Azərbaycan və Rusiya gömrük xidmətləri sərhəd keçid prosesini sadələşdirməyi planlaşdırırlar"Moskvada rusiyalı həmkarım Vladimir Bulavinlə məhsuldar görüş keçirdik". Bunu Rusiyada səfərdə olan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bildirib. O Rusiya ilə gömrük sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını qeyd edib: "Ümidvaram ki, apardığımız müzakirələr sərhədkeçmə proseslərinin sürətləndirlməsi və sadələşdirilməsinə, iki ölkənin gömrük orqanları arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcək".
|