Şok! Amerika Gürcüstanı öz bioloji laboratoriyasına çevirmişdir

Amerikanın "Riçard Loqar" laboratoriyasında Gürcüstan vətəndaşlarının üzərində aparılmış sınaqlarda yetmiş üç nəfər həyatını itirmişdir

Həqiqət QHT (Truth NGO) – Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin verdiyi müsahibədə bildirib ki, Moskva Amerikanın maliyyə himayəsi altında olan "Riçard Loqar" laboratoriyasının Gürcüstandakı fəaliyyətlərindən narahatdır.
Deyilənlərə görə, bu laboratoriyada biloloji silahlar sınaqdan keçirilir.
ABNA-nın  verdiyi xəbərə əsasən, Rusiya xarici işlər nazirinin müavini əlavə edib: "Moskva Tbilisi və Vaşinqtondan Amerikanın maliyyə himayəsi altında olan laboratoriyanın Rusiya sərhədi yaxınlığında yerləşən Gürcüstandakı fəaliyyətinin real mahiyyətinə aydınlıq gətirmələrini gözləyir".
Bundan qabaq Rusiya müdafiə nazirliyinin bioloji, kimyəvi və radioaktiv müdafiə qüvvələrinin rəisi İqor Kirillov bildirmişdi ki, Amerikanın "Riçard Loqar" laboratoriyasında Gürcüstan vətəndaşlarının üzərində aparılmış sınaqlarda yetmiş üç nəfər həyatını itirmişdir.
Gürcüstanın keçmiş dövlət təhlükəsizliyi naziri İqor Georqadze də demişdir ki, Tbilisi yaxınlığında yerləşən Amerikanın "Riçard Loqar" laboratoriyasında bioloji silahların genişləndirilməsi barədə olan sənədlərə malikdir.

25-12-2018 20:41 Baxılıb: 460    
Şərh bildir