Rusiya Suriya hökumətinə, prezident Bəşər Əsədə niyə dəstək verir?

Afiq Əliyev
 
2015-ci ilin sentyabr ayının əvvəlindən Rusiya Qərbin xəbərdarlıqlarına, təzyiqlərinə baxmayaraq Suriyaya hərbi texnika və hərbi yük göndərməyə başladı.
Rusiya Suriyanı Yaxın Şərqdəki ən yaxın və axırıncı müttəfiqi adlandırdı.
Bu gün вэ Rusiya mövcud Suriya hökumətini açıq şəkildə dəstəkləyir.
Baxaq görək Rusiya nə üçün Suriyanı belə sevir?
Beləliklə, 20-ci əsrin əvvəllərində Suriya kimi bir çox ərəb dövlətləri Qərbin müstəmləkəçi güclərindən asılı idilər. Bu dövlətlər Ərəb Milli Hərəkatına qatıldı və Qərb üstünlüyü ideyalarına qarşı çıxaraq, müstəqil oldular. Buna görə də Soyuq Müharibə dövründə bir çox Yaxın Şərq ölkələri anti-Qərbi siyasətdə Sovet İttifaqı ilə həmrəy oldular. Öz növbəsində isə SSRİ bu ölkələri maliyyə və hərbi cəhətdən dəstəklədi.
Bundan əlavə, 1948-ci ildə İsrail dövlətinin qurulması bir çox ərəb ölkələri, o cümlədən Suriya, İraq və Misir tərəfindən mənfi şəkildə qarşılandı.
1955-1960-cı illərdə SSRİ Suriyaya 200 milyon dollardan artıq hərbi yardım göstərərək əvəzində iki ölkə arasında təsirini və xarici ticarətini genişləndirmişdir.
1971-ci ildə Sovet Donanmasının gəmilərinə Aralıq dənizinə patrul nəzarəti etmək üçün Suriya limanlarından birini istifadə etməyə icazə verildi.
Eyni ildə Suriya hakimiyyətinə Əsəd ailəsi gəldi. Yeni prezident Sovet modeli olan tək partiyalı hakimiyyət yaratmışdır.
O vaxtdan bəri Suriya iqtisadiyyatda, sosial sahədə və insan hüquqları sahəsində bir sıra problemlərlə üzləşdi. Ancaq Rusiya Əsəd hökumətini öz dəstəyi ilə qorudu.
2012-ci ildə Rusiya Çin ilə birlikdə Suriya hökumətinə insan hüquqlarını pozduğuna görə sanksiyalar tətbiq edən BMT qərarına veto qoydu. Rusiya Suriyaya terrorla mübarizədə və xarici müdaxilədə kömək göstərəcəyini dəfələrlə söz verdi.
Bir sıra ekspert hesab edir ki, ərəb baharında baş verən xaotik tənəzzüllər Rusiyanın Yaxın Şərqdəki etibarlı müttəfiqlərini itirməsinə səbəb oldu. İraq, Misir və Liviyadakı mövcud xaos əvvəllər bu ölkələrlə sıx əməkdaşlıq edən Rusiya ciddi ziyan vurdu.
Məsələn, 2011-ci ildə Liviya lideri Muammar Qəddafinin devrilməsindən sonra Rusiya 4 milyard dollardan çox dəyərində silah müqavilələrindən məhrum oldu. Ona görə də Rusiya əvvəlki səhvlərini təkrarlamamaq üçün Əsəd hakimiyyətini dəstəklədi və qorudu.
ABŞ rəsmiləri "Rusiyanın da qarışıqhər hansı bir ölkənin Əsəd rejiminə heç bir dəstək verməməsi lazım olduğunu" açıqladı. Ancaq Rusiya üçün ən əhəmiyyətli vəzifə Orta Şərqdə özünün əsas müttəfiqinin birliyini və sabitliyini qorumaqdır.
Əsəd hakimiyyətdə qaldığı müddətdə Suriya və Rusiya əməkdaşlıq etməyə davam edəcək.
Rusiyanın Suriya ilə belə ittifaqı ABŞ da bir çox narahatlıqların yaranmasına səbəb olur.
Əsas odur ki, Rusiya bundan o qədər də narahat deyil...
22-12-2017 10:48 Baxılıb: 5600    
Şərh bildir