“Putin dedi ki, üç məsələ ilə fəxr edir- vaksin, Qarabağ əhvalatı və yeni silah növləri...”

Xəbər verildiyi kimi Rusiya prezidenti Vladimir Putin fevralın 10-da bir qrup baş redaktorla qapalı görüş keçirib. Görüşdə 35 jurnalist iştirak edib, onlardan biri də “Exo Moskva” radiosunun baş redaktoru Aleksandr Venediktovdur.
Venediktov “Exo Moskva” radiostansiyasının efirində həmin görüş barədə danışarkən deyib ki, Putin  jurnalistlərlə ünsiyyətdə çox sakit idi və hər bir suala öz cavabı vardı. Venediktov Putinin üç məsələ ilə fəxr etdiyini deyib. “O, vaksindən çox məmnundur (koronavirusa qarşı Sputnik-V vaksini). Çox məmnundur. Vaksinlə bağlı əhvalatdan. Qarabağla bağlı əhvalatdan çox məmnundur və bununla fəxr edir. Və yeni silah növləri ilə fəxr edir. Bax bu üç məsələ 2020-ci ildə müsbət nəticə olub. Fikrimcə bunları deməklə heç bir sirrin üstünü açmıram”,- Venediktov deyib.
Xatırladaq ki, Qarabağda hərbi ənəliyyatlar Putinin vasitəçiliyi ilə əldə edilmiş 10 noyabr üçtərəfli razılaşması əsasında dayandırılıb. Ermənistan bu razılaşma əsasında Ağdam, Kəlbəcər və Laçın rayonlarından öz qoşunlarını çıxarıb, regiona Rusiya sülhməramlı qüvvələri yeridilib. /virtualaz.org/
шаблоны для dle 11.2
14-02-2021 07:09 Baxılıb: 230    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}