ABŞ komandoları Yəmən müharibəsində Səudiyyə əsgərlərinə gizli şəkildə kömək edirEastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Yəmənə təcavüzü ilə bağlı yeni hesabat yayılıb. Hesabat ABŞ-ın ər-Riyadın Yəməndə apardığı qanlı müharibəyə yardım etdiyini ortaya qoyub. Səudiyyə Ərəbistanı rejiminin Yəməndə "Ənsarullah" hərəkatına qarşı döyüşlərdə Səudiyyə hərbçilərinə kömək etmək məqsədilə Yəmən sərhədinə gizli şəkildə bir sıra elit komando qrupları yerləşdirdiyi qeyd edilib. Bildirilib ki, onlar Səudiyyə Ərəbistanına silah satışı və maddi-texniki dəstək verirlər. |