Həmin 160 türkiyəli kimlər idi?

Rusiyalı jurnalist Serqey Uşakov jpgazeta ru saytında (“Jurnalistskaya pravda”) 1990-cı illər hadisələrindən bəhs edən “Sumqayıtdan Xocalıya kimi — ABŞ və onun əlaltılatı Qafqazı necə alovlandırdılar” adlı məqalə yazmışdır. Həmin məqaləni sizə təqdim edirik.

Son hadisələr – “ələkeçməz” manipulyator və fırıldaqçı Navalnının həbsi, atlantistlərin uzun illər ərzində yaradaraq ölkə boyu düzdükləri
Korrupsiya ilə Mübarizə Fondunun destruktiv və təxribatçı strukturlarının qanundankənar elan edilməsi, rusdilli KİV-lərdə açıq xarici agentlərlə bağlı nizam-intizam yaradılması onu göstərir ki, müasir Rusiya Cin Şarpın qara mirasına qarşı adekvat metodikalar işləyərək hazırlayıb.
Eyni zamanda, Rusiyanın 5-ci kolonu kötükdən çıxararaq təmizləmək və özünün ölkədaxili iddialarının səhrədlərini birmənalı şəkildə təyin etmək qətiyyəti onu göstərir ki, “toparlanma” vaxtı artıq bitmişdir. “Amerikan mirası” ilə müharibə başlamışdır və yaxın 5-7 ilin hadisələri yaxın yüzildəki güclər nisbətini müəyyənləşdirəcək.
Bununla əlaqədar təəssüf hissi yaranır ki, Sovet İttifaqının son rəhbərlərinin Reyqan məsləhətçilərinin MKİ ilə əlbir şəkildə və NATO-nun himayə etdiyi terrorist internasionalının köməyilə ölkəmizə qarşı apardıqları çirkin oyunu anlamaq üçün bəsirət gözü bağlanmışdı. Onların iradəsi çatmadı ki, bu çirkin oyunun qarşısını alsınlar.
Hələ prezident Karterin vaxtında, 1979-cu ildə yaradılmış Milli Kəşfiyyat Şurası (National Intelligence Council) ilk orta və uzunmüddətli planlaşdırma mərkəzi kimi amerikan kəşfiyyat cəmiyyətinin bütün cəhdlərini –ilk növbədə antisovet cəhdlərini– ortaya qoymaq üçün yaradılmışdı. Milli Kəşfiyyat Şurası hələ o zaman, 40 il qabaq tam geopolitik kateqoriyalarla fikir yürüdərək Balkandan və Yaxın Şərqdən tutmuş Qafqazdan keçməklə Orta Asiyaya kimi hər yerdə Sovet İttifaqının zəif yerlərini arayaraq “alovlu qeyri-stabillik zolağı” yaratmağa çalışırdı.
Təəssüf ki, Sovet rəhbərləri, o cümlədən Dövlət təhlükəsizliyi rəhbərləri həmin vaxt müəmmalı etinasızlıq nümayiş etdirdilır, halbuki düşmən öz metodlarını açıq-aşkar həyata keçirirdi.
Amma Robert Qeys, Henri Kissincer, Zbiqnev Bjezinski kimi cənablara çox sağ ol demək lazımdır ki, 90-cı illərdə, Rusiyanın Sovet dövrsüzlüyündə hər şeyi açıq deyirdilər. Bu dövlət kişiləri Rusiyanın həmişəlik məğlubiyyətinə o dərəcədə inanmışdılar ki, öz qələbə memuarlarında hər şeyi açıq bildirirdilər.
1997-ci ildə ABŞ-ın xarici siyasətinin aparıcı ideoloqlarından biri Zbiqnev Bjezinki özünün “Böyük şahmat taxtası” kitabında açıq-aşkar göstərirdi: “Mühüm siyasət aparılmasının ilkin punktu hal-hazırda ümumdünya işlərinin geopolitik vəziyyətini müəyyənləşdirən 3 misli görünməmiş şəraiti ayıq dərk etməkdir: 1) tarixdə ilk dəfədir ki, təkcə bir dövlət ümümdunya gücünə çevrilmişdir; 2) dünya miqyasında başqa dövlətləri üstələyən bu dövlət Avrasiya dövləti deyil; 3) dünyanın mərkəzi arenası- Avrasiya bu dövlətin güclü təsiri altındadır”.
