Vətənpərvərlik əclafların son sığınacaq yeridir

Azər Qismət

Azərbaycan yenicə müstəqilliyini qazananda bir imkanlı adam televiziyaya gəlib. Redaktorlardan birinə deyib ki, “daha zaman o zaman deyil, Azərbaycanı 70 il əsarətdə saxlamağa xidmət etmiş adamlar pislənməli, xalqa tanıdılmalıdır”.
Redaktor onunla razılaşıb.
Yaxşı, bəs birinci kimdən başlayaq? İmkanlı adam deyib ki, “Nəriman Nərimanovdan başlayaq”.
Əlini cibinə ataraq qəşəng pul da verib. Nərimanov barədə birinci veriliş efirə gedib.
Kişini əməlli-başlı yıxıb-sürüyüblər. Əsas leytmotiv bu olub ki, Azərbaycanın müstəqilliyinə ilk zərbəni Nərimanov vurub.
Üstündən xeyli vaxt keçib. İmkanlı adam yenə gəlib ki, “Nərimanov barəsində yenə veriliş etmək lazımdır. Onun pis əməlləri hüdudsuzdur. Onun necə düşmən olduğu hər zaman bu xalqa göstərilməlidir”.
Yenə qəşəng pul verib, redaktor birincidən də kəskin veriliş hazırlayıb.
Neçə ay keçib. Həmin imkanlı adam görünməyib.
Redaktor onuunla təsadüfən rastlaşıb. Soruşub ki, “Müəllim, üçüncü verilişi də edək?”.
O da deyib “Daha lazım deyil”.
Məlum olub ki, bu imkanlı adam Nərimanovun ev muzeyini ələ keçirmək istəyirmiş. Gedib Bakı şəhəri İcra hakimiyyətinə ki, “düşmən adamın evini niyə hələ də muzey edib durmusuz? Televiziya hər gün deyir ki, o düşməndir, siz də o evi muzeylikdən çıxarmırsız”.
Lakin həmin ev satılmayıb.
İmkanlı adam da bu işdən əl çəkib.
Məntiq belədir ki, hər fürsət şəxsi marağa xidmət edir.
шаблоны для dle 11.2
30-06-2020 21:17 Baxılıb: 9620    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}