Ay dəli, bambılı, bədbəxt!

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -70
 
Mahmud Babayev: Mənə elə gəlir ki, uzaq qohumdan yaxın qonşu dəfələrlə yaxşıdır. Azərbaycana nə Türkiyə, nə də Avropa lazımdır. Yaxın qonşularımızla qonşuluq əlaqələrimizi qarşılıqlı münasibətdə qursaq, güzəranımız çox gözəl və firavan olar. Sadəcə bir az siyasətdə ağıllı hərəkət etmək lazımdır.
Rahib Hətəmov: Bayaq göldəydim, Bakının təbii landşaftı məhv edilir, Qanlı göl tam qurudulur, ordakı balıqlar və qaz, ördək, qaşqaldaq kimi quşlar məhv olur. Bakıda göl qalmayıb hamısını qurudub göydələn tikirlər.
Rüstəm Hüseynov: Sovet İttifaqının dağılmasının başlıca səbəbi onun həddindən artıq humanizmi idi. Əgər Sovet hökuməti xalqla indiki milli hakimiyyətlər kimi rəftar etsəydi heç bir zaman dağılmazdı...
Cəbrayıl Cəbrayılov: Hacıqabuldan üzü o tərəfdə (Sabirabad, Saatlı, İmişli, Beyləqan) olan bütün su kanallarında su yoxdur. Kənd təsərrüfatı ilə məşğul olan adi kənd adamlarının vəziyyəti çox ağırdır, məhsulları zay olur. Birinci dəfə idi ki, kanalların bu qədər qurumuş olduğunu görürdüm. Elə bil ki, həmin kanallarda heç su olmayıb. Bütün su mənbələri monopolistlərin əlindədir. AzTV isə kənd təsərrüfatının inkişafı barədə nağıl danışmağına davam edir.
İlqar Bədəlov: Kim Rusiyanın dağılmağını istəyirsə, əvvəl həmin adamın atasının yurdu dağılsın!
Mirhafiz Cəfərzadə: İnternetdə Şimali Koreyadan çəkilmiş bir verilişə baxdım, indiyə qədər Qərbin bizə soxuşdurduğu xəbərlərin yalan olduğuna əmin oldum. Nöqsan bütün ölkələrdə var, hətta Amerikanın özündə də saysiz-hesabsızdır. Amma koreyalıları acından qırılanlar kimi göstərmək cəfəngiyyatdır. Bizdən fərqli olaraq hamısının iş yeri var. Qanunlar kağız üzərində deyil. Paytaxtdakı müasir binalara baxanda heç bir Avropa şəhərindən fərqlənmir...
Namizəd Səfərov: “Sınıq körpü” ilə həmsərhəd olan Gürcüstan gömrük keçid məntəqəsini 1 dəqiqəyə keçdik. Azərbaycan tərəfdə isə 2 saat yarım növbə gözləməli olduq. Aydın Əliyevdən soruşuram: Bir nazir kimi öz fəaliyyətini necə qiymətləndirir?
Famil Əhədi: Ağamız Seyyid Sistani İraq əhli üçün bir difai-cihad fətvası verdi, 2 milyon şiə bir ordu yaratdı. İndi təsəvvür edin Ayətullah Xamenei cihad hökmü versə neçə milyonluq ordu yaranar! Tak şto, əziz şiələr, narahatçılığa heç bir səbəb yoxdu. Rəhmətlik İmam Xomeyni demişkən, Amerika heç bir qələt edə bilməz. Əsas məsələ bizim ixlaslı olmağımız və vəzifəmizə doğru əməl etməyimizdi.
Musarza Mirzəyev: Stalin dünyaya nümunədir, kütlənin, kasıbların, məzlumların pənahıdır.
Sevinc Babayeva: Bakıya hücum olunub, yadellilər zəbt ediblər, yerlə- yeksan ediblər, yerli camaatı kölə ediblər.
Elxan Xəlilov: Tariximizdə iki lider olub, ikisi də milləti ən çətin dövrdə qoyub qaçıb. Biri Elçibəy olub, digəri Rəsulzadə...
Roma Əliyev: Ruslar bizimçun neyləməlidir ki, millyonlarla azərbaycanlı Rusiyada işləyib burda ailə saxlayırlar. Buna da min şükür!
Rəhim Həsənli: Azərbaycanda bir milli elm var, o da kulinariya...
