Jenya üçün...

Əli Rzazadə

Bu yaraşıqlı oğlanın adı Jenyadır. Bəli, Jenya... ŞƏHİD Belim Yevgeni. Kalinovkada yaşayan rus ailəsinin bir övladıdır.
Onunla bağlı bir neçə uşaqlıq xatirəm qalıb. Jenya qonşuluğumuzda yaşayan rus ailəsnin sonbeşiyidir. Kəndimizdə yaşayan digər rus ailələri kimi bizimlə eyni bir millət kimi olduqca mehriban yaşayırlar. Uşağıq, o zaman mənim beş ya altı yaşım olardı. Yeni aldğımız rus evinin qarşısında qardaşımla oynayırıq və birdən köhnəlimiş küçə darvazamız dörd yaşlı qardaşımın üstünə aşdı. Rus məişətinə uyğun olaraq küçə darvazası ağır meşə ağaclarından düzədilmişdi. O zaman kiçik və çarəsiz olduğumdan nə qədər cəhd etsəm də, darvazanı qardaşımın üstündən qaldırmağa gücüm çatmadı. Tək əlac evə qaçıb hadisə haqda məlumat vermək və kömək çağırmağa qaldı.
Bu zaman sanki görünməz bir əl ağır darvazanı qaldırıb kənara atdı və qardaşımı xilas etdi. Bu Jenya idi. Təsadüfən yoldan keçərkən hadisənin şahidi olmuş və qaçaraq özünü yetirmiş, azyaşlı uşağı ölümdən xilas etmişdi. Hərçənd ki illər sonra heç vaxt təsadüfün mövcud olmasına inanmadım. “Onun izni olmadan bir yarpaq belə ağacdan düşməz” prinsipini rəhbər tutaraq indi də inanıram ki, məhz o an Jenya oradan keçməli və azyaşlı bir azərbaycanlı uşağının həyatını xilas etməliymiş. Və Tanrı bu qəhrəmanlığı məhz ondan görmək istəyirmiş..
O gündən sonra hər bizim küçədən keçəndə ona uzaqdan gələn bir qəhrəman kimi baxırdım. Mən aşağıdan yuxarı, bu hündür, sarışın oğlana baxır onu gözlərimlə müşayiət edir, o isə “kak dela Alişka” deyib təbəssümü ilə məni yola salırdı. Onun siması dünənki gün kimi gözlərimin önündə cilvələnir.
1993-cü ildə Jenya Ağdərədə gedən qızğın döyüşlərdə şəhid oldu. Onun məzarı kəndimizin mərkəzindəki istirahət parkının içindədir. Və təkcə onun məzarı ordadır. Bu gün Ağdərənin işğalı günüdür, düşündüm ki, bu qəhrəmanımızı hamımız yad etməliyik.
Qarşında baş əyirik, Böyük Ruh!
шаблоны для dle 11.2
08-07-2020 20:28 Baxılıb: 2 0090    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}