Rusiya - məzlum xalqların son ümid yeri

Rauf Qubadov
 
Azərbaycanın Rusiya ilə əlaqələrinin iki əsrdən cox tarixi var. Bu illər ərzində Rusiyada təhsil, elm və texnikanın sirlərinə yiyələnmiş çoxlu elm adamlarımız, eləcə də digər sahələrdə dəyərli mutəxəssislərimiz yetişib ərsəyə gəlmişdir. 
Tarix boyu ata-babalarımızın düşünüb Rusiya yolu seçməsinə biz qətiyyən şubhə ilə yanaşmamalıyıq. Dünyada bütün sahələr üzrə birinci yeri tutan Rusiya ilə əlaqələrimiz getdikçə genişlənməlidir. Eləcə də keçmiş SSRİ-nin tərkibində olan bütün respublikalarla hərtərəfli əlaqələr qurmalıyıq.
Son hadisələr Rusiya prezidenti Putinin haqq carcısı olduğunu və Rusiyanın dunyada əzilən xalqların müdafiəsinə qalxdığını göstərdi. Putin öz əməlləri ilə sübut etdi ki, məzlum xalqların müdafiəçisidir. O, milli ayrı-seçkiliyin də əleyhinə çıxdı.
Putin açıq şəkildə öz tərəfdaşlarını müdafiə edəcəyini və istənilən yardımı gostərəcəyini bildirdi. Suriya və Yəmən timsalında bunu oz əməlləri ilə gostərdi. Suriyadan başlanan vəhhabi terrorizminin qarşısı da məhz Putinin köməyi ilə alındı.
Putin dünya müsəlmanlarının yaralı yeri olan Fələstin probleminə də öz obyektiv münasibətini nümayiş etdirdi. Onun Fələstinin müstəqilliyi barədə verdiyi açıqlama coğrafiyalarımıza soxularaq qanunsuz dövlət qurmuş İsrail üçün xoş olmadı. Rusiya dövlət başçısı şərqi Qüdsün paytaxt olması şərtilə Fələstin dövlətinin qurulmasına kömək edəcəklərini bildirdi. Putin bildirdi: “Fələstinlilər paytaxtı şərqi Qüds olmaqla, rahat yaşaya biləcək müstəqil bir dövlət qurmaq haqqına sahibdirlər. Rusiya tərəflərin danışıq və müzakirələr vasitəsilə bu istiqamətdə məqsədə çatmağı üçün dəstəyini əsirgəməyəcək”.
Putin birləşmiş ordu yaradaraq Suriya və Yəmənə soxulmaq istəyən Ərəb Liqası ölkələrinin marionetka başçılarına da öz mesajını yolladı. Misirin Şarm əş-Şeyx şəhərində başlayan Ərəb Dövlətləri Liqasının 26-cı Sammitində iştirak edən liderlərə məktubunda Putin, Yəmən və digər ölkələrdəki böhranların yalnız sülh yolu ilə, xarici dövlətlərin müdaxiləsi olmadan həllinə çağırış etdi. Bütün bunlar, Putinin müsəlman dünyasında nüfuzunun artmasına səbəb oldu.
MDB olkələrində, əsasən də Rusiyada çoxlu soydaşımız yaşayır. Həmyerlilərimiz uzun müddətdir ki, Rusiyada çörək qazanır, evlərinə pul göndərirlər. 20 ildir ki, Rusiyadan göndərilən həmin pullar Azərbaycan iqtisadiyyatının ayaqda qalmasına kömək edir. Həmin pulların hesabına infrastrukturumuz inkişaf edir. Həmyerlilərimiz Rusiyanı özlərinin ikinci vətənləri hesab edir və bu ölkəni öz vətənləri qədər sevirlər.
