Korovin: Təyyarədə tutulan Protaseviç MKİ-yə işləyən beynəlxalq terrorçudur

Rusiyalı politoloq, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru Valeri Korovin 24 mayda “Rossiya24” kanalına müsahibə verərək Belarusiyada məlum təyyarə insidenti və həbslərlə bağlı Rusiyanın rəsmi mövqeyi barədə öz fikrini bildirib.
O qeyd edib ki, Rusiyanın hadisəyə münasibəti gözlənilən formatda olacaq: məsələ Belarusun daxili işidir və terroristi zərərsizləşdirmək hər bir dövlətin vəzifəsidir və s.
“Rusiyanın hadisəyə reaksiyası tamamilə adekvat və məntiqə uyğundur. Düşünürəm ki, bu məsələ Belarusiyanın daxili işidir. Qoy məsələnin araşdırılması ilə Belarusun, Latviya və Litvanın aviasiya qurumları, avidaşımalara cavabdeh olan təşkilatları məşğul olsunlar. Daha doğrusu bu reaksiya Rusiyanın belə hadisələr baş verən zaman həmişə bildirdiyi tipik, standart reaksiyadır. Avropa dövlətlərinin reaksiyası haqqında isə bunu demək olmaz. Onların reaksiyası siyasidir, həmin dövlətlərin rəhbərlərinin ABŞ-a sadiqliyinə və ABŞ-ın  geopolitik layihələrinin həyata keçirilməsi prioritetinə əsaslanıb. Böyük mənada Avropa Belorusiyaya məhdudiyyətlər qoymaqla özü də növbəti dəfə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin oyunlarına görə məhdudiyyətlərlə qarşılaşacaq. MKİ Belarusiyadakı daxili vəziyyətə aktiv müdaxilə etməklə öz agenti Protaseviç vasitəsilə ölkənin konstitusion quruluşuna qəsd edir. Protaseviç Belarusiyada mövcud hakimiyyəti devirməyə cəhd edən MKİ-nin agentlərindən biridir. İstənilən ölkədə bu cür fəaliyyət ağır cinayət hesab edilir və buna görə kifayət qədər ciddi cəza tətbiq edilir. Bu səbəbdən də Avropanın əsasən şərq ölkələrinin, xüsusilə də Latviya  və Litva kimi cırtdan dövlətlərin rəhbərlərinin reaksiyaları vəziyyətin sırf siyasi xarakter daşıdığını göstərir. Bu bəyanatlarda hüquqi qiymət verməkdən söhbət belə gedə bilməz” – deyə Korovin vurğulayıb.
Bundan başqa politoloq niyə Rusiyanın məsələyə sakit, Avropanın isə isterik yanaşması barədə sualını cavablandırarkən politoloq deyib: “Rusiyanın mövqeyi həmişəki kimi sakit, təmkinli, mülayim və sağlam məntiqə əsaslanmış şəkildədir - ajiotajsız, isterikasız. Çünki qeyri-adi heç nə baş verməmiş, Qərb xüsusi xidmət orqanlarının ruhuna tam uyğun proseslər baş vermişdir. Təyyarədə olan Protaseviç beynəlxalq terrorçudur. O Avropa dövlətlərindən birinin konstitusion quruluşuna və suverenliyinə qəsd edən bir terrorçu olduğuna görə böyük ehtimalla onda bomba da var idi. Protaseviçdə bombanın olması ehtimalı eynilə İraqda kütləvi qırğın silahının və ya Suriyada kimyəvi silahların olması ehtimalına bərabər bir ehtimal idi. Daha doğrusu, əgər bir təyyarədə terrorist uçursa, deməli o üzərində bomba da apara bilər. Ona görə də qeyd etmək lazımdır ki, Belorusiya Xüsusi xidmət orqanları məsələyə sırf Qərb xüsusi xidmət orqanlarının yanaşması ilə hərəkət ediblər. Çexiya, Latviya, Litva kimi açıq-aşkar ABŞ-ın vassalı olan, Dövlət Departamenti tərəfindən birbaşa idarə edilən,  MKİ-nin Avropadakı bütün oyunlarında qulluqçu kimi ona bağlı olan Şərqi Avropa dövlətlərinin liderlərinin belə isterik hərəkətləri təəccüblü deyil. Onlar Belarusiyada mövcud hakimiyyəti devirmək istədilər, onların agentləri məhz elə Qərb metodları ilə tutuldu və onlar bundan çox narazadırlar və iztirab çəkirlər. Çünki Protaseviç  Belarusiyada qanuni hakimiyyətin devrilməsində vacib elementlərdən biri idi.  Əlbəttə ki, onlar böyük itkilər verdilər. Xüsusilə də MKİ siyasi itkilərlə bərabər xeyli maliyyə itkisinə məruz qaldı. Ona görə də biz bu gün Avropanın belə isterik reaksıyalarını, Rusiyanın isə sakit, təmkinli, mülayim və sağlam məntiqə və qanuna  əsaslanmış reaksiyasını görürük”.

Turan Ekspress teleqram kanalı
@turan_ekspressi
шаблоны для dle 11.2
30-05-2021 19:13 Baxılıb: 500    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}