Vətənşüvənliyin 14 xarakteristikası

Ölkəmizdə kimlərə vətənpərvər (əslində vətənşüvən) deyilir?
Uzun zaman onları kənardan izlədikdən sonra xarakteristikalarını sizə təqdim edirəm.
Bir "vətənpərvər" (vətənşüvən) adətən:
1. Profil şəklinə Rəsulzadə, ya da Elçibəyin şəklini qoyur (istisna ola bilər);
2. Okaberə və Xpertə qulaq asır- onlara ustad deyir;
3. "Türkün türkdən başqa dostu yoxdur", "Rus fars erməni bunlar türkün düşməni", "Turan ellər var olsun", "Tenqri bız menen" tipli millətçi şüarlar səsləndirir;
4. Turan xəritə və bayrağını, Azərbaycanın Çilinin xəritəsinə oxşayan xəritəsini, Türkiyənin bayrağını, fotoşopla bozqurdun yanında qoyulmuş şəkillərini paylaşır;
5. Əli ilə bozqurd işarəsini tutub selfi edir;
6. Kommunistləri "rus agenti", "satqın", "xain" adlandırır- səhifələrinə girib kommunistləri təhqir edir;
7. Sovet dövrünü həmişə pisləyir. Bütün günahları SSRİ-nin boynuna qoyur. İrəvan və Zəngəzuru ermənilərə Sovetin verdiyini iddia edir. Represiyaya 40 milyon insanın məruz qaldığını, onların 90%-inin türk olduğunu deyir. Rusların Azərbaycanı yalnız istismar etdiyini bildirir;
8. Etnoslara qarşı aqressiya göstərir. Ya da onların türk xalqları olduğunu iddia edir;
9. Gizli profillərlə əks fikirli insanları təhqir edir;
10. Azəri sözünü təhqir hesab edir- özünü Azərbaycan türkü adlandırır;
11. Dilində türk şəkillərini (məsələn: gəliyorum, gediyorum) tətbiq edir. Mübarək sözünün yerinə "qutlu" sözünü işlədir;
12. Əli Kərimli, Azadlıq radiosu, Turan TV səhifələrini mütləq izləyir;
13. İstənilən mövzuya müdaxilə edib milləti müdafiə edir (guya);
14. 9 may bayram hesab etmir. Bu bayramın Azərbaycana aid olmadığını deyir. Hətta 9 may ərəfəsində "Faşistlər qalib gəlsəydi Azərbaycan müstəqil olacaqdı, biz də Mersedes sürəcəkdik" ifadələri səsləndirir.
Bunlar əslində vətənpərvər yox, millətçi şovinistlərdi.
Millətçiliklə vətənpərvərliyi eyni hesab edirlər. Heç kimin fikrinə hörmət etmirlər. Özlərinə qarşı çıxanlara "türkün düşməni" damğası vururlar.
Təəssüf olsun ki indilərdə belə "vətənpərvərlərin" sayı çoxdur...

‎Kənan Sədrəddin‎
шаблоны для dle 11.2
06-06-2020 16:59 Baxılıb: 4300    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}