“Hakimlər qərar verəndə vicdanlarını qabaqlarına qoysunlar”

Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında məhkəmə sistemini sərt tənqid edib. 
qafqazinfo.az xəbər verir ki, V. Əhmədov qeyd edib ki, məhkəmə sistemində aparılan islahatlar onu qane etmir:
“Məhkəmələrdə əməkhaqqının az olmasını nəzərə alaraq cənab Prezident xüsusi sərəncam imzaladı. Onların əməkhaqqısı artırıldı. Ancaq məhkəmə sistemindən bizə gələn şikayətlər on minlərlədir. İnsanlar məhkəmə sistemindən narazıdır. Rüşvətə, korrupsiyaya qarşı mübarizədə məhkəmə sisteminin çıxardığı qərarlar vacibdir.  Əmlakla, bankla bağlı məsələlərdə məhkəmələrdən şikayətlər çox gəlir. Ədalət öz həllini tapa bilmir. Ona görə də məhkəmə sistemi tamamilə dəyişdirilməlidir. Onlar ədalət çərçivəsində qərar çıxarmalıdırlar. Hansısa məmurun, icra başçısının təzyiqi ilə qərar çıxarmalı deyillər. Hakimlərdən xahişim ondan ibarətdir ki, qərar qəbul edəndə vicdanlarını qabaqlarına qoysunlar və elə qərar qəbul etsinlər ki, insanlar əziyyət çəkməsin”.шаблоны для dle 11.2
05-05-2020 02:08 Baxılıb: 5030    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}