Ziyalılarımızı kim qırırdı: müstəqillik, yoxsa sosializm?

Mirzə Fətəli Axundova qədər böyük Azərbaycan coğrafiyasında Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Mirzə Şəfi Vazeh, Hacı Zeynalabdin Şirvanidən başqa yüksək səviyyəli kimlərimiz vardı?
Hələ adlarını açıqladıqlarım da şeir, qəzəl yazıb-yaratsalar da bir dəfə olsun xalq üçün milli əlifba haqqında düşünmədilər.
Axundov nə qədər çalışsa da, özündən sonra cəmi 67 nəfərə təsir göstərə bildi.
Bəyənmədiyimiz Azərbaycan SSR-də məhz Səməd Ağamalıoğlunun səyi nəticəsində ilk latın əlifbamız oldu, kütləvi şəkildə pulsuz məktəblər, universitetlər, institutlar, gecə məktəbləri, peşə məktəbləri açıldı, bütün SSRİ miqyasında pulsuz, hər cür təminatlı və hamı üçün əlçatan təhsil sistemi yaradıldı. Qara Qarayev, Fikrət Əmirov, Vaqif Mustafazadə, Yusif Məmmədəliyev, Azad Mirzəcanzadə, Ziya Bünyadov, Heydər Əliyev, Əjdər İbrahimov, Səttar Bəhlulzadə, Adil İsgəndərov və onlarla başqa dünya səviyyəli sənətkarlarımız, yazıçılarımız, alimlərimiz, siyasi xadimlərimiz yetişdi.
İndi kim ziyallıları qırırdı? Müstəqillik adı altında ifrat kapitalizm, klançılıq, qohumbazlıq, yerlibazlıq gətirənlər, yoxsa sosializm çərvivəsində milli kimliyimizi qoruyub inkişaf etdirənlər?!

Abdulla Ember
шаблоны для dle 11.2
15-06-2021 23:28 Baxılıb: 1610    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}