Son zamanlar mətbuatda İran-Turan ziddiytələri, Şah İsmayıl mirası, Şeyxül İslam Allahşükür Paşazədəyə qarşı mübahisələr güclənib. Mövzudan qıraqda qalmaq istəmirəm. Başlayaq Şah babamızdan. Yəni Şah İsmayıldan. Birinci. O, Türk dünyasını deyil, fars dünyasını parçalayıb, biləsiz. Şiə farsları farsdilli, üstəlik sünnü tacik, puştu, əfqan, bəluclardan, kürdlərdən ayırıb. Şah İsmayılın Əhli-beyt fəlsəfəsi əsasında Yaxın Şərqdə cızdığı sərhədlər indi də işləyir. Bölgənin geopolitik xəritəsini 500 il öncə necə o cızıbsa, xəritə, 500 il sonra da elə də qalacaq. Elə ideologiyası da. Bu ideologiyaya görə isə, İranla Turan qardaşdır. Düşmən deyillər. İkincisi, İran-Turan qarşıdurmasına ümüd edənlər deyəsən uduzacaqlar.
Türkiyə Azərbaycanı da Əfqanıstan məsələsinə çəkmək istəyirAzərbaycan mətbuatı bunu çox yazmadı, heç müzakirəyə açılmadı, amma dünən Türkiyə parlamentinin sədri Mustafa Şentop dedi ki, Kabil hava limanını qorumaq barədə Azərbaycanla danışıqlar gedir. Məsələ bundan ibarətdir ki, bütün NATO və amerikan qoşunları Əfqanıstanı tərk edir, Taliban hər gün Kabilə doğru irəliləyir və ABŞ Türkiyədən istəyib ki, Kabildəki beynəlxalq hava limanını qorusun. Taliban da açıq-açıq cavab verib ki, Türkiyə daxil olmaqla istənilən xarici qoşunu işğalçı statusunda görüb, mübarizə aparacaqlar. Türkiyə də Azərbaycanı söhbətin içinə çəkmək istəyir. Nəyə gücümüz çatar, bilmirəm, amma mümkün olduğu qədər buna qarşı çıxmaq lazımdır.
Əli rahi - həqiqətdirƏli şahi - vilayətdir. Əli mahi - imamətdir. Əli rahi - həqiqətdir. Əli nuri - hidayətdir. Əli şəmsi - ədalətdir. Əli mehrü məhəbbətdir. Əli babi - kəramətdir. Əli dəryayi - hikmətdir. Əli zikri ibadətdir. Əli miskinlərin ahi. Əli zülmətlərin mahi Əli kamillərin rahi. Əli aşiqlərin cahi. Əli mö'minlərin şahi. Əli üşşaqə dərgahi. Əli, Allah qədəmgahi. Əli, dərki - huvəllahi. Əli, məhvi - cəhalətdir.
İran sizə birtərəfli qaydada dəstək verməyə borcludurmu?Dedim yazmayacam, amma məcbur edirsiniz deyə yenə yazıram. Bəziləri görürəm yenə yazırlar, tələb edirlər ki, "ay, bizə niyə dəstək olmur məlum dövlət tərəfindən?", "ay, bəs islam adından niyə istifadə edirlər?", "biz ancaq özümümüzü sevməliyik" və s. Bu kimi fikirlər səsləndirməklə "hamı bizə borcludur" prinsipi ilə sözlər danışırlar. Yaxşı, əgər biz özümüzü sevməliyiksə, yalnız özümüz barədə düşünməliyiksə, niyə başqasından həmin sevgini bizə göstərməsini tələb edirik?! Hər şey qarşılıqlı olmalı deyilmi? Əgər tələb ediriksə, deməli bizdən də tələb edə bilərlər. Əgər müsəlmançılıq, islam adına, əsasən də qonşu İrandan bizim qarşılığını verə bilməyəcəyimiz fəaliyyət tələb ediriksə, deməli onlar da tələb edə bilərlər.
