Hicabdan xoflanan zatıqırılara

Arzu Abdulla

"Türkiyə, İran və Ərəb ölkələrində geyinilən, insanlarda xof yaradan hicab formasının ölkəmizdə geyinilməsinə icazə verilməməlidir. Cəhalətə yol veriləcək məqamlardan əhalini uzaqlaşdırmalıyıq". Bu fikri fazil qəzənfəroğlu (mustafa) bildirib.
Heydər Əliyevi ən alçaq ifadələrlə söyüb təhqir etdiyinə, onu heyvana, erməniyə bənzətdiyinə görə deputat təyin edilən fazil qəzənfəroğluna deyin ki, İranda və Türkiyədə örtülən, o qəzənfərin oğlunda xof və ya ürəkkkeçməsi yaradan geyimə hicab deyilmir, çadra deyilir ki Azərbaycanda, elə Bakıda xanımlarımız əsrlər boyu bu çadralardan istifadə ediblər, geyiniblər, bu gün də qadınlarımızın əksəriyəti geyinir.
Odur ki artıq biz bu geyimə alışıqlı olduğumuzdan çadralı qadın görəndə ürəkkeçməsinə düşmürük. 
Hicab isə sadəcə başa örtülən, altından xüsusi yaylıqla baş tükünü, üzün alından çənəyə qədər olan hissəsini, boyun-boğazı örtən islami geyimdir ki şükür Alaha ölkəmizdə sürətlə yayılmaqdadır. 
O ki qaldı kimin nə geyinməsinə, Azərbaycan qanunlarla idarə olunan demokratik, suveren respublikadır - bu ölkədə hər bir vətəndaş geyim və din seçimində sərbəstdir.
Ölkənin birinci xanımı, vitse prezident Mehriban Əliyeva və qızları da Həcc ziyarəti zamanı qəzənfərin oğlu fazilin görəndə xoflanıb ürəkkeçməsinə düşdüyü geyimdə idilər. Amma oradakıların hamısı normal ailə tərbiyəsinə və islam əxlaqına sahib olduqları üçün heç kim xoflanmadı.
Bunlar ağzını açıb danışanda eşidənlər dəhşətə gəlir ki belələri necə, hansı səviyyə ilə gedib parlamentdə oturub? 
Bu gün hətta Qərbdə on minlərlə müsəlman qadını çadra geyinir, amma heç kim xoflanmır. Sionizmə tulalıq etmək üçün dəridən qabıqdan çıxanlara Allahın əzablı və zillətli ölümü olsun. Allah hər iki dünyada islama dil uzadan, çadranı, hicabı tənqid edən və bu geyimlərdən xoflanan zatıqırılara lənət etsin, hər iki dünyada aqibətləri zəlil və xar olmaqla bitsin. Amin!

17-07-2018 19:08 Baxılıb: 2110    
Şərh bildir