç olmasının da şahidi olduq. Azərbaycan da öz təcrübəsində Avropanın və Amerikanın nə olduğunu sınaqdan keçirmişdir. Amerikanın necə bir qəddarlıqla və kobudluqla nəinki öz düşmənlərinin, o cümlədən neytral qüvvələrin, hətta onu özünə dost sayanların da öhdəsindən gəldiyini biz hamımız görürük. Yaxın Şərqə baxmaq kifayətdir ki, amerikanyönümlü rejimlərin bir-birinin ardınca necə çökdüyünün şahidi olaq.
Rusiyalı siyasətçi Zəngəzur məsələsi ilə bağlı Azərbaycanı müdafiə etdiRusiya Dövlət Dumasının MDB ölkələri ilə iş, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədri Leonid Kalaşnikov "Svobodnaya Pressa" dərgisinə müsahibəsində Cənubi Qafqazda və Orta Asiyada mövcud olan hərbi-siyasi gərginliklə bağlı suallara cavab verib. Jurnalistin bir müddət əvvəl Ermənistanın və Qırğızıstanın KTMT-dən rəsmi kömək istəməsinə baxmayaraq, bu təşkilatın həmin ölkələrə kömək etməkdən imtina etməsi barədə xatırladaraq yenidən bu təşkilatın Talibana qarşı mübarizədə hansı mövqeyi tutacağı barədə suala belə cavab vermişdir: "Nə Ermənistanda, nə də Qırğızıstanda sərhəd pozuntusu olmamışdı. Ermənilərlə bu vəziyyətin yaranmasına səbəb azərbaycanlıların 2 kilometr "qırmızı xəttə" daxil olması olmuşdu.
ABŞ Çini mühasirəyə alırABŞ körfəz ölkələrindən HHM sistemi olan "Patriot"ları çıxarır. Böyük ehtimal ki, Hind okeanı ətrafı ölkələrə, Yapon dənizi və Cənubi Çin dənizinə yerləşdirəcək. Bunun bir məntiqli cavabı var: Çin və Şimali Koreya ətrafını blokadaya almaq! Çünki ABŞ yaxşı bilir ki, Çinin NATO ilə hərbi konfliktə girməyə hərbi potensialı zəifdir. Rusiya ilə hərbi konfliktə girmək isə ABŞ üçün Şərqi Avropa və Baltikləri itirməsi ilə nəticələnəcək. Rusiyanın həm təbii resursları zəngindir, həm də hərb gücünə görə dünya ikinci nəhəngdir. Amma Çinin heç bir təbii resursu yoxdur. Çin ətrafında münaqişələr yaratmaqla Çini zəiflədib çökdürmək istəyir. Hindistan-Çin sərhədində gərginlik, Tayvan və Fillipinə hərbi kontiningent yerləşdirilməsi, Yaponiya və Cənubi Koreyaya güclü silahların daşınması. Artıq İkinci dünya müharibəsinin gedişatında dünyada Amerika bazalarının 2 liniyası qurulmağa başlamışdı.
Türkiyənin Konstitusiyası və millətçilikHesab edirik ki, göstərdiyimiz bu maddələrə dəyişikliklər edilməlidir. Türkiyənin müsəlman xalqı üçün yaxşı olardı ki, bu dəyişikliklər baş versin. Bu Türkiyənin xeyrinə olar. Amma heç inanmırıq ki bu iş baş verə. Bu - xarab pantürk əqidəsinin qanuniləşdirilmiş formasıdır. Bir çoxunuz bu mətnləri oxumayıb, heç oxuyanlar da mətnə varmayıb. Bəziləri isə sevinib və susub. Axı bəzilərinin faşizm zatındadır. Anayasadan aydən olur ki, pantürklərin proqramı elə Türkiyənin Əsas Qanunudur. Keçək mətnə. Türkiyə çoxmillətli dövlətdir, amma Anayasası preambulada yazır: “Türk Vatanı ve Milletinin ebedi varlığını ve Yüce Türk Devletinin...” Axı belə də yazıla bilərdi: “Türkiye Milletinin ebedi varlığını ve Yüce Türkiye Devletinin...” Bu dövlət ancaq Türk Dövlətidir.
