Korovin: Paspotlarda “milliyyət” qrafası əvəzinə “identiklik” yazılmalıdır


Tanınmış rusiyalı politoloq, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, İzbor Klubunun üzvü Valeri Korovin təklif etmişdir ki, pasportlarda “milliyyət” sözü əvəzinə “identiklik” sözü işlənsin.
“Dövlət Dumasında bu fikrə gəlmişlər ki, pasportlarda “milliyyət” qrafasını qaytarsınlar. Elmi nöqteyi-nəzərdən, etnososioloji metoda əsasən “milliyyət” sırf siyasi kateqoriyadandır və “vətəndaşlıq” anlayışı ilə eynidir. “İngilis” milliyyəti Britaniya pasportunun olmasını bildirir. “Fransız” milliyyəti Fransa vətəndaşlığının olmasını bildirir. Yəni ingilis həm də türk əsilli adam, fransız isə fransız pasportuna sahib ərəb də ola bilər. Belə halda pasportlarda “milliyyət” qrafaları qoyulsa, Rusiyada Federasiyasında bütün pasport sahiblərində avtomatik olaraq “rusiyalı” yazılmalıdır, bunun isə heç bir mənası yoxdur, onsuz da hamı rusiyalı olduğundan qrafaya ehtiyac qalmır” – Korovin izborsk-club.ru saytına yazdığı məqaləsində bildirmişdir.
O təklif etmişdur ki, “milliyyət” əvəzinə “identiklik” yazılsın, belə ki milliyyət tam başqa anlama gəlir və kimliyi düzgün ifadə etmir: “Marksist yanaşmasına görə bütün təbii toplumları- etnos və xalqları da siyasi təyinatlandıraraq millətlərə aid etmişdilər. Ona görə də Sovet vaxtı RSFSR-də yaşayan 250 etnos və xalq da “milliyyət” adlanırdılar. İndi marksist ideologiya artıq yoxdur. Amma marksizmin atavizmi olan “milliyyət” qalmışdır və müdhiş qarışıqlıq yaradır. Vəziyyətdən çıxış yolu “identiklik” yazmaqdır. Bu sözün kökü latınca “id” ilə bağlıdır ki, “o biri kimi” mənasındadır”.
Korovin göstərir, əgər belə olarsa, pasportdakı İD (identiklik) qrafasının önündə rus öz xalqı rus, çeçen öz təbii toplumu olan noxçi, tatar tatar, hətta milliyyət olmayan kazak da kazak yazdıra biləcək və bu da dövlətə heç bir təhlükə yaratmayacaq. Çünki İD (identiklik) siyasi deyildir, sadəcə təbii tolpum mənsubiyyətini göstərir və daha dəqiq ifadə olacaq. Korovinin fikrincə İD (identiklik) qrafası olarsa, milli respublikası olmayan avar, dargin, lak, tabasaran, ləzgi, kumık kimi kiçik xalqlar (etnoslar) da pasportda öz adlarını rahat yazdıra biləcəklər.
шаблоны для dle 11.2
03-08-2021 17:28 Baxılıb: 960    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}