İnflyasiya ABŞ-ı dağılmaq həddinə gətiribABŞ-da 1861-1865-ci illər Vətəndaş Müharibəsi zamanı ilk dəfə olaraq “Anakonda” adı almış strategiya tətbiq olundu. Şimallılar üsyana qalxmış cənublularla döyüşə girmək əvəzinə onların həm dənizdən, həm də qurudan gələn yollarını bağlayaraq mühasirədə saxladılar. Beləcə düşmənin canını döyüş yolu ilə yox, təminatını kəsməklə aldılar. Bu strategiya amerikanların elə xoşuna gəldi ki, sonralar onu bütün dünyada, müharibəyə girdikləri bütün ölkələrə qarşı tətbiq etməyə başladılar. Məsələn, Soyuq müharibə dövründə strateji planda SSRİ-yə qarşı tətbiq etdilər. Artıq İkinci Dünya Müharibəsinin gedişatında Amerika bazalarının iki xətti qurulmağa başlamışdı. NATO adlanan “sağ əl” Qrenlandiyadan Kəraçiyə qədər uzanırdı. Bu “əllər” sonda sıxılıb SSRİ-ni boğmalı idi.
Allah xalqımızı belə kriptlərdən qorusunMirmahmud Mirəlioğlunun LAF TV-də ağzına gələni danışması, səsləndirdiyi şovinist fikirlər heç də təsadüf deyildir. Çünki Əbülfəz Elçibəy kimi adamın yanında yetişmiş birisinin siyasi təfəkkürü başqa cür formalaşa bilməzdi. Mirmahmudun öz lideri ilə çox oxşar cəhətləri vardır. 1) Hər ikisi etnik mənsubiyyətinə görə ərəbdilər. 2) Hər ikisi ərəb olduqlarına baxmayaraq türk şovinizmi ilə tanınmışlar. (Yazıq türklərin öz içindən belə şovinistlər çıxmır heç!) 3) İkisi də çox dərin müxalifətçi və Əliyevlərə qarşı barışmaz mübariz olduqları üçün digər müxalifətçilərdən fərqli olaraq ayrı-seçkiləyə məruz qalıblar. Belə ki, hər ikisinin övladı yağlı, totuq-motuq FHN-də işləyir. 4) Ərəb olduqlarına görə hər ikisi gəlmədilər.
Şeyx və YanukoviçABŞ və Qərb sırf dövlət maraqları üçün Ukraynada çevrilişə maraqlı idi. Adını da qoymuşdular demokratiya, söz azadlığı, korrupsiyaya qarşı mübarizə. Qulağa xoş gələn sözlər idi. Hər şey itstədikləri kimi alındı. Hər şeylərini Qərbin qulluğuna vermiş QHT-lər, müxalifət və bunlara inanan xalqın bəsirətsiz bir hissəsi ABŞ-dan gələn pulların hesabına, ölkədə olan Qərb səfirliklərinin dəstəyi ilə maydan hərəkatına start verdi. Bizim kimi demokratiyadan sarı hüdü gedən ölkələr orda baş verənlərə baxıb ağzının suyunu axıdırdı. Mövcud vəziyyəti düzgün qiymətləndirən insanlar isə bu işə qarşı çıxırdılar, amma həmişə olduğu kimi hamısına Vətən xaini, agent damğası vururdular. Elə bil ABŞ səfirliyindən gizli tapşırıq alan bunlar deyildi, biz idik))) Nəticə nə oldu? Qısaca bəzilərini qeyd edirəm. Heç bir demokratiya-filan gül açmadı, yüngülvari söz azadlığı istisna olmaqla.
Övladınızın patı - şüşə çəkdiyindən necə şübhələnməli? - 12 ƏSAS ƏLAMƏTƏ DİQQƏT!Hazırda ən ucuz sintetik narkotik növü kimi bazarda tələbat olan və çox dövriyyə olunan şüşə-patı bütün Azərbaycanı cənginə alıb. Hər gün polis onlarla narkotik aludəçisi və satıcısını aşkarlayıb tutur. Şüşə, patı deyilən maddə heroin, nəşədən çox fərqlənir. Hazırda yeniyetmələr – 14-17 yaş, hətta qızlar arasında geniş yayılıb. Bəs ata-ana övladının bu narkotik maddəsinə qurşandığını xaricən, simasından hansı əlamətlərlə bilə bilər? medicina.az həkim psixiatr, narkomaniyanın müalicəsi ilə də məşğul olan Abdulla Şıxlınskidən patı-şüşə istifadəsi zamanı görülən əsas əlamətlər barədə açıqlama alıb. Həkim valideynləri diqqətli olmağa çağırıb və vacib tövsiyələrini verib. “El arasında şüşə, patı adı ilə məlum olan, əslində tibbi adı metamfetamin olan narkotik maddədir. Çox təhlükəli sintetik narkotikdir.
