Sovet bərpa olacaq - başqa yol yoxdur


Nəsimi Həsənov

"Sovet bir də qurula bilməz", "Mümkün deyil", "Nağıldı", "O vaxtkı dövrlə indiki dövr başqadı" deyən, məllim-məllim danışanlara baxıram fikrə gedirəm.
Əcəba, yəni doğurdan bunlar özlərini ziyalı hesab edir?!
Sovet bərpa olacaq - başqa yol yoxdur. Lenin və dostları fəhlə-kəndli hökuməti quranda elə sizin kimilər onda da ağız büzənlər çox idi. Onları yenə də başa düşmək olar. Çünki Yer kürəsi fırlanandan belə bir quruluş olmamışdı. Amma, quruldu. Çəkməçi oğlu, hamamda kisə çəkənin oğlu, mehtərin oğlu, qapıçı, qulluqçu oğlu oxuyub ən yüksək zirvəyə çatdılar. Bu dəhşətdir, bu inanılmazdır. Söhbət 1-2 nəfərdən getmir, söhbət on milyonlarla adamdan gedir.
İndi daha asandır. İndi biz bilirik belə bir şey olub, sadəcə onu bərpa eləmək lazımdı. Amma Lenin dövrünün adamları belə şeyi nəinki görmüş, heç eşitməmişdilər də.
O dövrün fəhlə adamları qazma evlərdə yaşayırdı, indiki fəhlələr 9-20 mərtəbəli evlərdə yaşayır. Necə, texnika dövrüdü?! Hə noolsun?! Bir quru fəhlə uşaq xaker həmin texnikanı pramoy kökündən söndürər (bir az baş işlətsə). Yəni mümkün olmayan şey yoxdur. O vaxt daha çətin idi nəinki indi. O vaxt sən bəyin, arvadın isə bəyin arvadının qulluqçusu idi. Torpaq nə idi ki?! Sən kimsən ki, sənin 10-20 sot ata-baba torpağın olsun? Hamısı 4-5 handa bir bəyin idi (Allahqululular, Cabbarlılar, Dövlətovlar, Talışınskilər və s.). Sənə Leningil torpaq verdi. Əvəzində isə sən dabanı çatdağ onları söyürsən.
Sovet mütləq tezliklə qurulacaq. Amma mən sizin kimi çörəyi dizinin üstündə olanlarla ora daxil olmaq istəməzdim. Sizi ancaq təmizləmək lazımdı. Stalin çox az eləyib, çox az. Sovet bərpa olanda sizi arayacaqlar, instaqram, facebook və s. müxtəlif saytlardan sizi tapıb qışqırdacaqlar. Nə cür gizlənsəz belə. Gülürsüz hə sözümə. Gördüz bir anda Qazaxıstanda ara dəydi məzhəb itdi, bir anda da daşlar yerinə oturdu. Bu dünyanın işini bilmək olmur. Hadisələr o qədər sürətlə dəyişir ki, uspet eləyib proqnoz verə bilmirsən.
Heraklitin "Eyni çaya iki dəfə girmək olmur" devizini əldə şüar tutub məllim-məllim danışmayın, Koba isə deyir "eyni çaya 200 dəfə girmək olur". Necə, Heraklitin o sözü başqa mənadadı?! Ala, bilirəm, indi kvant fizikası Heraklitin o sözünü xosa çıxardıb. Sən eyni anda Kanada da da ola bilərsən, Tokioda da.
HEÇ VAXT HEÇ VAXT DEMƏ.
шаблоны для dle 11.2
12-01-2022 17:59 Baxılıb: 760    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}