Siyasi erotika: Kapitalizmin adamları


Gül Təkin

Azərbaycanda "siyasi erotika"nın əsasını qoymuş adamam... Siyasi pornoqrafiya da demək olar...

İnteqrasiya
Əvvəlcə "Avropa dəyərləri",
sonra Avropa dəliyi...
Əvvəlcə bu "dəyərlərdən"
basıb-bağlayırsan,
Avropanın ora-burasini yalayırsan,
nəhayət 
dəliyini tapırsan
dilinlə...
Sonra 
o dəliyə girirsən 
bütün varlığınla -
keçmişinlə,
var-yoxunla...
İşdir, o dəliyə girməyə 
"dəliyin çatmasa",
girənlərin ayaq barmağını yalayırsan
heç olmasa...
Necə olsa,
Avropaya dəymiş ayaq qoxusu 
bi başka...

2013

Kapitalizmin adamları -
sistemin qardianları...
Dövlət faşist, biz faşist...
Dövlət bizi döyür, biz uşaqları...
İtaətə öyrətdilər onlar bizi,
biz də
doğduqlarımızı...
Nə ana var bu sistemdə, nə ata,
nə qadın var, nə kişi -
hamısı zombi, 
hamısı faşist,
hamısı
dəlik-deşik həşəratları...
Ən yaxşı olmaq dindarlığı...
Allaha ən yaxın olmanın rahatlığı...
Sıradakıların önünə, 
üstünə çıxa bilmək peşəkarlığı...
Geridəqalmışların irəlisində 
dura bilmək bacarığı...
Allah qatında sözünü ən tez keçirmək, 
işin keçənlə işini ən sərrast bitirmək...
Ən olmaq...
Ən üst, ən ön, ən orta, ən mərkəz...
Ən gen, ən böyük, 
ən yüksək...
Allaha özünü ən mömin göstərmək,
ən pak...
İnsana ən gözəl görünmək, 
ən saf...
İtə ən mərhəmətli, 
qurda ən böyük nifrətlə...
Ən yaxşı olmaq dindarlığı...
Yarışan olmaq, yarışda olmaq,
yarışdıran sistemlər qurmaq,
yarışlarda birinci olmaq...
Dinlər qurmaq...
Orada ya ən yaxşı dindar,
ya da ən qatı kafir olmaq yarışı...
Mal yarışı, ad yarışı,
at yarışı...
Ən gözəl, ən çirkin,
ən yaxşı şair,
ən yaxşı nökər,
ən yaxşı şah...
At oynadanlar, it oynadanlar,
xoruz boğuşduranlar,
insan yarışdıranlar...
Nə Allaham, nə dindaram...
Nə ən qüdrətli,
nə ən gözəl, 
nə ən üstdə,
nə ən yaxındayam...
Nə də qovhaqovdayam...
Yarışmaram, yarışdırmaram,
bunu insana yaraşdırmaram...
Hamıya ehtiyac duyuram,
hər yerdə hər kəsə...
Ürəyimi, gözümü oxşayan 
sıra nömrəsi olmayan hər kəslə...

2014

Absurd

Hiss olunan, 
dərk olunan bütün həqiqətlərin
öz həqiqiliyi var...
Hər həqiqətin öz ömrü, öz yolu,
şirinliyi, acılığı...
Gözəli, çirkini,
qəbul olunanı, 
olunmayanı...
Hər insan həqiqətində
bir az da yalan var,
dərk elədiyi, hiss elədiyi...

2015
шаблоны для dle 11.2
16-12-2021 06:36 Baxılıb: 4240    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}