Duqin: İlham Əliyev — müdrik və uğurlu siyasətçidir


Tanınmış Rusiya politoloqu, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri, “Kremlin ideoloqu” sayılan Aleksandr Duqin caliber az saytına müsahibə vermişdir.
Qərbin Çinə təzyiqləri ilə bağlı saytın sualına A.Duqin cavab olaraq bildirib: “ABŞ-da hamı gözləyirdi ki, Donald Trampın tənqidçisi olan Co Bayden Çin ilə münasibətləri yaxşılaşdıracaq, Rusiya ilə münasibətləri isə pisləşdirəcək. Lakin məlim oldu ki, eks-prezidentin hərəkətləri və Ağ Evin indiki rəhbərinin siyasəti bir-birindən çox az fərqlənir. Hər ikisi Rusiyaya, eyni zamanda Çinə qarşı çıxış edirdilər və edirlər. Rusiya və Çin ortalığa çıxmış iki qütbdür ki, Amerikanın dünya hegemonu kimi ağalığını məhdudlaşdırırlar. Buna Çini əsas iqtisadi konkurent sayan Tramp da reaksiya verirdi. Çin ABŞ-a iqtisadi sahədə, Rusiya isə ABŞ-a hərbi-strateji nöqteyi-nəzərdən tabe olmur. Beləcə iki qütb ortalığa çıxır ki, ABŞ-ın təkhakimiyyətliliyini məhdudlaşdırırlar və qlobalist proyektə mane olurlar”.
Politoloqun sözlərinə görə, qlobalistlər Rusiyanı və Çini qlobalizasiya layihəsi üçün təhlükə sayırlar və onların öz suverenliklərindən fövqəlmilli orqan saydıqları Qərb və ABŞ-ın xeyrinə imtina etmələrini istəyirlər: “Çinin “Bir kəmər, bir yol” layihəsinin sayəsində Avrasiya sahillərinin bütün ərazisi boyu Çinin geopolitik, iqtisadi modelinin ekspansiyası baş verir. Əslində isə Qərb liberal qlobalizasiyasının binası od tutub yanır”.
Duqin ABŞ-ın Çinə təzyiqlərinin Azərbaycanın Çin ilə get-gedə genişlənən, o cümlədən sözügedən “Bir kəmər, bir yol” layihəsi çərçivəsində artan iqtisadi əlaqələrinə yarada biləcək təhlükəyə də toxunaraq bunları demişdir: “Çin ilə əməkdaşlıq yalnız o ölkələr üçün “toksiki” ola bilər ki, həmin ölkələr ABŞ-ın nəzarəti zonasında qalmağı arzulasınlar. Ölkə çoxqütblülük əsasında özünün suveren, müstəqil siyasətini qurursa, bu Çin ilə iqtisadi partnyorluq da ola bilər, Rusiya ilə hərbi-siyasi əməkdaşlıq da. Yeri gəlmişkən, nəyə görə Qarabağın azad olunmasından sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Avrasiya İqtisadi Birliyinə daxil olmaq məsələsi qoyulmasın? Buna maneə yoxdur. Ardıcıl hərəkət etmək lazımdır. Mənim fikrimcə Türkiyəni də AİB-ə dəvət etmək lazımdır. Biz hamımız Avrasiya gücləri kimi hərəkət etməliyik”.
Duqin İlham Əliyevin regionda oynadığı mühüm rola toxunaraq bunları demişdir: “İlham Əliyev – suveren Azərbaycan tərəfdarıdır. O qəhrəmancasına ölkənin ərazi bötövlüyünün bərpasına nail oldu. Yeri gəlmişkən, bu prosesdə Vaşinqton deyil, Rusiya və Türkiyə öz rollarını oynadılar... Mən Azərbaycanın inamlı dostuyam. Azərbaycan avrasiyaçılıqda açar ölkə kimi böyük əhəmiyyətə malikdir. Bakı – Moskva üçün vacib strateji partnyordur. Azərbaycan çoxqütblü dünyanın qalası ola bilər və olmalıdır. İlham Əliyev müdrik və uğurlu siyasətçidir. O atasının yolu ilə gedir, onun vəsiyyətlərini sadəcə dəbdəbə ilə yerinə yetirir. Və həmişə yeni çağırışlara hazır olmaq lazımdır ki, İlham Əliyev bunun öhdəsindən gələcək. Mən ona inanıram, o öz xalqı və dövləti üçün ardıcıl düzgün yol seçmişdir”.
шаблоны для dle 11.2
25-06-2021 00:00 Baxılıb: 1360    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}