Türk dilinin 9 min il yaşı var - Elmi tədqiqat

Altay (trans-Avrasiya) dillərinin, o cümlədən yapon, koreya, tunqus, monqol və türk dillərinin mənşəyi və erkən yayılması Asiya tarixində ən mübahisəli məsələlərdən biridir. Son tədqiqatlar bu dillərin ortaq əcdaddan törədiyini göstərir. Bununla belə, bu protodilin ilk daşıyıcılarının nə vaxt və harda yaşadığı, eləcə də Altay dillərinin bütün dünyaya necə yayıldığı naməlum olaraq qalır.
Bu suala cavab vermək üçün beynəlxalq alimlər qrupu qədim insanların genom ardıcıllığından, geniş arxeoloji məlumat bazasından və 98 Altay dili haqqında linqvistik məlumatlardan istifadə edərək araşdırma aparıblar. “Nature” jurnalında dərc olunan tədqiqatın nəticələri göstərir ki, bu dil ailəsinin tarixi təxminən 9 min il əvvəl erkən neolit dövründə Şimal-Şərqi Asiya bölgəsində məskunlaşan əkinçilərlə başlayıb. Son Neolit dövründə onlar qonşu bölgələrə yayılıblar.
Sonrakı minilliklərdə Pro-Altay dilinin törəmə qollarının daşıyıcıları Xuanxe populyasiyaları, Qərbi Avrasiya və Comon xalqları ilə qarışıblar. Bu qaynayıb-qarışma fəal mədəni əməkdaşlıq, həmçinin düyü əkinçiliyinin və heyvandarlığın onların həyat tərzinə əlavə olunmasıyla eynı vaxtda baş verib.
Altay dilləri üçün ümumi olan sözlər əsasən kənd təsərrüfatı, darı əkinçiliyi və kənd təsərrüfatı ilə əlaqələndirilir ki, bu da qədim dil daşıyıcılarının oturaq həyat tərzi fərziyyəsini təsdiqləyir. Arxeoloji tədqiqatların nəticələri göstərdi ki, Şimal-Şərqi Asiyanın bu bölgəsində darı əkinçiliyi ilə bağlı Neolit mədəniyyətlərindən sonradan iki budaq ayrılıb: Koreya qolu, bir də Amur və Dənizkənarını əhatə edən qol. Sonralar əkinçilik mədəniyyətinə çəltikçilik və darı becərilməsi də əlavə edilib.
Koreya yarımadasında onlar tunc dövrünün əvvəllərində meydana çıxıblar və təxminən 3 min il əvvəl ordan Yaponiyaya köçüblər. Bundan əlavə, Altay dillərində danışanların hamısında ümumi genetik xüsusiyyətlər müəyyən edilib.
- Dilinizin və müəyyən dərəcədə mədəniyyətinizin köklərinin indiki milli sərhədlərdən kənarda olduğunu qəbul etmək şəxsiyyətinizi də yenidən dəyərləndirməyi tələb edə bilər və bu heç də həmişə asan deyil, - tədqiqat qrupunun rəhbəri Martina Robbits deyir - Lakin bəşəriyyətin tarixi bizə göstərir ki, bütün dillərin, mədəniyyətlərin və xalqların mənşəyi qarşılıqlı təsir və qaynayıb-qarışma prosesindən keçib.

Nadir Qocabəyli          azvision.az
шаблоны для dle 11.2
11-11-2021 23:45 Baxılıb: 500    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}