Bu millət çox qəddar və amansızdır

Nadir Qocabəyli
 
28-dən manatlıq taksiyə minib, yorğun halda Hövsan qəsəbəsində düşdüm. Burdan da kəndə getmək üçün adətən 132 və 161 saylı avtobuslardan istifadə edirəm. 10 dəqiqə gözlədikdən sonra 161 gəldi. Adətən mindiyimiz arxa qapıdan minmək istəyəndə sürücü bizi qabaq qapıya dəvət etdi. Təəccüb etsəm də, əmrə tabe oldum. Minəndə dedi ki, kartladır. Nə vaxtdan? Bü gündən, dedi. Əlimi çantama atıb cüzdanımı çıxardım. BakuKartımı götürüb, terminala yaxınlaşdırdım. Kartımda pul yox idi. Çoxdandır kartlı avtobuslardan və metrodan istifadə etmədiyim üçün qurtarmışdı və yükləməmişdim.
Sürücü mənə avtobusdan düşməyi əmr etdi. Bir qədər duruxdum, doğrusu. Belə münasibətə alışıq deyiləm. İstər-istəməz ətrafıma baxdım. Camaat da mənə baxırdı. Nə mən onlara dedim ki, kimsə kartını pulunu ödəmək müqabilində müvəqqəti mənə versin, nə də təklif edən olmadı. Sürücü avtobusu sürməyərək mənim düşməyimi gözləyirdi. Düşdüm aşağı...
Ancaq çox qəzəbləndim bu olaya. Sürücünün eşşəkliyi, camaatın lomluğu, özümün də tormozluğum mənə pis təsir etmişdi. Doğrusu, üzərimdə qəpiyim olsaydı, bəlkə də, kimdənsə xahiş edərdim. Amma yox idi...
Düşündüm ki, əgər bu nadan, özünü müvəqqəti nəsə hesab edən sürücü bir qədər nəzakətli davranıb, digər sərnişinlərdən mənə kömək etmələrini xahiş etsəydi, yaxud, müəllim, xahiş edirəm, gələn dəfə nəzərə alın desəydi, heç bir problem olmazdı. 30 qəpiyi ya sərnişinlərdən kiməsə, ya da elə sürücünün özünə verib rahatca evimə gələrdim. Ya da elə məni pulsuz gətirər və eybi yox, müəllim, gələn dəfə ödəyərsiniz desəydi, dünya dağılmazdı. Xüsusilə də avtobus bomboş idi. Amma demədi və mən boyda kişini, ziyalı bir adamı urvatrsız və hörmətsiz elədi...
Mən adətimə xilaf olaraq sakitcə avtobusdan düşdüm. Əvvəlki vaxtlarım olsaydı, bu tələbə və əmrə heç cür boyun əyməzdim. Ancaq mən artıq məğlub bir ziyalıyam. Mən bu xalqa məğlub olmuşam...
Ancaq bilirsinizmi nə oldu? O anda mən bu xalqa, mənsub olduğum Azərbaycan xalqına qarşı dəhşətli nifrət hiss etdim. Ani olaraq düşündüm ki, bu millət çox qəddar və amansızdır. Düşündüm ki, Allah yaxşı ki, dəvəyə qanad verməyib.
Düşündüm ki, əgər tanrı mənə hansısa yüksək məqama, vəzifəyə çatmağı qismət etməyibsə, bu mənim ürəyimin yumşaqlığındandır. Çünki məqam və vəzifə bu xalqa layiq olduğu münasibəti göstərənlərə verilir. Mənsə hələ də bunu tam öyrənməmişəm...
шаблоны для dle 11.2
09-08-2021 00:50 Baxılıb: 1840    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}