AĞDƏRƏ ƏMƏLİYYATI. LƏNKƏRANLILARIN KEÇDİYİ YOL

Mikayıl Hacıyev

1992‐ci il iyunun əvvəlinə kimi Yuxarı Qarabağ bütünlüklə düşmən caynağına keçmişdi. Lakin hələ də gec deyildi. İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda həlledici döyüşlər keçirmək lazım idi.
1992‐ci il iyunun ortalarında 6 ay sərhasər təlim keçmiş, təxminən 700 lənkəranlı döyüşçüsü öz zirehli texnikası ilə Ağdərərədə digər hərbi hissələrlə düşmən üstünə hücuma keçir. Döyüşə‐döyüşə 40 km‐dən çox irəliləmiş Talış bölgəsindən gəlmiş Lənkəranın 820 nömrəli Həzi Aslanov adına hərbi hissəsi Kasapet yüksəkliyini aldıqdan sonra, ermənilərin Ağdərədə yerləşən ekspedisiya korpusunun belini qırır. Bu döyüşdə 23 Lənkəranlı həlak olur, 73 nəfər isə yaralanır. Talış bölgəsindən gəlmiş Talış dağlarının oğulları qanları ilə Qarabağ dağlarını suvarır. Lənkəran hərbi hissənin əsgərləri Qarabağda aslan kimi döyüşlərə girir və əsil qəhrəmanlıq göstərirlər. Burada onlarla qəhrəmanlıq nümunələri ilə rastlaşmaq olar və onların bir neçəsi barəsində yazıram.
Lənkəran hərbi hissənin siyasi işlər üzrə komandir müavini, mayor Fəxrəddin Həbibov hücum zamanı tanklarımızdan birinin vurulub, yandığını görür. Təcili olaraq özünü yanan tankımıza çatdırır. Bir an belə düşünmədən ekipajı xilas etməyə başlayır. Hər saniyə tankda partlayış baş verə bilərdi. Hərbi komissar ekipajın bir üzvünü xilas edərək, təzədən tanka dırmaşır. Nəhayət ekipajın ikinci yaralanmış əsgərini də xilas edir və tankdan uzaqlaşdırır. Qan‐tər içində, haldan düşmüş Fəxrəddin güc‐bəla ilə özünü tanka ataraq ekipajın üçüncü üzvünü xilas etməyə çalışır. Bu zaman tankda güclü partlayış baş verir. İgid talış övladımız Fəxrəddin Həbibov və tankda qalan əsgərimiz qəhrəmancasına həlak olurlar.
Kasapet yüksəkliyini ələ keçirəndən sonra əsgərlərimiz düşmənin əks hücumlarını qəhrəmancasına dəf edir, əsil duruş və şücaət nümayiş edirlər. Həkim köməkçisi starşina Azər Hacıyev döyüş meydanında yaralılara ilk tibbi yardım göstərir, şəhid və yaralılarımızı arxa cəbhəyə yola salır. Belə bir məqamda düşmən hücuma keçir və mövqedə duran AQS rasçyotu düşmən gülləsindən şəhid olurlar. Azər Hacıyev fikirləşmədən AQS‐in arxasına keçir, yüksəkliyə qalxmış 20 nəfərdən çox düşmənin canlı qüvvəsini məhv edir və qalan düşmən hissəsini geri çəkilməyə məcbur edir.
Sıravi əsgər Teyyub Nəbiyev hücuma keçmiş düşmənin 2 ədəd zirehli tankını tank əleyhinə qumbaraatanla (RPQ) məhv edir.
Bəli, Ağdərə uğrunda döyüşlərdə oğullarımız əsil şəxsi igidlik və qəhrəmanlıq göstərirlər. Zabitlərdən podpolkovnik Cəbrayıl Hacıyev, mayor Fəxrəddin Həbibov (həlak olur), kapitan Yunusov Ağakərim (həlak olur), leytenant Bağırov Mehman (həlak olur), leytenant Məmmədov Bəyalı (həlak olur), leytenant Əliyev Elxan (agır yaralanır), leytenant Rüstəmov Arzuman (ağır yaralanır), leytenant Əzizov Qulam (həlak olur), starşina Dadaşov İmran (həlak olur) igidliklər göstərirlər və onlarla əsgərlərimiz şəhid olurlar. Bu igidlərin sayı yüzlərlədir.
Biz bilirik ki, Azərbaycan torpağı heç vaxt uğrunda canlarından keçməyə hazır olan döyüşçü igidlərdən korluq çəkməyib. Ağdərə uğrunda gedən döyüşlər bunu bir daha sübut etdi. Allah şəhidlərimizi rəhmət eləsin.
Sag galmiş əsgər və zabitlərimizə can saglıgı arzu edirəm.
шаблоны для dle 11.2
18-06-2020 21:38 Baxılıb: 5160    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}