Yox halətim artıq

Tahir Fikri

Eşqin məni divanə edib saldı çöllərə,
Sakin eləyib sənsiz olan qərib ellərə.
Sev sən də məni, sevgili canan, gözəlimsən,
Zülmət gecədə nur saçanım, həm günəşimsən.

Yox halətim artıq, dözə bilməm bu cəfayə, 
Görcək səni mən bənzədirəm göydəki ayə. 
Hərgah məni sən tərk eləsən, bil ki nigarım, 
Sən getməyinlə dönər qışa güllü baharım. 

Lütv eylə mənə gəl görüşə, nazını az et, 
Qız, uyma şeytana, nola bir razu niyaz et.
Qıyma gülə əğyar bizə, ey can alan gözəl, 
Kaş görməyərək çöhrəni mən köçərdim əzəl.

07-07-2018 15:58 Baxılıb: 610    
Şərh bildir