Xalis şiənin 10 nəfəri 100 min sionist qoduğundan daha üstündürSosial şəbəkələrdə beş-on sionist küçüyünün yaratdığı saxta fəza sizi aldatmasın. Real həyatda heç görmüsüz kimsə sizin yanınızda dini dəyərləri təhqir etsin, nəsə artıq-əskik danışsın? Belə şeylə qarşılaşmaq mümkünsüzdür, çünki bunların cəmiyyətdə sosial bazası yoxdur. Nələri var elə sosial şəbəkələrdədir. Unutmayaq ki, xalis şiənin 10 nəfəri 1000 deyil, 100 min sionist qoduğundan daha üstündür. Bu Allahın vədəsidir ki, az haqq dəstəmiz ilə batil çoxa mütləq qələbə çalacağıq, bu şərtlə ki, Allahın vədəsinə inanaq və naümid olmayaq. Bu sözü Rəhbər də həmişə vurğulayır! Allahın vədəsinə inanın və naümid olmayın. Onlar realda bir qələt edə bilmədikləri üçün sosial şəbəkələrdə özlərini şir kimi göstərir, haqq əhlinin ürəyində qorxu, ümidsizlik yaratmaq və onları real həyatdakı işlərindən saxlamaq istəyirlər. Çalışaq, bu hiylə toruna düşməyək!
Qərbin Ukraynaya xəyanəti: “Ukraynaya atdılar”Dünən Şimal Axını-2 layihəsi ilə bağlı Ukraynanı "razı salmaq məqsədi daşıyan", Amerika ilə Almaniya arasında bağlanan müqavbilənin mətni dərc edildi. Bu Müqaviləyə görə Amerika Şimal Axını-2 layihəsinin özünə, onun tikintisində, cari texniki xidmətin göstərilməsində iştirak edən və gələcəkdə bunu edəcək tərəflərə tətbiq etdiyi sankasiyaları ləğv etməyi və gələcəkdə bu barədə heç bir sanksiya tətbiq etməyəcəyini öz üzərinə götürdü. Almaniya Xarici İşlər Nazirliyinin rəsmi internet saytında dərc edilən Müqavilənin tam mətni ukraynalılar arasında böyük təşvişə səbəb oldu və hələ də olmaqdadır. Təşvişə səbəb Müqaviləni oxuyanlarda “Ukraynaya atdılar” fikrinin yaranmasıdır. Vəziyyətin belə olacağını əvvəlcədən bilən ABŞ Dövlət Departamenti öz saytında dərc edilən məlumatla Zelenski və onun komandasını “bu Müqaviləni tənqid etməkdən çəkinməyə” çağırdı. Əslində isə bu bir xəbərdarlıq idi: “Kəs səsini! Yoxsa ehtimal edilən 30 avqust görüşünün ehtimalı belə olmayacaq”.
Azərbaycanda qadınlar nəyə görə “patı”nı seçir? - DƏHŞƏTLİ FAKTLARÖlkəmizdə metamfetamin, narkomanlar arasında "patı" adlandırılan narkotik vasitə satan dəstələr ifşa olunur. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində onlarla "patı" və digər narkotik vasitə satan narkotacirlər iş başında yaxalanıb. Əməliyyat tədbirləri göstərir ki, "patı"nın ölkəmizdə satışı geniş miqyas alıb və bu hüquq-mühafizə orqanlarını ciddi narahat edir. Bu məsələ sosial platformada da geniş müzakirə mövzusuna çevrilib. Hər kəs övladının bu narkotik vasitənin qurbanına çevriləcəyindən narahat olur. Hətta "patı"nın ölkəmizdə istehsal edildiyini söyləyənlər də var. Metbuat.azxəbər verir ki, Sputnik Azərbaycan "patı" adlandırılan narkotik vasitənin ölkəmizə necə gətirildiyi, digər narkotik vasitələrdən fərqi, fəsadları və sair məqamları araşdırıb.