LGBT-lərə Qafqazda yer yoxdur!Tbilisidə LGBT-lərın yürüşü barədə videolara diqqətlə baxsanız görərsiz ki, onların heç də hüquqları pozulmur, əksinə ictimai məkanda günün-günorta çağında qeyri-etik hərəkətləri ilə etik davranış kodeksinə uyğun olmayan nalayiq əməlləri təbliğ edirlər. Baş verən hadisə (orientasiyası xarab olanların ictimaiyyətin içində kütləvi şəkildə öpüşməsi) iyulun 3-də, 5 iyul qarşıdurmasından 2 gün qabaq Tbilisi yaxınlığında baş verib. Təəssüf ki, baş verənlər üzərindən manipulyasiya edib olanları hərə öz istək və arzularına, həmçinin qidalandığı təşkilatların mənafeyinə uyğun çatdırır. “Tbilisi Prayd” biabırçı təşkilatı “Pride Həftəsi” də keçirməyi planlaşdırırdı. Avropa Parlamentinin 28 deputatı Gürcüstan Daxili İşlər nazirinə göndərdiyi Açıq Məktubda “Pride Həftəsi”nin keçirilməsi üçün şəraitin yaradılmasını tələb etmişdi.
İranofobların və rusofobların qarnına yenə ağrı düşübTaliban nümayəndələrinin əvvəlcə Tehranda olması iranofobların, ardınca Moskvada olması isə rusofobların qarnına ağrı salıb. Deyirlər ki, “niyə Taliban hər iki ölkədə terrorçu təşkilat kimi tanındığı halda rəsmi Tehran və Moskva onları dövlət səviyyəsində qəbul edir, danışıqlar aparır?” Pah! “Onlarla yazışmaq belə məsuliyyətə səbəb olur. Bu nə ikili standartlardır belə?” İbarələrüvüzə quzum kəsim sizün! Özüvüzə sərf eləyəndə maşallah üyüdüb tökürsünüz! İndi kişilər guya öz aləmlərində İranda və Rusiyada oşibka tutublar! Talibanı yaradıb bütün dünyanın canına vəlvələ salan, sonra onu terrorçu adlandırıb bütün dünyaya bunu qəbul etdirən, Əfqanıstanı terrorçu “Talibanla müharibə aparırıq” deyə işğal edib 20 il sömürən, milyondan çox adam öldürən ABŞ Əfqanıstandan çıxarkən Talibanla danışıqlar aparıb müqavilə bağlayanda ikili standartlar olmur.
Türkiyə Rusiya ilə birləşəcək?Tanınmış rusiyalı politoloq, həmvətənimiz Kamran Həsənov “Avrasiya Birliyi: perspektivlər, çağırışlar, ideologemlər” mövzusunda keçirilən konfrans zamanı çıxış edərkən maraqlı fikirlər səsləndirmişdir. Həmin fikirləri sizə təqdim edirik. ✅ Rusiya və Türkiyə Qərbin ideoloji ekspansiyasına qarşı birgə mübarizə aparırlar. Son illər Suriyada, Qarabağda baş verən hadisələr göstərdi ki, Rusiya və Türkiyə öz aralarında razılaşa, birgə hərəkət edə bilərlər. ✅ Rusiya 2016-cı ildə Türkiyədə ABŞ tərəfindən təşkil edilib həyata keçirilən dövlət çevrilişi zamanı Türkiyəyə ciddi kömək etdi. Bu faktın özü Rusiyanın etibarlı partnyor olmasını təsdiq edir. ✅ Region ölkələri öz təhlükəsizliyini, iqtisadi inkişafını və siyasi müstəqilliyini yalnız Avrasiya Birliyinə qoşulmaqla təmin edə biləcəklər. Avrasiya Birliyinin qurulması Rusiyanın, Türkiyənin və İranın birbaşa iştirakı ilə həyata keçirilməlidir. Bu üç ölkənin uzlaşma yeri Cənubi Qafqazdır. ✅ Türk xalqlarının çoxu Rusiya ərazisində yaşayır.
Keçmişini danan Aynur Camalqızının topdağıtmaz sərvəti və məmur NƏFSİAzərbaycan jurnalistikasının mövcud durumunun ürəkaçan olmamasının bir o qədər də uzağa getməyən tarixi köklərinə ensək, bu vəziyyətin nədən qaynaqlandığını açıq şəkildə görmüş olarıq. Mətbuatda reklam bazarının ölməsi fonunda özünə yeni gəlir mənbəyi təşkil etmək istəyən media rəhbərləri fərqli yol tutaraq yüksək ranqlı məmurların “himayəsi” altına “girməyi” məqsədəuyğun hesab etdilər. Bununla da ölkədə “reket jurnalistikası” deyilən bir mediativ sima formlaşadı ki, bu sima sayəsində bəziləri əlində-ovcunda olanını itirdi, bəziləri isə durmadan yüksəldi. Belə yüksəliş göstərən media başqanlarından biri də Teleqraf Media Qrupun rəhbəri Aynur Camalqızıdır. Keçmişin “qatı müxalifətçi”si olan Camalqızı 2005-ci ildə bütün müxalif düşüncələrindən imtina edərək yeni siyasi baxış “ortaya qoyur”. Bundan sonra bütün qapılar onun üzünə taybatay açılmaqla qalmır, həm də onu Milli Məclisə də “itələyir”. Ancaq siyasi əqidəsinə bir dəfə xəyanət etmiş xanım rəhbər onu yüksəklərə qaldıran şəxsə də arxa çevirir.
