Şərqin əfsanəsi: Qasim Süleymani

İqor Pankratenko
 
 General Qasim Süleymani bütün həyatını İranın və İslam İnqilabı ideallarının qorunmasına həsr edib. İranın əfsanəvi kəşfiyyat orqanı “Əl-Qüds”ə rəhbərlik etdiyi dövrdə bu orqanı ən mürəkkəb geopolitik məsələləri həll etməyə qadir təşkilata çevirib. Məhz onun rəhbərliyi altında Yaxın Şərqdə ABŞ-a qarşı böyük müqavimət cəbhəsi yaradılıb, Vaşinqton, Əl-Riyad və Tel-Əvivin planları alt-üst olub. ABŞ personal olaraq ona qarşı sanksiyalar tətbiq edib. Dünyanın onlarla kəşfiyyat orqanı onun haqda ən xırda informasiya üçün belə milyonlarla dollar ödəməyə hazırdırlar. İran xarici siyasətini yönləndirən şəxslər çoxdur, amma onun səsi həlledici rol oynayır. Bu gün Qasim Süleymani Yaxın Şərqdə ən hörmətli adamlardan biridir.
 Qasim Süleymani kimdir və nəyə görə amerikan strateqləri onu hədəf seçiblər? Məsələ burasındadır ki, uzun müddət kölgədə qalmış bu adam geopolitik proseslərin bir çox iplərini öz əlində saxlayır: onu gah “Yaxın Şərqin qarovulçusu”, gah da “Qara cəngavər” adlandırırlar. Onun rəhbərlik etdiyi “Əl-Qüds” kəşfiyyat orqanı MKİ-dən də effektiv orqandır, belə ki bu təşkilatın həm də qüdrətli speçnazı vardır.
 General Qasim Süleymani şəxsi keyfiyyətləri- İslam İnqilabı işinə sadiqliyi, gözütoxluğu, yüksək rütbələrə və mükafatlara laqeydliyi ilə milyonların hörmətini qazanıb. Bu gün Qasim Süleymanı Ali dini lider Əli Xameneinin ən etibarlı adamlarından biri sayılır. Bu adam 23 yaşında ikən kürd terrorçularının böyük qruplaşmasını məhv edərək İranı ciddi təhlükədən qurtarıb. İraqla müharibə dövründə kəşfiyyat-diversiya qruplarına rəhbərlik edərək düşmənə ağır zərbələr endirib. Adı İran ordusunda və düşmən ştablarında dillər əzbəri olub. Məğrur, mərd, eyni zamanda soyuqqanlı və ehtiyatlı xarakteri ilə seçilib. Göstərdiyi şücaətlərə görə cəmi 3 il ərzində İslam İnqilabı Keşikçiləri Korpusunun 41-ci briqadasına komandir təyin olunub. 2000-ci illərdən Qasim Süleymani ABŞ, İsrail və Səudiyyə Ərəbistanının ən böyük başağrısına çevrilib. Süleymani komandanlıq etdiyi “Əl-Qüds”də köklü dəyişikliklər apararaq onu kəşfiyyat və speçnazın vəhdətindən yoğrulmuş unikal qruplaşmaya çevirib. Məhz Süleymaninin fəaliyyəti nəticəsində ABŞ-ın Yaxın Şərqdəki hegemoniyasına son qoyulub, israillilərin və səudiyyəlilərin hərbi və siyasi dominasiya planları alt-üst olub.
 ABŞ İraqa müdaxilə edərkən Qasim Süleymani nəinki İraqda, bütün regionda müqavimət cəbhəsi qurmağa müvəffəq oldu. 22 dekabr 2010-cu ildə ABŞ-ın İraqdakı səfiri Ceyms Ceffri və ordu komandanı general Lloyd Ostin koalisiya hökumətinin yaradılması münasibətilə İraq xalqına təbrik notası göndərdilər. Amma bu nota ciddi ekspertlərdə gülüş doğurdu. Belə ki, o vaxtkı prezident Cəlal Tələbaninin etiraf etdiyi kimi, İraqdakı proseslərə ABŞ yox, Süleymani nəzarət edirdi. İŞİD dövləti yaradılarkən Süleymani öz briqadası ilə ön cəbhədə peyda olaraq Dəməşq və Bağdadın müdafiəsini öz üzərinə götürdü. İŞİD-in məhvi üçün Süleymani və məsləhətçiləri yeni strategiya təklif etdilər və böyük uğurlar qazandılar.
 Tanışlarından biri onun haqqında belə deyir: “O hər gün səhər saat dörddə durur, axşam saat doqquz otuzda yatır”. Hər dəfə İranın başının üstünü təhlükə aldıqda Qasim Süleymanı Tehrandakı evini tərk edir və ön cəbhəyə yollanır. Müsahibələrinin birində o belə deyir: “Adətən insanların təsəvvüründə cənnət valehedici ecazkar mənzərə, şırıltılı çaylar və gözəl qadınlardır. Amma başqa cənnət də vardır- bu döyüş meydanıdır. Və o əlavə edir: “Öz vətənin uğrunda döyüş meydanı”.
 
iran.ru

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

10-07-2017 19:33 Baxılıb: 5130    
Şərh bildir