Döyüşə hazır olmalı!

İbrahim Fərhadoğlu

İbrahim Selin “Amerikan ordusu haqqında mif” araşdırmasını böyük maraqla oxudum və öz fikirlərimi bölüşmək qərarına gəldim.
Əslində çox aktual bir yazıdır. 3-cü Dünya Müharibəsi ərəfəsində düşməni tanımalı və sarsıdıcı zərbə endirməyə hazır olmalıyıq.
Televiziya və digər mətbuat orqanları bizə daim ABŞ əsgərinin yenilməz ruhunu təlqin etməkdədir. ABŞ ordusunun dünyanın ən güclü ordusu olması məhz təbliğat əsasında ərsəyə gətirilmişdir. Amma hərbi ekspertlərin dediyi kimi, kriteriyaların yaradılmasının amerikan sisteminə etibarlı mənbə kimi baxmaq olmaz.
Məsələn, mətbuat ABŞ döyüş təyyarələrini bizə “gözəgörünməz”, yəni radarların tutmadığı təyyarələr kimi sırısa da, praktika göstərir ki, Sovet radarlarının tutmadığı təyyarə yoxdur. ABŞ təyyarələrini nəinki Sovet və Rusiya radalarları, hətta Çin gəmilərinin və İraq katerlərının radarları da asanca görür.
ABŞ ordusu xarici ölkələrdə əməliyyatlar keçirərkən elə biabırçı məğlubiyyətlərlə üzləşib ki, bu məğlubiyyətlər dünya hərb tarixinə unikal hadisələr kimi düşüb. ABŞ-ın belə çoxsaylı məğlubiyyət və uğursuzlarının səbəbi əsgərdən tutmuş generala kimi ABŞ ordusunun daxildən çürüməsi və deqredasiyaya uğramasıdır.
Sülhməramlı qüvvələrdə xidmət etmiş azərbaycanlılar gözəl bilirlər ki, ABŞ ordusu əsasən emiqrantlardan təşkil olunub. ABŞ əsgərinə daha çox özündənrazılıq, kütbeyinlik, qorxaqlıq xasdır. Əksəriyyətinin cinsi orientasiyası yerində deyil. Elə Amerika cəmiyyətinin spesifikası və satanist pozğunluğu da o həddədir ki, orduda kişilik sifətini saxlamaq olmur. Sülhməramlı kontingentdə xidmət edənlər bilirlər ki, ABŞ ərgərləri arasında homoseksualizm geniş yayılmışdır.
Televiziyalarda biz ABŞ əsgərlərini “Xammer” önündə qara eynəkli idmançılar kimi görürük, amma əslində ABŞ ordusu dünyanın mənəvi cəhətdən deqredasiyaya uğramış nadir ordularından biridir. Amerikan hərbi bazaları Sovet bazalarından fərqli olaraq yaxşı bəzədilmiş, hamar asfaltlı və parıltılı olur, amma içindəki personal Sovet əsgəri ilə müqayisədə insanlıq kriteriyalarından çox-çox uzaqdır.
ABŞ ordusu haqqında yaranmış mifin səbəbini başa düşmək üçün ilk növbədə Şimali Amerika millətinin ərsəyə gəldiyi insan materialına diqqət yetirmək lazımdır. ABŞ dövləti yarandığı ilk gündən ümumdünya insan zibilxanasına çevrilmişdir. ABŞ-a əvvəl Avropadan, sonra isə digər ölkələrdən cinayətkar elementlər axışmağa başladı. İndi həmin qaçaq-quldurlar bütün dünyanın jandarmı rolunu öz üzərlərinə götürüblər.
ABŞ əsgəri İsrail əsgəri kimi hərbi əməliyyatlar keçirərkən ağına-bozuna baxmır və dinc əhaliyə rəhm etmir. Amma ABŞ ordusu normal döyüşməyi, ciddi rəqiblə üz üzə gəlməyi bacarmır, bu faktdır. Hakimiyyətdəki gizli sionist məmurların köməyi olmasa, heç bir bir ölkə ABŞ qarşısında çokməz, bu artıq çoxdan sübut olunub.
Xəritədə baxsaq görərik ki, ABŞ ordusunun dürtüldüyü yerlər də əsasən neft, qaz və digər təbii sərvətlərin bol olduğu ərazilərdir. Demək, ABŞ əsgərləri əslində sülh və demokratiya uğrunda yox, Rotşild maraqları uğrunda vuruşurlar.
Xarici ölkələrdəki hərbi bazalarda xidmət edən ABŞ əsgərləri tez-tez narkotik qəbul etmələri, içkili vəziyyətdə küçələrdə dava salmaları, soyğunçuluqları ilə mətbuatın gündəminə gəlirlər. Yerli vətəndaşların ABŞ əsgərlərinin əməllərinə etiraz etməyə nə gücləri, nə də hüquqları çatmır, çünki ölkədə NATO bazası yaradılarkən qol çəkilir ki, ABŞ əsgərinin cinayətinə ölkə qanunvericiliyi yox, yalnız Pentaqon hüquqi qiymət verə bilər.