ABŞ Əfqanıstandan çıxarkən xaos və terrorla ətraf ölkələrə təhlükə yaratmaqla çıxırSon bir neçə ayda NATO qüvvələrinin Əfqanıstandan çıxması ilə əlaqədar Talibanın aktivləşməsi və Əfqanıstan hökuməti ilə açıq-aşkar müharibəyə girməsi regionun yenidən qan gölünə çevrilməsi anonsunu verir. Lakin bu tendensiyanın artması ilə əlaqədar regionda sülhün və əmin-amanlığın olmasında həqiqətən də maraqlı olan başlıca qüvvələr – Rusiya və İran da əllərini ciblərinə salıb hadisələri kənardan seyr etmirlər. Hər iki dövlət artıq neçə vaxtdır ki, öz imkanları daxilində vəziyyətin gərginləşməsinin qarşısını almaq, bundan başqa, əgər gərginləşərsə, təhlükəsizlik tədbirləri görmək baxımından aktiv fəaliyyətə keçərək, regiondakı qüvvələrlə əməkdaşlıq, münaqişələri az ağrılı ötüşdürmək üçün bütün səylərini ortaya qoyurlar. İran həm Əfqanıstanın şiə əhalisinin, həm də öz sərhədlərinin və əhalisinin təhlükəsizliyini gözə alaraq bütün dünyada terrorçu təşkilat kimi tanınan Talibanla belə açıq-aşkar diplomatik danışıqlara başladı. Rusiya isə öz növbəsində regionda yerləşən KTMT, həmçinin MDB üzvü olan dövlətlərin təhlükəsizliyini təmin etmək üçün KTMT-nin daha aktiv fəaliyyət göstərməsinə çalışdı.
Dəyərlərimizə dəyər verməsək, bizə dəyər verməyəcəklərRusiyada ilk Quran oxuyanlar assosiasiyası açılıb. Bu assosiasiyanın üzvləri gözəl Quran oxuma, yazma işləri ilə məşğul olub mütəxəssislərin ortaya çıxarılmasi, müsabiqələrin keçirilməsinə bilavasitə nəzarət və təşkili ilə məşğul olacaqlar. Ölkə, dövlət, hakimiyyət olaraq o qədər ora-bura calanırıq, inteqrasiyaya meyl edirik ki, bəzən kimliyimizi unuduruq, üzr istəyirəm, haça-paça vəziyyətində qalırıq. Kimin üstünə qaçacağımızı, kimdən yapışacağımızı, kiminlə əməkdaşlıq edəcəyimizi düzgün təyin edə bilmirik. Bunun nəticəsidir ki, ölkə daxilində də problemlər baş qaldırıb həddini aşır. Yuxarı başını itirir, aşağı onu axtarmaqla məşğul olur. Dəyərlərimizə dəyər verməsək, bizə dəyər verməyəcəklər. Bütün Ramazan boyu Speys kanalından “İnam” verlişini ara-sıra, ordan-burdan izlədim.
Мне говорилиМне говорили, что пора сдаваться, Чтоб прекратил свой творческий забег, Мол, с хамоватой рожею кавказца Тебя не примет русский человек. Внушали мне, что нет и вовсе шанса, Мол, стать тебе народным не дано. Ты слишком русский для азербайджанца, Ну а для русских – «черный» все равно. Меня просили, чтоб не увлекался, Чтоб не губил на тщетное года. Но я писал, трудился и старался, И не бросал родное никогда. Не раз мне предлагали присмотреться, Мол, не родному служишь языку.
Qazı əsl ağalarına - Qərb imperialist dairələrinə göndərəcəklərQazın qiymətinin qaldırdıqları qayda düşündürür. Belə ki, bu qayda ilk növbədə əhali tərəfindən qaz istehlakına qənaət etməyi təşviq edir. Sovet sosializmindəndən alayarımçıq qalma tək-tük qaydalardan biri - təbii resursların xalqa məxsus olmasıdır. Mövcud qanunvericiliyə görə qaz Azərbaycan xalqının mülkiyyətidir. Amma sözsüz ki, bu, sözdə belədir. Əməldə isə Azərbaycanın milli-vətənpərvər kapitalist sinfi o cümlədən həmin bu qazdan, neftdən gələn gəliri müxtəlif üsullarla mənimsəyərək formalaşdı. Xalqın malı olan qazı xalqın özünə "atırlar". Həm sayğacları istədikləri kimi "fırladırlar", həm qaza hava vururlar, həm təmizlənməmiş qazı satırlar... Ki, keçən ilə qədər bu, ölümlərə səbəb olurdu.
