Rusiya Sibirdə yeni meqapolislər salacaq


Rusiya Federasiyası Baş nazirinin müavini Viktoriya Abramçenko müdafiə naziri Sergey Şoyqunun Sibirdə yeni şəhərlər salmaq təşəbbüsünü dəstəklədiyini bildirib.
Azvision.az RİA Novosti nəşrinə istinadən xəbər verir ki, RF müdafiə naziri Sergey Şoyqu avqust ayında Novosibirsk şəhərindəki Akademqorodokda elmi ictimaiyyətlə görüşündə Sibirdə 300 mindən 1 milyona qədər əhalisi olan üç böyük şəhərin salınmasını və onları xüsusi fəaliyyət sferasına (məsələn, energetika, ağac emalı və ya neft kimyası sənayesi və s.) yönəltməyi lazım bildiyini söyləyıb.
Vahid Rusiya partiyasının nümayəndələri ilə görüşdə Rusiya Prezidenti Vladimir Putin də hərbi nazirin səsləndirdiyi təklifi dəstəkləyərək, Sibirin inkişafı ilə bağlı təkliflərin hazırlanması və rəsmiləşdirilməsinin zəruriliyindən danışıb. "Sergey Kujugetoviçin təşəbbüslərini dəstəkləyirəm, Omsk bölgəsinə səfərimiz ərəfəsində onunla görüşdük və bu təşəbbüsləri müzakirə etdik. Bu, Sibirin potensialı nəzərə alınaraq Sovet dövründə əsası qoyulan inkişafın faktiki olaraq yenidən bərpasıdır. Bu klaster yanaşmasıdır, ayrı-ayrı klasterlərin – Sibir subyektləri ərazisində sənayenin, elmin və texnologiyanın inkişafıdır. Gənclər Sibirdə qalmalıdır", - Omskda iki günlük səfərdə olan Abramçenko deyib.
Baş nazirin müavini bildirib ki, gəncləri cəlb etmək üçün heç bir ekoloji problemin olmadığı, "müasir mənzillərin və insanların xoşbəxt yaşayıb-işləməkdən məmnun qalacağı şəraitin" olduğu rahat bir mühitə ehtiyac var. Onun sözlərinə görə, Anqara-Yenisey makrorayonunun inkişafı üçün ayrıca bir layihə və Cənubi Sibir ərazisinin inkişafı üçün isə başqa bir layihə mövcuddur.

Nadir Quliyev                     azvision.az
06-09-2021 22:58 Baxılıb: 2310    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Кликните на изображение чтобы обновить код, если он неразборчив