Qeyd etmək lazımdır ki, ABŞ ordusuna bağlı NATO ordularında da eyni biabırçı vəziyyət müşahidə olunmaqdadır. Avropa ölkələrinin müdafiə nazirlərinin bir çoxu qadındır. Özü də lezbiyan qadın! Bu cür tiplərlə necə normal ordu quracaqlar, baş açmaq olmur. Almaniya müdafiə naziri Ursula xanım fon Leyen Litvaya yollanarkən məlum oldu ki, onun uçduğu A400M təyyarəsinin mühərrikində nasazlıq var. Yol boyu təyyarə sağa-sola yellənir və tırıldayırdı, Ursula xanımın qorxusundan rəngi saralıb solmuşdu. Almaniya güc strukturları insidenti araşdıranda aydınlaşdı ki, o boyda Almaniya ordusunda cəmi 8 transport təyyarəsi var, onun da 7-si nasazdır, işləmir. Yeri gəlmişkən, burda təəccüblü heç nə yoxdur- təminatı ilə ABŞ-ın məşğul olduğu orduların hamısı bu gündədir.
Avstriya hücumçu təyyarələri ən aşağı passivliyə malik “PİRATE” optik-lokasion stansiyaya və uzaq məsafələrə gedib çatmayan, ancaq yaxındakı hədəfləri vura bilən “İRİS-T” raketlərinə malikdirlər. Yəni bu ölkənin hərbi təyyarələri ciddi döyüş təyyarələri ilə yox, yalnız “kukuruznik”lərlə döyüşə bilərlər. Halbuki Avstriya döyüş təyyarəsinin 1 saatlıq uçuşu 60 min yevroya başa gəlir. Avstriya ordusunda olan 15 hücumçu təyyarənin saxlanmasına ildə 80 milyon yevro xərclənir. Belə nəhəng xərclər məhz Avstriyanın ordu quruculuğu məsələlərindən hansı məsafədə olmasının bariz göstəricisidir.
Araşdırmada haqlı olaraq göstərilir ki, ABŞ dövlətinin ordunun gücləndilrilməsinə hesablanmış bir çox layihələri uğursuzluqla üzləşib. ABŞ-ın dəniz piyadası daşımaq üçün EFV və quru qoşunların istifadəsi üçün GCV maşınlarının düzədilməsi proqramları da iflasa uğradı, hansı ki birincisinə 16 milyard, ikincisinə isə 25 milyard xərclənib. Bu pullar havaya (əslində Pentaqonun və Ağ Evin yüksək rütbəli məmurlarının cibinə!) uçub.
Səddam Hüseyn devriləndən sonra İraqı partizan müharibəsi bürüdü. Amerikan işğalçılarına ən böyük zərbəni yenə də biz şiələr vurduq. Rus silahı - öz alovlu şiddəti ilə yolunun üstündəki bütün maneələri dağıdan zirehli yumruq bizə kömək oldu. İraqlı qardaşlarımız ABŞ ordusunu və digər sionist qüvvələri darmadağın edərək ölkədən qovub çıxardı. Bir daha sübut etdik ki, şiə ölkəsində tank sürmək sionistlərin başı üçün deyil. Səddam sağ olsaydı, bəlkə də ən böyük “stavka”nı şiələrə etmədiyinə görə peşmançılığını dilə gətirərdi.
Planlaşdırılmamış məğlubiyyətlərə və ağır itkilərə baxmayaraq, sionistlər əllərində olan medianın köməyi ilə ABŞ və digər NATO ordularının itkilərini ciddi-cəhdlə gizlətməyə çalışırlar. Müəllif düzgün qeyd edir ki, bunu həm də NATO ordusunun qüdrətinə şübhə yaranmasın deyə edirlər. Araşdırmada itkilərin hesablanması üçün istifadə edilən metod da düzgün seçilmişdir. Əslində müharibədə həlak olanların sayını yaralıların sayına uyğun şəkildə müəyyənləşdirmək olur. Müharibənin gedişatı elədir ki, hər ölən əsgərə 6 yaralı düşür. Amma ABŞ qaydalarına görə, əsgər yaralanıbsa, onun axıradək bir hospitalda müalicə almasına imkan vermirlər, “müalicəsinin gedişatından və yarasının ağırlığından asılı olaraq” tez-tez yerini dəyişərək başqa hospitallara göndərirlər. Bunu həm də ona görə edirlər ki, müharibədə yaralananların düzgün hesabını aparmaq mümkin olmasın. Və yaxud zədə almış ABŞ tanklarını da əvvəl remonta göndərir, burada yararsız kimi silirlər ki, bu da ordu itkisi sayılmır. Bütün bunlar amerikanların köhnə oyunbazlıqlarıdır ki, indi digər qapazaltı ölkələrin ordularına da siyarət etməkdədir.
Bir daha bu aktual mövzuya toxunduğuna görə müəllifə öz təşəkkürümü bildirirəm. Şiələri isə hazır olmağa çağırıram.

11-12-2017 06:26 Baxılıb: 4630    
Şərh bildir