Xilqət Talıbov - Əvvəlki deyilHər nəyin dadı gedib, sanki duz əvvəlki deyil, Gecənin rəngi solubdur, günüz əvvəlki deyil. Kağızın min üzü vardır, qələmin min dili var, Yazılan haqq ədalətlə düz əvvəlki deyil. Nə qədər şerü qəzəl yazdım ağız büzdü hamı, Dedilər köhnə fikirlərdi, söz əvvəlki deyil. Şah əgər olsa gədadan, ona mən qul olaram, Nə gədada, nə də ki şahda üz əvvəlki deyil. Məzlumun bir ahı min canı kül eylərdi, fəqət, İndi yox, məzlumun ahında köz əvvəlki deyil. Oğlanı bir də görərsən duvaq atmış başına Bəy olur, bir də görürsən ki qız əvvəlki deyil. Hər ziyanı görürük tez yozuruq xeyrimizə, Görürəm bizdə ağıl, baş, göz əvvəlki deyil.
Keçmiş döyüşçülər bir-birini ittiham edirSosial şəbəkələrdə daxili qoşunların sabiq komandanı Fəhmin Hacıyevlə Camal Əhmədov arasında qarşıdurma, bir-birini ittiham etmək halı yaşanır. Tərəflərin bir-birinə ittihamı 1992-ci ilin fevralın 22-də Xocalıda vəziyyəti Azərbaycanın xeyrinə düzəltmək üçün nəzərdə tutulan əməliyyat və onun kim tərəfindən pozulması konteksində yönəldirlər. Xatırladaq ki, Camal Əhmədov həmin dövrdə batalyon komandiri, qarnizon rəisi və hərbi polis şöbəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, sabiq komandan qeyd edib ki, Xocalıda vəziyyəti Azərbaycanın xeyrinə dəyişmək üçün hərbi əməliyyat hazırlanıb, sonradan bu əməliyyatın həyata keçirilməsinə o zamankı prezident Mütəllibov razılıq verməyib. Fəhmin Hacıyev bu məlumatı o zamanlı müdafiə naziri Şahim Mustayevdən aldığını diqqətə çatdırıb. Camal Əhmədov isə Fəhmin Hacıyevi Xocalıya kömək əməliyyatı müşavirəsi zamanı təxribat törədib faciənin miqyasını böyüməsinin baiskarı kimi təqdim edib.
XEYİRLƏ ŞƏR ÇARPIŞIRBu dünyada xeyirlə şər çarpışır, Yaxşı adam şərə ürcah olmasın. Doğulandan insan canla yarışır, Can içində ağrı-acı qalmasın. Gün ərzində min bir üzü görürük, Xeyir şərlə birgə ömür sürürük, Zəkamızın əkdiyini dəririk, Ömür bağı tez saralıb solmasın. Həyat özü imtahana çəkəndi, Sualları üstümüzə tökəndi, Can sarayın uçurdandı, tikəndi, Dəryalar tək qabarmasın, dolmasın. Hər kəs özün özlüyündə haqq sayır, İçi görmək müşkül, deyil çöl-bayır.
Millətçilik, irqçilik, öz millətini digərlərindən üstün bilmək - bütün bunlar faşizmdir2-3 gün öncə Türkiyədə keçirilən gey paradın iştirakçıları, dünən də mediaya çıxan ana, ögey ata və qohumların 6-8 yaşlı bacı-qardaşı zorlaması. Bu tip iyrəncliklər dünyanın bir çox ölkələrində baş verir, bunun üçün bütöv türk millətini qınamaq, günahlandırmaq, təhqir etmək olmaz. Umumiyyətlə heç bir millət haqqında ucdantutma təhqiredici ifadələrlə danışmaq olmaz. Şəriət də bunu deyir, insanlıq da. Amma sözüm başqadır. "Türkün türkdən başqa dostu yoxdur", "Nə mutlu türkəm deyənə", "Türkəmsə üstünəm" və s. şüarlar çığıran, bu şüarları özləri üçün həyat tərzinə çevirənlərə bir sualım var. Gey parada çıxanı özünə dost görürsən? Və ya öz qızını zorlayan "ata"dır üstün? Oğluna təcavüz eləyən "anadır" mutlu türk? Bu cür hadisələrin baş verməsi moizədir.
|