Rusiya Azərbaycanı kiril əlifbasına qayıtmağa çağırdı

Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva MDB məkanında vahid kiril əlifbasına keçməyə çağırıb.
Virtualaz.org “RİA Novosti”-yə istinadla xəbər verir ki, nazir “Rus dünyası və rus dili: tarixi köklər və inkişaf istiqamətləri” adlı Forumda çıxışı zamanı bu haqda danışıb.
“Son 10 ildə olduqca böyük mövzu gündəmdə olub: şriftlərin latınlaşması və ərəbləşməsi. Budur, indi biz bütün MDB məkanında vahid əlifbaya-kirill əlifbasına keçməliyik. Çünki sorğular da göstərir ki, bizim yaxın xaricin əhalisi hər halda kirill əlifbasına sadiqlik barədə danışırlar”- Vasilyeva bildirib.
Nazirin fikrincə Rusiya kirill əlifbasının yayılması məsələsində çox dəqiq mövqe nümayiş etdirməlidir. “Hərçənd son iyirmi ildə bu mövqe bir qədər zəifləyib”- Olqa Vasilyeva deyib.
SSRİ dağılandan sonra MDB respublikalarından Özbəkistan, Türkmənistan və Azərbaycan kirill əlifbasından latın əlifbasına keçiblər. Qazaxıstan da bu yaxınlarda latın əlifbasına keçidi elan edib və bu prosesin 2015-ci ildə tamamlanacağını bildirib.
07-06-2017 09:31 Baxılıb: 3800    
Şərh bildir