Əli Həsənovun media və biznes imperiyası

Hüseyn Abdullayevin tərəzisindən Prezident Administrasiyasına uzanan yol

Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov özünü aristokrat kimi aparmasına baxmayaraq keçmişi o qədər də ürəkaçan olmayıb. Məsələn, indi ara-sıra müxalifətin bostanına daş atan və ölkədə media maqnatı kimi tanınaraq azad sözə qarşı müxtəlif planlara imza atan PA rəsmisi bir zamanlar – sabiq deputat Hüseyn Abdullayev Naxçıvanda olarkən onun yanında qapançı işləyib. Mərhum dövlət başçısı Heydər Əliyev hakimiyyətə gələndən sonra cənab Həsənov PA-ya gətirilib və ictimai-siyasi şöbənin müdiri olub.
Bu gün şöbə müdiri nədənsə dövlət maraqlarını öz maraqları ilə səhv salaraq dövlətin hesabına varlanmaq, milyonlarla gəlir əldə etmək və “Kaspi” Holdinq kimi digər daşınmaz əmlaklara yiyələnməyə çalışır. Bundan əlavə PA rəsmisinin Bakıda da bir neçə restoranı var. “Kaspi”dən başqa Əli Həsənovun Heydər Əliyev küçəsində yerləşən “Tonqal” restoranı və oğlu Şamxal Həsənova məxsus H.Naxçivani küçəsində “Paralel” restoranı fəaliyyət göstərir.
Əli Həsənovun bizens imperiyası bununla tükənmir. Redaksiyamıza daxil olan məlumatlarda qeyd edilir ki, PA rəsmisi Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 10 saylı Cəza Çəkmə Müəsissəsində özünə biznes də qurub. Bu biznes ondan ibarətdir ki, Cəza Çəkmə Müəsissəsindən hər gün çıxan “otxod” yeməklər şöbə müdirinin “Primorski”da yerləşən donuz fermasına daşınır. Əvəzində müəsissənin rəhbərliyinə ayda haqq ödənilir.
Deyilənlərə görə, Əli Həsənov bu gün ölkədə fəaliyyət göstərən kolbasa sexlərinin bir neçəsin də nəzarətə götürə bilib və həmin sexlər kolbasa istehsalını yalnız Əli Həsənovun fermasındakı donuzların ətindən istifadə etməli olurlar.
Ə.Həsənovun əsas fəaliyyət sahələrindən biri də media ilə bağlıdır. Mətbuat Şurasında Əflatun Amaşov və Vuqar Səfərli kimilərinin vasitəsilə mətbuata basqılarını davam etdirən Əli Həsənov KİV-ni tam nəzarətinə almağa cəhd göstərir. Görünür elə buna görədir ki, bu günə kimi Əli Həsnova mətbuatda “gözün üstə qaşın var” deyən tapılmır.
Kimsə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının aqibətini yaşamaq istəmir və yaxud şöbə müdirinin “reket” siyahısına düşməkdən çəkinir. Əvəz Zeynallının təbirincə desək, Azərbaycan mətbuatının bu ağlar günə salınmasında birbaşa günahkar Əli Həsənovdur. Mətbuat Şurası və KİVDF məhz onun beyninin məhsuludur. O, hər kəsdən yazılmasına normal yanaşır, bircə şöbə müdirindən və onun imperiyasından yazmasınlar. Əks halda bunun ardınca “qara siyahı” və korrupsiya ittihamı gəlir.
Dünyada media maqnatlar çoxdur. Məsəl üçün, qardaş ölkə Türkiyədə bir çox mətbu orqanın sahibi və “Doğan” şirkətlər qrupu idarə heyyətinin sədri olmuş Aydın Doğanın qızı Arzuhan Doğan Yalıçdağ “Radikal”, “Milliyet”, “Hürriyet”, “Posta”, “Gözcü”, “Fanatik”, “Referans”, “Turkish Daily News” qəzetləri, “Kanal D”, “Star”, “CNN Türk”, “Fenerbahce TV”, “Beşiktaş TV”, “Dream”, “Dream Türk” telekanalları, bir çox radio və jurnalları ilə Türkiyə mətbuatının təxminən 50 faizinə sahiblik edir.
Lakin cənab Əli Həsənovdan fərqli olaraq onlar mətbuata basqılar təşkil edib medianı monopoliyaya almırlar. Əli Həsənova gəldikdə isə onun son zamanlar necə media maqnat olmaq arzusu hər kəsə məlumdur. Onlarla KİV-i nəzarətində saxlayan Əli Həsənovun bu imperiyasına telekanal, radio, mətbəə və yayım firmaları da daxildir.

"Rusiya Azərbaycan Təşkilatları İttifaqı" facebook səhifəsi

31-03-2018 04:00 Baxılıb: 2030    
Şərh bildir