Yusif Rəhimli - Qiyamət

İnsan dərk etsə ki bir gün öləcək,
Öləcək həyata birdə gələcək,
Qiyamət günündə o diriləcək,
Və cavab verəcək Tanrıya əlbət,
Az qalıb, yaxında gəlir qiyamət.
 
Bu dünyada rahatlığı axtaran
Dünyanın toruna düşür çox insan.
Malından yapışan, mülkdən yapışan
Əlbət o dünyada çəkəcək əzyət,
Az qalıb, yaxında gəlir qiyamət.
 
Alim ol, ibadət yoxdursa əgər
Öyünmə özünlə adəmi sərvər.
Hər tərəf alışar, göydən səs gələr,
Gec olar İslama etsən də beyət,
Az qalıb, yaxında gəlir qiyamət.
 
Qeyrət bahalaşıb, yoxdur alanı,
Terrorçu etdilər hicab taxanı.
Qınadıq dövranı, söydük zamanı,
İsmətli insana qalmışıq həsrət,
Az qalıb, yaxında gəlir qiyamət.
 
Yusif, pisə gedir gərdişi dövran
Dərddən öləcəksən bir az da qalsan.
Xeyri yox bunlara dastan da yazsan,
Millət Avropadan götürdü ibrət,
Az qalıb, yaxında gəlir qiyamət.
05-11-2017 09:25 Baxılıb: 970    
Şərh bildir