Rusif Qarayev: Pampersin biri 40 qəpikdir, günə 5 pampers alsam bu edir 2 manat. Elə günə 4-5 pampers gedir. Mən indi hər gün 2 manat versəm bu aya 60 manat edir. Aya da 300 manat maaş alsam 240 manat pul qalır. Mən bu 240 manatla necə dolana bilərəm? Bir azərbaycanlı gənc ailə 300 manatlıq maaşla necə dolana bilər? (Maaşı mən almıram, sadəcə orta hesablı maaş deyə yazdım).
Midiya Atropatena: Tarixən Moskva ətrafindakı kiçik xalqaları himayəsinə alıb, elm, mədəniyyət və ədalət verib. Amma Avropa, xüsusən də ingilislər ancaq talan ediblər. Hindistanın tarixinə baxsaq kifayət edər. İndinin özündə də koloniyaları var İngiltərənin.
Müttəqi Bərməki: Tikintidə işləyən bir qardaş var. Deyir Xırdalanda 16 mərtəbəli bina tikirdik. Bu gün bir fəhlə yüksəklikdən gəldi yerə. Yazıq can verirdi, tez başına qoruyucu kaska taxdılar, belinə təhlükəsizlik kəməri bağladılar, ağzını zorla açıb mədəsinə bir şüşə araq doldurdular. Beləcə bir fəhlənin evin yıxıb ev tikməyə davam edirlər.
Müşfiq Heybətov: Deyir adında iki mobil nömrə olduğu üçün sənə sosial yardım düşmür. Ölkə deyil e, “Maski Şou”du, qardaş canı!
Zahid Mikayılov: Əslən kürd olub zorən saxtakalıqla bizə türkçülüyü pərçim edən Əbülfəz Əliyev də sonradan türklərin bizə qarşı saxtakarlığını etiraf etməyə məcbur oldu.
Nadir Qocabəyli: Rus dilindən dünyanın təxminən üçdə birinə bərabər bir ərazidə istifadə olunur. Rus dilinin verdiyi təhsilin keyfiyyəti də bizimkindən xeyli üstündür. Rus dili dünya dillərindən biridir. O dil olmasaydı, biz hamımız indikindən qat-qat savadsız olardıq. Bizdəki milli təhsilin keyfiyyəti artsa belə, yenə rus dilini öyrənməyə ehtiyacımız olacaq. Amma təəssüf ki, təhsilimizin keyfiyyəti aşağıdır. Ona görə də insanlar uşaqlarına heç olmasa bir dil artıq öyrətmək istəyirlər ki, o dil vasitəsilə elmlərə müstəqil şəkildə yiyələnə bilsinlər. Ana dilimizi onlar gündəlik danışıqdan, televiziyadan, valideynlərindən də öyrənirlər. Rus dili onları öz köklərindən qətiyyən ayırmır.
Əli Şərif: Kürdlərin metr və ölçüləri gen enli şalvarlarıdı; onlar belə düşünür ki nə qədər geniş olsa, o qədər yaxşıdı. Amma daha bilmirlər ki bu tuman dallarına böyükdü!
Qəmlo Əsədullah: Son 25 ildə Azərbaycan Rusiyadan daşıdığı pulu öz iqtisadiyyatına yönəltməyib, əvəzinə Türkiyənin iqtisadiyyatına 11 milyard dollar pul qoyub.
Zərdüşt Əlizadə: Azərbaycanda hər şey məzhəkədir, elə müstəqilliyimiz də...
Pərvin Cəfərzadə: Həsən keçəl, keçəl Həsən- fərqi nədir ki? Elə, ya belə- biz günü gündən məhvə gedirik.
Rauf Qubadov: Azərbaycanlıların dünyada ən pis yaşadığı ölkənin Azərbaycan oldugunu deyə bilməyənlər azərbaycanlıların çox yüksək səviyyədə yaşadığı ölkələri pisləməkdə görürlər vətənpərvərliyi!
Hikmət Babayev: Təsəvvür edin bir vaxtlar Lider TV-də Qotur şou verilişi aparan adam indi ATV-də politologiya verilişi aparır. Əcəb günlərə qalmışıq!
