Şiəlik - ideal inancdır

Ziya Balıyev
 
İran və Şiəlik haqqında paylaşımlara görə bir neçə yoldaş məni, maddi marağımın olmasında ittiham etdi.
Yəni ki, bucür paylaşım etdiyimə görə İran mənə maddi kömək edir.
Bir şeyi anlamaq lazımdır ki, İran belə bir şey etsə əgər, mənə yox, məndən daha məhşur və savadlı insanlara edər.
Mənim İran və Şiəlik sevgim araşdırmalarımdan sonra yaranıb. Atam ləzgilərdən, anam isə çoxdan köçmə ərəblərdəndir. Hər iki tərəfdən Əhli Sünnə məzhəbinə sahib insanlardır qohum əqrabam.
Uşaqlıqdan da Şiəliyə qarşı antipatiyayla böyümüşəm.
Düzdür, nə olduqlarını bilmirdim, amma bir fobiya yeridilmişdi içimə.
Hətta, yeni ateist olan zamanlarda Şiələrdən qaçırdım, deyirdim bunlar radikaldır, öldürərlər məni.
Sonra zamanla araşdırmalara başladım. İbtidai inanclardan miflərə, Dhammadan Gitaya, Tövratdan Qurana, Buxaridən Nəhcül Bəlağəyə qədər oxdum, araşdırdım və gəldiyim nəticə o oldu ki, Şiəlik inanclar içində olan ən ideal inancdır.
Yəni bir din seçsəm, bu mütləq Şiəlik olardı.
Araşdırmalardan sonra, öz məntiqimlə Şiəlik haqqında bu qənaətə gəldim.
İran haqqında isə sevgimi yaradan araşdırmalarım Xomeyniyə qarşı olan iddialardan sonra başladı. Bu günün ərgən ateistləri kimi mən də Xomeyni haqqında məlum fətvaları paylaşır, onu zoofillikdə, pedofillikdə ittihamlandırırdım. Bir gün Aşur Bədəlov yoldaşım mənə sakitcə dedi ki "Bax, Ziya, inanki orda belə bir şey yoxdur. İnanmırsan araşdır özün". Həyatımın ən düzgün qərarlarından birini verib araşdırmağa başladım.
Əli Əkbər müəllimlə farcasından tərcümə edib oxuyanda, həqiqətən belə olmadığını gördüm.
Ardından Xomeyni haqqında olan və onun öz yazdığı kitabları oxumağa başladım, sənədli filmləri izlədim və gördüm ki, heç nə deyildiyi kimi deyil.
Nifrət etdiyim adama qarşı böyük sevgi yarandı məndə araşdırdıqca.
Ondan sonra hər zaman ona qarşı olan haqsız iddiaları tənqid edirəm.
Yəni nə qədər məni ittiham etsəz də maddi maraqda, nə qədər desəniz də ki, yazma, mən bunu edəcəm. Çünki mənim Şiəliyə qarşi içtən gələn sevgim və hörmətim var.
Bütün şiələr mənim qardaşımdır.
Şiələrdən kimsə inanca görə məni özünə qardaş bilməyə bilər, bu normaldır, amma mən qardaş bilirəm.
Onlara qarşı qarşılıq güdməyən sevgim var.
18-12-2017 07:54 Baxılıb: 3570    
Şərh bildir