Ardınca: “Yaxın vəzifəmiz ona arxayınlaşmaqdır ki, heç bir dövlət və ya dövlətlər qrupu ABŞ-ı Avyasiyadan qovmaq potensialına malik deyil və yaxud hətta onun dünya arbitri kimi həlledici rolunu əhəmiyyətli dərəcədə endirmək iqtidarında deyil. Transkontinental geopolitik plüralizmin möhkəmləndirlməsi məqsəd kimi deyil, Avrasiyanın əsas regionlarında əsl strateji partnyorluğun qurulması yolunda ortamüddətli hədəfə nail olmaq üçün vasitə kimi baxılmalıdır”.
90-cı illər nümunəsində ABŞ-ın himayəsi altında “geopolitik plüralizm” əslində nə deməkdir?
Bu o deməkdir ki, Ermənistan və Azərbaycan öz iqtisadi və mədəni maraqlarını bir kənara qoyaraq, ABŞ-ın regiondakı dünya arbitri kimi “dinamik tənzimləməsini” təmin edən daimi düşmənçilik etməyə məhkumdurlar. Bununla bərabər amerikan təsir vasitələrinin çoxu bulanıqdır, qaranlıqdır və eybəcər yalana söykənir. ABŞ-ın istənilən postsovet ölkəsindəki əsas müttəfiqləri (oxu: alətləri) heç də ilk baxışda göründüyü kimi korrupsiyalaşmış elitalar deyil, – hər qəbildən olan millətçilərdir. Məhz bu qaragüruh qardaşlığı “geopolitik plüralizm” təşkil etməyə və heç nədən xalqlar arasında nifrət yaratmağa qadirdir. Məhz onların ucbatından insanlar heç nədən sakral qurbanlara çevrilirlər.
Ermənistan və Azərbaycana real dialoqa gəlməyə nə mane olur? Elə bir-birinə tərəf ilk addımdaca erməni millətçilər Sumqayıt qırğını, azərbaycanlı millətçilər isə Xocalı qırğını haqqında hay-həşir salırlar. Vəssalam. “Geopolitik plüralizmə” nail olunmuşdur.
Sumqayıt və Xocalı hadisələrinə bizim “əziz müttəfiqlərimizin” 80-90-cı illərdə bədnam “qeyri-stabillik zolağını” necə alovlandırmaları, əfqan “müxalifəti” ətrafında terrorist inertasionalı toplayaraq onlara təlim keçib ən müasir silahlarla təmin etmələri, Yuqoslaviyada xorvat terrorçularını dəstəkləmələri, SSRİ respublikalarında “yenidənqurma, plüralizm və aşkarlıq” dalğasında dürlü-dürlü “Xalq Cəbhələrini” (millətçiləri) maliyyələşdirmələri fonunda baxsaq, “sakral qurbanlar” yaradılması, qeyri-insani düşmən obrazının xalqın şüuruna yeridilməsi üzrə klassik əməliyyatlar göz önündə canlanır və hər şey aydınlaşır.
Nə 1988, nə də 1992-ci ildə internet və rəqəmsal çəkilişlər hələ çıxmamışdı, odur ki, “Maydan snayperləri” 2014-cü ildə fotolara düşsələr də, Sumqayıt və Xocalını törədənlər çəkilişə düşmədilər.
Əlbəttə ki hadisələrin tam mənzərəsini biz gizli arxivlər üzə çıxanda görəcəyik. Amma indi də azsaylı açıq mənbələri analiz edərkən, Qazqazda şablon əsasında “Bu ermənilər/azərbaycanlılar vəhşidirlər” qışqıranlara çoxlu əlverişsiz suallar ünvanlaya bilərik.
Düşünmək üçün həmin suallardan bir neçəsi bunlardır:
–Kim ermənilərin hələ 1987-ci ilin noyabrında Qafandan qovduqları “əzabkeş köçkünləri” Sumqayıtdakı məlum 27 fevral mitinqində görüb?
–22 fevral 1988-ci ildə Əsgəran yaxınlığında eyni zamanda həm milislərə, həm də Azərbaycan Xalq Cəbhəsi fəallarına güllə atanlar kimlər idi?
–Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından olan Zərdüşt Əlizadənin öz kitabında Sumqayıt hadisələri barədə danışarkən göstərdiyi, təxribatlar törətmiş yerli olmayan həmin şübhəli cavan adamlar kimlər idi?
–Millətçi Elçibəyin Bakıdakı mitinqdə haqqında danışdığı “azərbaycanlılara köməyə gəlmiş 160 türkiyəli” kimlər idi? Onlar necə, hansı yollarla o vaxt hələ Sovet ərazisi olan Azərbaycana gəlib çıxmışdılr? Heyətləri, silahları, bölmələri nə olmuşdur?
–Nəyə görə Azərbaycan Xalq Cəbhəsinin fəalları xocalıları dilə tuturdular ki, şəhəri tərk etməyin, təhlükə yoxdur, halbuki Xocalı sakini Salman Abbasovun sözlərinə görə, erməni tərəfi hələ bir neçə gün qabaq hücuma keçəcəkləri barədə xəbərdarlıq etmişdi?
–Nəyə görə Azərbaycan hərbi jurnalistikasının əfsanəsi Çingiz Mustafayev 28 fervalda və 2 martda dinc sakinlərin cəsədlərini çəkərkən müəyyənləşdirmişdi ki, cəsədlər sonradan eybəcər hala salınmışdır? Axı həlak olanların bədənində 28 fevralda dəlik-deşiklər və kəsiklər olmamışdı. 5 aydan sonra Çingiz bu barədə “ilk hücuma keçmişdi”. Onun döyüş meydanında necə həlak olması indi də gizlədilir.
–Nəyə görə Çingiz Mustafayevə əvvəl bildirilmişdi ki, həlak olanların cəsədləri ermənilərin nəzarət etdiyi ərazidədir, amma hadisə yerinə gələrkən o burda Azərbaycan tanınma nişanları olan naməlum əsgərlərlə rastlamışdı ki, onlar çəkiliş qrupunun yaxınlaşdığını görüb aradan çıxmışdılar?
–Xocalıdan müəyyənləşdirilmiş “azad koridorla” çıxan dinc sakinlər tərəfdən erməni mövqelərinə atəş açanlar kimlər idi?
Sualların siyahısını sonsuzluğa qədər uzatmaq olar – hadisələrin rəsmi versiyasında o qədər dolaşıqlar var ki, heç bir tənqidə sığmır.
Bu suallar o istəkdən doğur ki, nə vaxtsa həmin 160 türkiyəlinin ad-familiyalarını da bilməsək, heç olmasa hərbi hissələrinin nömrəsini öyrənək. Hansılar ki, MKİ və NATO-dan olan kuratorlarının patronajlığı altında Sumqayıtda kütləni yönəltmişdilər, köçkünlər arasında şayiələr buraxmışdılar, həm o tərəfə, həm bu tərəfə atəş açmışdılar, Xocalı qırğınının rejissorluğunu etmişdilər və yazıq xocalıların cəsədlərindən “erməni varvarlığının” sübutunu düzəltmişdilər.
Ən azında bu versiya “Avrasiyanın amerikan ağalarının” təfəkkür və fəaliyyət obrazına tam uyğundur.
Əgər ermənilər və azərbaycanlılar doğrudan da öz xalqları üçün yaxşı və ləyaqətli həyat arzulayırlarsa, onlar gec-tez bir-birlərinə bu sualların cavabları prizmasından baxmalı olacaqlar. Əks təqdirdə həm bunlar, həm də onlar ABŞ üçün “geopolitik plüralizmin” təminatı yolunda özlərini risqə atmaqda davam edəcəklər. Bu bədnam yolda Ermənistan az məskunlaşmış dağlıq məkana dönəcək, Azərbaycan isə depressiv Şərqi Türkiyəyə çevrilərək suverenliyini itirəcək.
Hər iki xalqın özünü qoruması üçün yeganə real yol — atlantik “geopolitik plüralizmə” qarşı Avrasiya inteqrasiyası proseslərinə qatılmaqdır. Bu isə başqa söhbətin mövzusudur.
шаблоны для dle 11.2
12-06-2021 00:03 Baxılıb: 8350    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}