Aftandil Babayev: Bilirdizmi Krım türkləri niyə Krımdan, mesxeti türkləri niyə Gürcüstandan sürgün edilmişdi? Əksəriyyətiniz bilmirsiz. Deyim bilin. Həmin tayfaların ağsaqqalarının faşistlərə cəsusluq etdiklərinə görə. İndi bu yaziq SSRİ neyləsin, bunlara çox sağ ol deməliydi?!
Mina Məmmədova: Sovet dövründə hər şeyimiz var idi. Banklarda nə qədər ehtiyat pulumuz olurdu. İndi səhərə çörək almağa millət pul tapmır.
Səxavət Əliyev: 1548-də Osmanlı Azərbaycana nəyə gəlmişdisə, 1918-də də Nuru paşa ona gəlmişdi. Cəhənnəm olub gedəndə də hər yerdə qırğınlar törətdilər. Yalandan ermənidən əjdaha qayırmayın.
Cəmil Şirvanov: Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər cəmi 67 ali təhsilli var idi. Hansı ziyalı təbəqəsinun məhvindən danışırsız?
Ceyhun Mirzəyev: Bu gün Azərbaycan modeli sırf Türkiyəni təkrarlayır. Türkiyədəki mövcud iyrənc yaşam tərzi bizə birbaşa təsir edir.
Fərhad Həsənzadə: Rus çarığı atıb, qaloş geyindirib buna, kaloşu atdırıb, tufli geyindirib. Pinə içində şalvarını atdırıb troyka kastyum, qalstuk geyindirib. Bu nankor qayıdıb deyir ki, imperiya bizi məhv elədi! Yaxşı, imperiya çıxıb getdi, səni tək qoydu, indi niyə pis günə düşmüsən, qul bazarında sülənirsən? Üzün gəlmir gedib o imperiyadan üzr istəyib deyəsən qayıt gəl, uşaqlarımı saxla, necə ki məni saxlayırdın... Ay dəli, bambılı, bədbəxt!!! Çox qulaq asmısan Türkiyənin cəsuslarına, onlar səni boş nağıllarla aldatdı! İndi öl, çabala, 250 manatlıq işi sənə 6 min manat rüşvətə verib, heç qarantiya da saxlamırlar ki, daimi işləyəcəksən, ya yox. Sənə bu da azdı, nankor!
İlkin Abbas: Sovet vaxtı İki babam ikisi də yetim olub, təkbaşına dövlət işində işləyib ev tikdiriblər, ailə qurublar, maşın alıblar. Bəy kefində də uşaqlarını böyüdüblər- nə az nə çox, hər biri 6 uşaq böyüdüb. Xülasə, onların o vaxt tikdirdiyi evi biz indi heç remont etdirə bilmirik. Bir maşın kreditlə götürüb, heç kreditini verə bilmirik! Dövlət işi yoxdu, olsa da maaşı işıqpulunu, qazpulunu zorla ödəyir. Məcbursan şəxsi bir iş qurasan, o da ki ölkə iqtisadiyyatı nə gündədirsə, ziyan etməyə məhkumsan.
Elman Məmmədov: Qaradağ metalkonstruksiyalar zavodu 9-cu aya keçir, maaşları vermirlər işdən çıxarılmağımıza baxmayaraq. Bunlar ancaq belə zavodlar tikə bilər.
Hacı Qüdsi: Bir hadisə göstərsinlər ki SSRİ vətəndaşına kölə deyilib. Amma ANS kanalında Vahidə intervü verən İsrail səfiri Heydərin vaxtında dedi ki, Azərbaycan xalqı bizim köləmizdir. Heç etiraz edən də olmadı.
Vüsal Həsənəli: Mənə görə sovet təhsil sistemi dünyada ən qüdrətli və ən möhkəm sistem idi. Biz nə öyrəndiksə o dönəmlərdə öyrəndik. Soyuq müharibə dövründə Sovet məktəbinin məqsədi gələcək üçün güclü və işıqlı beyinlər yetişdirmək idi. Məktəb təmiz ruhiyyəli insanların məbədinə çevrilmişdi.
Dadaş Vəliyev: Putinin çox gözəl, bacarıqlı və dünya liderlərinin psixologiyasından xəbərdar olan bir komandası var. Bu da Onun ən böyük nailiyyətidir.
Afiq Əliyev: Suriyanın ABŞ tərəfindən vurulmasına sevinən tərəf bircə Türkiyə oldu. Kül başına belə qonşu! Sənin və regiona dartıb gətirdiyin psixlərin əlindən İraq və Suriya neçə illərdir əziyyət çəkir.
