İmperializmin beynəlxalq sərhədlərini artıranlar

Pünhan Musayev

Maraqlı hadisələrdən biri də ABŞ-da Amerika qitəsini kəşf edən, ölkə tarixində Corc Vaşinqton qədər nüfuza sahib olan Xristofor Kolumbun abidəsinin aşırdılması oldu.
Açığı bu məni bir qədər sevindirdi.
Təxminən 10 il öncə bu barədə fikrimi soruşan olsa idi, təbii ki təcrübəsizlikdən irəli gələrək, məyusluq içində olduğumu bildirərdim. Bu ABŞ-a olan ilgimə görə yox, Kolumb amilinə görə olardı.
Çünki orta məktəblərdə nəinki Kolumb, eləcə də Vasqo de Qama, Fernan Magellan, Marko Polo, Ceyms Kuk və sairləri səthi dünyagörüşü olan uşaqlara qəhrəman, fəxr olunası tarixi şəxs kimi tanıdırdılar.
Həmin vaxt çox vicdanlı coğrafiya müəllimim onların quldur olduğundan bəhs edəndə belə kitabda yazılana qapılıb, ona inanmamışdım.
Tam mahiyyəti ali təhsil zamanı ticarət merkantilizmi barədə oxşar tərifləri oxuyanda dərk etdim. Ucuz alıb baha satan, ölkə sərvətinin daim artmasına üstünlük verən merkantilist iqtisadi nəzəriyyənin baniləri Stafford, Skrauffi, Man, Serra və Monkretyen olsalar da yuxarıda qeyd etdiyim səyyah cənablar da onun inkişafında az rol oynamamışlar.
Daim qızıl, sərvət və ən əsası merkantilizmin beynəlxalq ədəbiyyatlarda əsas şərti kimi göstərilən müstəmləkəçilik axtarışında olan bu səyyahlar ayrı-ayrı xalqları və məmləkətləri qəsb etməklə, talamaqla, öz vətənləri olan Avropaya daşımaqdan əlavə, Amerika qitəsində Avropa burjuaziyasının koloniyası- ABŞ-ın əsasını qoymaqla imperializmin beynəlxalq sərhədlərini artırmışlar.
Eyni hadisələr bu gün monetarizm nəzəri konsepsiyası üzərindən də cərəyan edir. Çin, Yaponiya, Cənubi Koreya kimi ölkələr başda olmaqla ümumi xarici borcu 7 trilyon $ olan ABŞ borc müqabilində aldığı məhsullar fonunda sadəcə rəngli kağız çap edərək vəziyyətdən "üzüaçıq" çıxa bilir.
Göründüyü kimi, kapitalizmin ilkin təşəkkül tapdığı merkantilizm (merchant-tacir) ticarət quldurluğunu bu gün monetarizm (money-pul) maliyyə maxinasiyaçıları "uğurla" davam etdirirlər.
Necə ki əvvəllər "ucuz alıb baha satmaqla" iqtisadiyyatı inkişaf etdirmək mümkün olmuşdursa, bu gün də maliyyə, pul-kredit siyasəti ilə eyni proseslər daha ağ kağızlarla yox, daha rəngli (dolların rənglənməsi kimi) formada həyata keçirilir.
шаблоны для dle 11.2
11-06-2020 17:18 Baxılıb: 2 3030    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}