Yaxşı ki, bizim Cənabın və Ərdoğanın məsləhətçisi Putindir

Zöhrə İsmayılova

Çox maraqlıdır. Bilirəm, bu yazım xoşunuza gəlməyəcək. Gəlməsə, bloka atın, dostluqdan silin, necə istəyirsiniz. Amma bu barədə yazmağı özümə borc bildim...
Əzizlər, dostlar, canlar, dəyərlər, inanın ki, dünyada heç yerdə siyasət emosiyalarla həll olmur. Bunun üçün soyuq baş və düşüncə lazımdır.
İkinci vacib və diqqət ediləsi məqam odur ki, cümlələrdən ehtiyatlı istifadə edəsiniz. Radikal yanaşma heç vaxt heç kim üçün uğurlu olmayıb, bizim üçün uğurlu ola. Hardasa qrant alıb status yazan like xəstələrini qəbul edirəm. Siyasətdə olmayan sadə vətəndaşı isə başa düşə bilmirəm.
Ərdoğanın çıxışındakı İran və Rusiyanın önəmliliyinə toxunuldu. Biri yazır ki, İran aftafaları belə, biri yazır ki, Avrasiya Birliyi elə...
Əvvəla Avrasiya Birliyinin baş planında Türkiyənin rolu haqqında məlumatınız yoxdur, olsa belə danışmazsınız.
Bəyannamənin əsl funksiyasını tezliklə biləcəksiniz.
Heç bir ağıllı siyasətçi sülhməramlılar haqqında proqnoz verə bilməmişdi. Amma Avrasiya planında buna yüngülcə toxunulub, eləcə də dünənki müqavilə haqqında.
Digər məsələ. Ərdoğanın İran və Rusiyaya toxunması onu göstərir ki, Ərdoğan onun haqqında şərh yazanlar kimi düşünüb gəlməyib regiona. İnanın ki, bəzi siyasətçilər özləri belə yozmaq istəyir deyə yozur. Hədəf tam başqadır. Sadəcə xalqa çatmalı olanlar həmişə siyasətdə başqa olur, alt yapıda görülən işlər başqa.
O boş-boş danışıb Rusa, İrana "şıllaq atma" şərhi verənlərin səmimiyyətinə inanmayın. Boş şeydir, sonra öyrənərlər. 40-ında, gorunda söhbəti.
Barı siz açıq gözlə baxın, sizə ki kimsə əmr etmir belə yaz, belə de. Əmr edirlərsə, onda heç. Lakin istənilən halda ehtiyatı əldən vermək lazım deyil.
O qara şərhləri yazanların heç biri Azərbaycan üçün siyasətin aktiv mərkəzində deyil. Yaxşı ki də deyil. Çünki onlar olsa, yenə hər qonşuya bir şıllaq atıb, 10 şıllaq yedizdirərdi bu millətə. Özləri də gedib oturardı hansısa kənddə.
Yaxşı ki, bizim Cənabın və Ərdoğanın məsləhətçisi Putindir. Onlar yalnız onun dediyini önəmsəyir. Yoxsa, təsəvvür etmək istəmirəm nə olardı.
Qaldı bəzi layihələrin, xüsusilə, infrastruktur və yol layihələrin Türkiyəyə verilməsi - ağıllı qərardır. Çünki 30 ildir özümüz tikirik, səmimi olaq, nə gündədir yollarımız? Hər il söküb tikirik. Türkiyə etsə, heç olmasa bu hər il yox, iki il olar. Xəzər dənizinə Türkiyə şirkətləri cəlb olunacaq və payı artacaq (İndidən deyim ki, bu da Avrasiya Birliyinin planına daxildir - şok olay kimi paylaşıb, "kef" tutanlar özləri bilər - siz artıq prosesdən xəbərdar olduğunuz üçün adi qarşılayacaqsınız, necə ki bildiyim üçün mən də adi qarşıladım). Bu bizim, Rusiyanın və İranın da marağındadır.
Yazımı oxuyandan sonra bir də görsəz yenə hansısa ağıllı çıxıb paylaşım edir ki, bəs İranın ürəyi partlayır, Rusiya cırılır, Putin asqırır və s. - həmin adamın siyasi şərhçiliyi ilə bağlı ciddiyəti boş verib, oxuyub gülün, keçin.
Çünki o da burdan qazanır, heç kimi qınamıram. Hərə bir cür savadsız kütləni dolayıb qazanmalıdır.
Amma sizi inandırım ki, o siyasi şərhlərdən daha ciddi və daha maraqlı hadisələr baş verir.
Sürpriz dolu.
Ciddi qüvvələr bunun üçün illərlə çalışıb.
Eynilə sülhməramlılarin gəlişini 3 gun əvvəl kimsə demirdi, amma gəldi. Deyə bilərsiniz ki, müqavilə haqqında deyildi bəs. 2005-ci ildə nəşr olunan Avrasiya proqramında var bütün bunlar. 2005 eee. Hələ bu harasıdır...
2 gün əvvəlki proqnoz hünər deyil, əsas hünər 2005-də çap olunan həmin kitabı oxuyub, hadisələrin necə ordakı ardıcıllıqla həyata keçdiyini izləyib zövq almaqdır.
Adam çox ağıllı görünür a, həm də uzaqgörən və Vanqa)))
шаблоны для dle 11.2
18-06-2021 22:14 Baxılıb: 1640    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}