Millətçilik, irqçilik, öz millətini digərlərindən üstün bilmək - bütün bunlar faşizmdir

Müşfiq Heybətov

2-3 gün öncə Türkiyədə keçirilən gey paradın iştirakçıları, dünən də mediaya çıxan ana, ögey ata və qohumların 6-8 yaşlı bacı-qardaşı zorlaması. Bu tip iyrəncliklər dünyanın bir çox ölkələrində baş verir, bunun üçün bütöv türk millətini qınamaq, günahlandırmaq, təhqir etmək olmaz. Umumiyyətlə heç bir millət haqqında ucdantutma təhqiredici ifadələrlə danışmaq olmaz. Şəriət də bunu deyir, insanlıq da.
Amma sözüm başqadır.
"Türkün türkdən başqa dostu yoxdur", "Nə mutlu türkəm deyənə", "Türkəmsə üstünəm" və s. şüarlar çığıran, bu şüarları özləri üçün həyat tərzinə çevirənlərə bir sualım var. Gey parada çıxanı özünə dost görürsən? Və ya öz qızını zorlayan "ata"dır üstün? Oğluna təcavüz eləyən "anadır" mutlu türk? 
Bu cür hadisələrin baş verməsi moizədir. Yetər ki, görə biləsən. Millətçilik, irqçilik, öz millətini digərlərindən üstün bilmək - bütün bunlar faşizmdir və Allah yanında böyük günahlardandır. Ən acınacaqlısı da budur ki, gündə 5 dəfə namaz qılanlar da bu xəstəliyə tutulub. Sanki iman gətirdiyi Kitabın Hucurat surəsində Allah: "Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız ən çox təqvalı olanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır" - demir.
Ayılın!
Vallah ayılmasaz, onsuz da qəbr evinə köçən kimi ayıldacaqlar.
Allah aqibətimizi xeyirli eləsin!
шаблоны для dle 11.2
03-07-2021 15:25 Baxılıb: 2220    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}