Medianı zəbt etmiş bir bölük boşboğaza cavabBu istidə heç yazmaq istəmirdim, amma son günlərin hurrey yazıları məni yazmağa məcbur etdi. Diqqətimi çəkən məqam siyasətdən və dindən əsla xəbəri olmayanların "unikal" fikirlər yürütmələridir. Əvvəla, hər kim din və siyasətin fərqli olduğunu düşünürsə, onun nə dindən, nə də siyasətdən anlamadığını yəqin etdim. Siyasət təkcə siyasətçılərin işi deyil, dünya praktikasında dini siyasət, mədəni siyasət, xalq siyasəti, hətta idman siyasəti də mövcuddur. Məsələn, Amerikanın Çin ilə münasibətləri gərgin olduğu zamanda məşhur "tennis siyasəti" nəticəsində vəziyyəti sabitləşdirmək mümkün olmuşdur. Elə bizim öz tariximizdə xalq siyasəti zamanında ermənilərlə barış-görüş olmağımıza səbəb olub. Konsertlər, sərgilər və sair mədəni tədbirlər siyasi addımların bir formasıdır. Bu işin bir tərəfi.. Əcəba öz müsəlman din xadiminə qarşı bu qədər kəskin olanlar erməni keşişi əleyhinə nəsə yazıblarmı?
Azərbaycanlı ruslarTa uşaq vaxtından məni Azərbaycanda yaşayan bir çox rusun dilimizdə danışmaması narahat edib. O zaman müstəqillik haqqında nəinki danışan, ağlının ucundan keçirən belə yox idi. Yəqin ona görə ki, biz özümüzü qeyri-müstəqil saymır, bunu hiss etmir və bundan narahat olmurduq. Ancaq mənim - Bakıya qonaq gələndə küçədə-bayırda, dükanda-bazarda rusca danışmağa məcbur qalan, bundan əziyyət şəkən rayon uşağının müəyyən narahatlıqları vardı. İstər-istəməz düşünürdüm: niyə, tutaq ki, biz azərbaycanlılar öz paytaxtımızda rusca danışmalı, burada yaşayan ruslar azərbaycanca danışmamalıdırlar? Bu sual məni ciddi narahat edirdi, çünki ana dilimdə tərbiyə, təhsil və təlim görmüşdüm, anadilli mühitdə böyümüş, boya-başa çatmışdım. Bu səbəbdən də, vətənimin paytaxtında utanaraq gəzib-dolaşmaq istəmirdim.
Tofiq Yaqublu, sənə Amerika lazımdı?Müxalifətimizin az da olsa ağıllı, vicdanlı saydığımız üzvlərindən olan Tofiq Yaqublu öz aləmində İlham Əliyevin xarici siyasətindən "oşibka" tutur və yazır: "Salome Zurabişvili, Vladimir Zelenski və Maya Sandu iyulun 19-da Batumidə Birgə Bəyannamə imzalayıblar. Mərasimdə Avropa Birliyi Şurasının sədri Şarl Mişel iştirak edib. Bəyannamədə Gürcüstan, Ukrayna və Moldova Avropa İttifaqına üzv olmağı qəti hədəf kimi müəyyənləşdirdiklərini və bu yolda birgə fəaliyyət göstərəcəklərini bildirirlər. İncəvara İlham Əliyev də boş dayanmayıb. O elə bu ərəfədə heç nəyə yaramayan Qoşulmama Hərəkatına sədrliyə növbəsi çatmış Uqandanın yerinə Azərbaycanın daha bir il sədrlik etməsinə qərar verib. Baxın və görün kimin səmti hayanadır". Tofiq müəllim də digər ənənəvi müxalifətçilərimiz kimi rusofobdur. Ümumiyyətlə bizdə müxalifətdə nə qədər təşkilat varsa amerikan proyektidir.
Azərbaycandan ən çox pul Türkiyəyə, Azərbaycana isə Rusiyadan köçürülürBu ilin ilk 3 ayında Azərbaycandan 1 milyard 277,9 milyon dollar məbləğində kapital çıxarılıb. Ölkədən çıxarılan kapitalın artmasına iqtisadçı münasibət bildirib. Azərbaycandan 1 milyard 277,9 milyon dollar məbləğində kapital çıxarılıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi tədiyə balansına dair məlumatda qeyd olunub. Ötən ilin ilk rübündə Azərbaycandan 990 milyon dollar məbləğində kapital çıxarılıb. Nəticədə cari ilin ilk rübündə Azərbaycandan kapitalın çıxarılması 29,1% artıb. 2020-ci ildə Azərbaycandan çıxarılan kapitalın həcmi 2019-cu illə müqayisədə 38,8% artaraq 4 milyard 472,2 milyon dollar təşkil edib. Ölkədən çıxarılan kapitalın daha çox Türkiyədə, Gürcüstanda daşınar və daşınmaz əmlaka, biznesə qoyulması son illərin trendinə çevrilib.
|