Samir Tağıyev: Zehniyyəti xəstə Avropa gəlib bizə qanun dürüstlüyündən, insan haqlarından danışır.
Məhəmməd Nardarani: Sivaşdan bu yana olan bütün torpaqlar türkmanlara aiddir, çünki oralarda hələ də Şah İsmayılın ətri var.
İlkin Nəcəfov: Çox təqdirəlayiq haldır ki, artıq kütləvi psixoza meyllənməyən insanlar sionistlərin birbaşa nəzarətində olan KİV-lərin yalanlarına uymurlar. Çörəyi Qərbdən çıxan siyasətçilərin “Əsədin əhaliyə qarşı İdlibdə kimyəvi silah istifadə etməsi” kimi haray-şivən dolu statuslarının altında, belə gülünc iddianı bıçaq kimi kəsən rəyləri, psevdosiyasilərin bu rəylər müqabilində “quzuların səssizliyi” və ya hıqqanmaqlarını oxuyanda xüsusi zövq alıram. Müqavimət mütləq olmalıdır.
Əkrəm Məlikov: Ermənistandan və DQMV-dən gələn bütün soydaşlarımızın hamısı diplomu saxta yolla alıblar. Buna əyani sübut mənim kürd qonşularımdı. Kamaz sürücüləri, ot satanlar, qoyun otaranlar hamısı BDU-nun məzunlarıdır.
Elçin Məmmədov: Get-gedə lap pis günə düşəcəyik. Çünki irəli apara bilən insanlara şərait yaratmırlar, onlar da ölüb gedəndən sonra irəli apara bilən nəsil yetişməyəcək, çünki nə təhsil var, nə də vətənpərvərlik. Otur bu dünyadan gedəcəyin günü gözlə, vay gələcək nəsilin halına!
Ceyhun Salahov: Gəncədə bütün pensionerlər əllərində pensiya kartı düşüblər idarələrin canına, təkrar qeydiyyatdan keçirlər, hamısının da dilində qarğış. Bir qoca arvad deyir ruslar gəlib bizi işğal eləsəydi canımız qurtarardı bu zülmlərdən.
Könul Səid: İndi eşq-meşq zamanı yox, xalqa dəstək və güc verməkdir.
Adil Hüseynoğlu: Türkiyəlilərin ən axmaq adamı bizim üçün qəhrəman sayılır. Axı abilərmizdilər. Məsələn, Sultan Səlim, Fətullah Gülən, Ərdoğan və sairə.
Ruslan İslamzadə: Millətçiləri sevməm, ziddi-vilayətçiləri yola verərəm. Bir də var millətçi ziddoşlar. Bax bunlar fitnə əhlidirlər. Vahhabilərə nifrət edərəm, amma ən qansızları millətçi sələfilərdir, bunlar da fitnə əhlidirlər. Ateistlər murdardırlar, amma millətçi ateistlər ən murdarlarıdır, bunlar fitnə əhlinin başı, müsəlmanların ən böyük düşmənləridirlər.
İbrahim İmanlı: Assimilyasiya zorla olmur. Mədəniyyətdə, elmdə güclü olan xalqın içində zəif assimiliyasiya olur- hansı xalq hansının toqrpağını zəbt etməsindən asılı olmayaraq... Monqol-tatarlar 300 il Rusiyanı qul etdi, nəticədə özləri assimilyasiya olundu. Səlcuqların sarayında rəsmi dil fars dili olduğunu bilirdinizmi?
Əhməd Rəhmanov: Ay brat, istəyirsən göyə cıx, istəyirsən yerə gir, nə qədər ki, sənin evin Mingəçevirdən gələn elektrikin köməyi ilə İlic lampası ilə işıqlandırılır, Şura hökumətinin xəcalətindən çıxa bilməyəcəksən. Şura hökumətindən xoşun gəlmirsə, birinci onu dövründə aldıgın diplomu cır, işıgı söndür, yeni kursla roddumun və institutun pulunu və sənə verdiyi Xruşovkanın pulunu apar qoy Lenin rəhmətliyin qəbrinin üstünə, ondan sonra deyərəm ki, oldun pak...)))
31-10-2017 20:20 Baxılıb: 310    
Şərh bildir