ABŞ-IN RUSİYADA PUL PAYLAYAN XEYİR MƏLƏKLƏRİ


Rusiya ərazisində fəalliyyət göstərən yüzlərlə xarici mənşəli qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyəti dayandırıldı. Dövlət Reqistrasiyası Federal Xidmətinin məmurları ilk əvvəl onları sakitləşdirdilər ki, bəs onlar nizamnamə üzrə fəaliyyətlərini və Rusiya təşkilatlarını maliyyələşdirmələrini dayandırmalıdırlar, lakin təsərrüfat fəaliyyəti ilə məşğul ola bilərlər- bununla belə onların dövlət qeydiyyatından keçmək üçün hər cür imkanı qalır.
Məmurlar onları sakitləşdirirdilər, çünki onlar həyəcan keçirirdilər. Axı qərbdəkilər çox arzulayırlar ki, Rusiyanın ictimai təşkilatlarını maliyyələşdirsinlər, burda xeyriyyəçiliklə məşğul olsunlar, qrant paylasınlar. O dərəcədə çox arzulayırlar, bunun üçün elə ürəkdən qışqırırlar ki, hətta Vaşinqtonda qışqıranların səsi bura gəlib çıxır! ABŞ Prezidenti Administrasiyası Rusiyada amerikan QHT-lərinin qeydiyyatdan keçməsi prosesinin tezliklə bitməsi barədə həm dua edir, hətta alınmayanda bizi hədələyir də! Sözlərindən belə çıxır ki, “siz Allah, artıq dözə bilmirik, icazə verin xeyriyyəçiliklə məşğul olaq, icazə verin sizlərə pul paylayıb savaba bataq”.
Adi rus insanı çaşqınlıq içində qaşlarını çataraq bu adamların öz pullarını necə gəldi, hara gəldi xərcləmək üçün belə canfəşanlıq etmələrinin səbəbini anlaya bilmir. Adi rus insanının bu barədə suallarına əlbəttə ki şəbəkə müharibələri konsepsiyasını yaratmış və bu konsepsiyanın ABŞ-ın hərbi strategiyasına daxil edilməsinə nail olmuş vitse-admiral Artur K. Sibrovski cavab verə bilər.
Həmin konsepsiyanın məzmunu ondan ibarətdir ki, düşmənin ərazisi adi silahlardan istifadə edilmədən tutulmalıdır. Bunu elə ustalıqla həyata keçirirlər ki, düşmən sonradan ikiəllli başını tutur və gözlərini döyərək təəccüb içində qalır ki, bu necə oldu! ABŞ bu yolla Şərqi Avropanı, sonra Pribaltikanı, MDB ölkələrini, Asiya respublikalarını, Gürcüstanı, sonra isə Ukraynanı ələ keçirmişdir. Hücum davam edir. Növbədə Şimali Qafqazdır.
Lakin alınmadı, Rusiya hökuməti şübhələnməyə başladı və yolu kəsdi. Birdən birə Moskvanın ağlına belə bir fikir gəldi: “Dayan görüm! Əgər amerikan doktrinasında bu cür yazılıbsa, onda düşmən... doğrudandamı bizik? Qoy bir də diqqətlə baxaq görək...”
Şəbəkə müharibəsinin nə əvvəli var, nə axırı. O həmişə davam edir. Bu müharibə düşməni, neytral qüvvələri, eləcə də dostları manipulyasiya etməklə aparılır. Sibrovski bunu “davranış modelinin formalaşdırılmasına yönəlmiş hərəkətlərin məcmusu” adlandırır. Bu, müdaxilə edilməsi planlaşdırılan ərazidə “hərbi əməliyyatların” bütün potensial iştirakçıları üzərində hələ bu müdaxilə həyata keçirilməmişdən əvvəl  total nəzarəti yaratmaq anlamına gəlir. Bununçün potensial aktiv iştirakçılarda maddi maraq yaratmaq və təmin etmək, lakin əsasən onları ideya baxımından motivasiya etmək lazımdır. Həmin üsulla bir qayda olaraq ələ keçirdikləri və öz tərəflərinə çəkdikləri aktiv iştirakçılar bunlardır: məmurlar, jurnalistlər, diplomatlar, hüquq müdafiəçiləri, ictimai fəal şəxslər, alimlər və s.
Şəbəkənin yaradılmasında məqsəd onlardan əsas hücum anında – adətən seçkilər, hakimiyyət dəyişikliyi zamanı “həmin ölkələrin, xalqların, orduların və hökumətlərin müstəqilliyinə, suverenliyinə, subyektliliyinə son qoymaq və idarəolunan proqramlaşdırılmış bir mexanizmə çevrilməsində istifadə etməkdir”. Vitse-admiral Sibrovskinin belə şəbəkənin yaradılmasının əsas elementi, şəbəkə müharibəsinin əsas silahı kimi açıqca QHT-ləri qeyd etməsinə yalnız heyrətlənmək qalır.
Bu gün Qərb QHT-lərinin bir az yüksək aktivliyi Şimali Qafqazda, ən yüksək aktivliyi isə Qaraçay-Çərkəz və Kabardin-Balkar bölgəsində müşahidə edilir. Artıq amerikan demokratiyasının küləyinin hansı tərəflərdə əsəcəyini təqribən müəyyən etmək mümkündür. Qərbə aid bütün QHT-ləri saymaq mənasızdır, çünki onlar həddindən artıq çoxdular. Demək olar hər yerdə ABŞ-ın Beynəlxalq Respublika İnstitutu (İRİ), müxtəlif növ “açıq cəmiyyət institutları” və ya “xeyriyyə fondlarının” nümayəndəlikləri mövcuddur. Bir müddət əvvəl ABŞ-ın prezidenti öz həmvətənlərinə ”bütün dünyada demokratiyanın inkişafı” işində göstərdikləri səyə görə minnətdarlıq etdi və Beynəlxal Respublika İnstitutunun aparatını əldə edilmiş nailiyyətlərlə - “qızılgül”, “narıncı”, “bənövşəyi” və “qərənfil” inqilabları ilə kifayətlənməməyə çağırdı.
Amerikanların bu mövzuda açıqlığı, səmimiliyi, özlərinin haqlı olduqlarına zərrə qədər şübhə etməmələri heyrət doğurmaya bilməz. Bu səmimilik bizim öz “zəkamıza” həddən ziyadə güvənməyimizin nəticəsi deyilmi? Biz hələ də Şərq Blokunun və SSRİ-nin süqutunu düşünüb ah çəkirik, amerikanlar isə artıq Asiyada bizim düz böyrümüzdə yerləşiblər. Biz elə şərəfimizə sahib çıxmaq barədə ağzımızı açan kimi Gürcüstanı və Ukraynanı itirdik...
Rusiya ərazisində fəaliyyət göstərən Qərb QHT-lərindən şübhələnmək doğru qiymətləndirilməlidir. Lakin şəbəkə müharibəsi çox sürətli bir prosesdir. Kim ləng düşünəcəksə, daha sürətlə uduzacaq. Vaxt yoxdur...


Müəllif: Valeri Korovin


Tərcümə: Cəmil Şirvanov
шаблоны для dle 11.2
27-06-2021 18:45 Baxılıb: 1200    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}