Biz yaşda olan nəsil respublikaların bir yerdə olan vaxtını yaxşı xatırlayır. Ayrı-seçkiliyin olmaması, insan hüquqlarının qorunması, işlə təminat, gənç mütəxəssislərə verilən imtiyazlar Sovet periodunun əsas xüsusiyyətlərindəndir. O dövrdə indiki kimi yerlibazlıq xəstəliyi yox idi. Haqlı haqqını ala bilirdi. Kasıb balası da təhsil alıb karyera yüksəlişi yoluna qədəm qoyurdu. Yediyimiz qida məhsullarının keyfiyyəti üzərində sərt nəzarət vardı, indiki kimi toksiki maddələri qida adı ilə xalqa yedirtmirdilər. Səhiyyə pulsuz idi.
Son 20-25 ilin hadisələri göstərdi ki, Qərb və ABŞ bizə və digər respublikalara hec bir koməklik gostərmir, əksinə bizim coğrafiyalarda çoxlu problemlər yaradır. Neftimizi və digər təbii sərvətlərimizi pulsuz sümürüb aparan məhz ABŞ və onun müttəfiqi İsraildir. Azərbaycan xalqı sionizm zülmü altında inildəyir. Avrasiya Birliyi ideyası xalqımızın xilası üçün son ümid yeridir.
Artıq çoxdan gözlənilər Avrasiya Birliyi təşəkkül tapmaqdadır. Bu, gələcəkdə dünya iqtisadiyyatına təsir edə biləcək, böyük strateji əhəmiyyət daşıyacaq bir birlikdir. Biz azərbaycanlılar üçün həmin Birliyin böyük əhəmiyyəti vardır. Həmin iqtisadi struktur yaşayış səviyyəmizin yaxşılaşmasına kömək edəcək, bizimçün yeni-yeni inkişaf perspektivləri açacaq.
Putin digər ideyaları kimi bu proyektini də təkcə Rusiya vətəndaşları deyil, bütün keçmiş müttəfiq respublika xalqları dəstəklədilər. Avrasiya Birliyi ideyası bütün dünyada böyük əks-səda doğurdu. Onlarla dövlət həmin Birliyə qoşulmaq arzusunu bildirdi. Bütün bunlar bir daha gostərir ki, Putin dunya miqyaslı bir liderdir.
Mənimçün sevindirici haldır ki, mən və dostlarımın Rusiya həqiqətlərinin çatdırılmasında, Rusiyaya qarşı qurulmuş informasiya blokadasının yarılmasında müəyyən rolumuz olub. Xalq əsl həqiqətləri bilməlidir. Qlobal Prediktorun əlində olan KİV-lər xalqın beynini yeyir, onu yanlış istiqamətə yönəldirlər. Yalana son qoymağın vaxtı gəlib çatıb.
Kecmiş və indiki durumumuzu muqayisə edib, parlaq gələcəyiz naminə Azərbaycan xalqını Avrasiya Birliyi ideyasını dəstəkləməyə çağırıram.
30-03-2015 16:33 Baxılıb: 18820    

Şərh müəllifi: Vüqar                 Tarix: 1 aprel 2015 12:48                 [ Cavabla ]
Amerikanin, Avropanin iyrenc mehvedici siyasetinden xilasimizin yegane ve en dogru yolu Avrasiya birliyindedir! Ugurlar olsun.

                        

Şərh müəllifi: Yardimli                 Tarix: 4 aprel 2015 00:27                 [ Cavabla ]
abş və ingiltərə azərbayçanin neftini alir və pullarini da vermir.lotudu.Bizdik deyil.Ançaq bizdik olan budu ki pullarini alrlar və bizə qarşi olunan ədalətsizliyə gorə onlari mudafiə edirlər.huquqlarimizi pozulur.Bizim haqqimiza duşən pullari da vermir.Belə də olaçaq şəəxsən biz onlardan yaxşi hec nə gozləmirik.Bunlar ozlərinə yox onlara arxayindilar.
Rusiyada,AVRASİYA BİRLİYİNDƏ yerlərinizi tutun əgər omrunuzun axirina qədər əzilmək istəmirsizsə.Bizdən təklif etmək secim sizindi

                        
Şərh bildir