FETOÇULAR MASKALANARAQ KRİPTOFETOÇULARA ÇEVRİLİBLƏR

Üzvləri əsasən mənim kimi Türkiyə Respublikasında ali təhsil almış vətəndaşlarımızdan ibarət olan bir sosial şəbəkədə olan qrupda 23 mayda tarixi öndər Şah İsmayıl Xətainin vəfat günü ilə bağlı adicə bir status paylaşdım. Bəri başdan deyim ki, eyni paylaşımı həm şəxsi status kimi, həm də başqa qruplarda da paylaşmışdım. Sağ olsun şəbəkədə məni təqib edənlər, hamısı vətən övladı kimi bu statusu bəyənərək Şahımıza Allahdan rəhmət dilədilər.
Sadəcə bir nüans diqqətimi çəkərək məni məyus etdi. Amma çox təəssüf edirəm ki, nüans adını hallandırdığım qrupda baş verdi.
İnsana bir Azərbaycan övladı kimi təsir edən odur ki, ölkəmizdə son onillikdə tariximizdə qızıl hərflərlə adı yazılmalı olan şəxsiyyətlərə qəlbində nifrət bəsləyən fərdlər peyda olub. Onların mənfur varlıqları belə mənə xalqımıza, vətənimizə, milli-mənəvi dəyərlərimizə nifrət edən kütlənin yetişməkdə olduğunu xəbər verir.
Belə vətən düşmənlərini 3-4 qrupda ələ almaq olar. 
1) Əsası Səudiyyə Ərəbistanı və Bəsrə körfəzi ərəb ölkələrinə dayanan, el arasında vahabi-sələfi adlanan, ürəklərində dini teror arzusu olanlar.
2) Özlərini saxta Türkçüluklə maskalayan, əslində isə kökləri xaricdən himayə olunan, məhzəbçilik azarına tutulan qruplar. Belə qruplar 1918-ci ildə də mövcud idi, təməlləri Əhməd bəy Ağayev (Ahmet Ağaoğlu) tərəfindən atılan "panosmanist" təbəqədir. Tarixçilər yaxşı xatırlayar 1918-ci ildə Əhməd bəy Ağayev Rəsulzadəyə problemlər yaratmağa, müstəqil Azərbaycan Respublikasının yaradılmasına qarşı çıxmağa başlamışdı.
3) Konkret və qısa adı ilə FETO-çular, yəni təməli Pensilvaniya ştatına dayanan, ölkəmizdə hələ dayaqları qalan mənfur sekta.
Ən təhlükəlisi də məhz sonunculardı.
Həm də ona görə təhlükə ərz edirlər ki, bu təbəqə özünü yetərincə kamuflaj etməyi bacarır və illərdir dövlət orqanlarında paralellik prinsipləri əsasında təşkilatlanıblar.
Onları az-cox tanıyanları və ifşa etmək istəyənləri sistematik olaraq şərləyib həbsə atdırıb, ən yaxşı ehtimal kimi də iftaralar ataraq, etibarsızlaşdırmağa çalışıblar. Atdıqları iftaralar o qədər mənasız, mənasız olduğu qədər də hayasızcasına olub ki, bir çox ziyalılarımız sadəcə abrını iftaradan qorumaq üçün çox da üstlərinə getməyib. Ən populyar iftiraları bunlar olub: "Vətən xaini", "Etnik ünsür", "İran cəsusu"  və s.
Bu qruplara əsasən iftira kompaniyalarına kriptofetoçular - Fazil Mustafa kimi deputat mandatı mənimsəyən şəxslər yön verir. 
Vaxtilə Azərbaycan prezidenti olan mərhum Əbülfəz Elçibəy belə Fazil Mustafa haqqında deyirdi ki, onu göndərdim Türkiyəyə millətçi olsun, o gedib məhzəbçi oldu...
Allah sənə qəni-qəni rəhmət eləsin.


Anar Xəyali
шаблоны для dle 11.2
28-05-2021 05:58 Baxılıb: 880    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}