Avrasiya Birliyinin yaranması tarixi zərurətdən doğurBizim dövrümüzdə avrasiyaçılıq ideyası get-gedə daha çox tərəfdar toplamaqdadır. Bu bir tərəfdən SSRİ-nin dağılmasından sonra yaranmış ölkələrdə baş alıb gedən dövlətçilik krizis fonunda təəccüblü deyil, bir tərəfdən Avrasiyanın mərkəzi ölkəsi olan Rusiya parametri boyunca beynəlxalq gərginliyin artması ilə bağlıdır. Məsələ ilə bağlı müasir reallıqlara toxunmaq istəmirəm, amma diqqəti avrasiyaçılığın köklərinə yönəltmək, onun tarixi qanunauyğunluğu və qaçılmazlığını göstərmək istəyirəm. Avrasiya adlı materikin iki hissəyə bölünməsi əslində şərtidir. Yeri gəlmişkən, Avropa və Asiya arasında olan sərhəd heç də həmişə Ural dağlarından və Ural çayından keçməyib. Bu sərhədi Tatişev 1720-ci ildə təklif etmişdir. Antik dövrlərdə Avropa ilə Asiya arasında sərhədi Egey dənizi hesab edirdilər ki, başadüşüləndir. Yunanlar üçün bura əsas ticarət və dənizçilik mühiti idi, Krımın şimalından o yana isə onlar keçmirdilər.
Türkiyə olmasa Azərbaycan batmaz, Azərbaycanın havayı nefti-qazı olmasa Türkiyə batarBəzilərinin bu kiçiklik, balacalıq, yaltaqlıq sindromu nə vaxt bitəcək görəsən? Türkiyə vətəndaşlarına istər realda, istər sosial şəbəkələrdə, istər youtube portalının şərhlərində fikir verirəm, yazdıqlarını oxuyuram. Adamların 90%-ində konkret "Türkiyə olmasa Azərbaycan batar" təfəkkürü formalaşıb. Halbuki əksinədir. Demirəm Azərbaycan olmasa Türkiyə batar, amma neft-qazı olmayan bir ölkəyə nefti və qazı "şor qiymətinə" verməyimiz bəs edər. Başqa 100 dənə şey sayaram, sadəcə yazı uzanar deyə üstündən keçirəm. Adamı ən çox da yandırıb tökən "kakoy ta" qulağı sırğalı "şampunçiklərin" azərbaycanlı qız-gəlinlərə şərhlərdə "merhaba küçük hanım, sonuna kadar sizinleyiz" yazıb padxod eləməyi, bir də Azərbaycan kişilərinə " Ulan Türkiye olmasaydı ermeniler Bakünü alırdı" deyib minnət qoymaqlarıdır.
“Koçaryan qalib gəlsə deməli Azərbaycan yazıçısı Anar düz deyirmiş…” – Ter-Petrosyanın partiyasının rəsmisiAzpost.info bildirir ki, bu sözləri Erməni Ümumilli Hərəkatının İdarə Heyətinin üzvü Vardan Malxasyan 1am saytına müsahibəsində deyib. Malxasyan maraqlı bir müqayisəni misal gətirib: “1989-cu ildə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar öz müsahibəsində demişdi ki, ermənilər mazoxistdirlər. Bu sözə görə o vaxt qalmaqal da qopmuşdu. Əgər Koçaryan seçkidə qalib gəlsə deməli Anarın 33 il əvvəl dedikləri düz imiş… Belə çıxacaq ki, biz Koçaryan nahaq daş atmışıq. Zor işlətmiş, xalqı qarət etmiş, ona əzab vermiş, 1 mart, 27 oktyabr gülləbaranının səbəbkarını necə dəstəkləmək olar?” Onun sözlərinə görə, ola bilsin Koçaryanın siyasəti bu mazoxist kəsimə hesablanıb^ “Əlbəttə, Ermənistanda mazoxistlər olacaq, amma bunlar çox azsaylı kütlədir. Mən inanmıram ki, Koçaryan parlamentə keçmək üçün kifayət qədər səs toplayacaq”.
Londona 200 kiloqram dollar aparan azərbaycanlı ər-arvad KİMDİR?Azərbaycandan Britaniyaya 14 milyon funt sterlinq “çirkli pul” gətirməkdə ittiham olunan ər-arvadın adları nəhayət açıqlana bilər. Bu iş üzrə Londonda davam etməkdə olan məhkəmə prosesinin gedişatı belə göstərir. Vanessa Bareytserin mayın 27-də verdiyi hökmə əsasən, Londonda yaşayan cütlüyün kimliyinin gizli saxlanmasının davam etdirilməsi “açıq ədalət” prinsipi ilə ziddiyyət təşkil edir. 14 milyon funt sterlinq 20 milyon dollar edir, bu qədər dolların nağd şəkildə ağırlığı isə 200 kiloqramdır. İngiltərənin əsas məhkəmələrindən biri olan Vestminister məhkəməsində həmin ər və arvadın adlarının açıqlanması üçün iddianı Britaniyada çıxan “The Evening Standard” qəzeti qaldırıb. Bu işin üstünü açmış Britaniya Milli Cinayət Agentliyi (NCA) də son mərhələdə iddiaçı tərəfin mövqeyinə qoşulub, adların açıqlanmasına çağırıb.
Korovin: Təyyarədə tutulan Protaseviç MKİ-yə işləyən beynəlxalq terrorçudurRusiyalı politoloq, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru Valeri Korovin 24 mayda “Rossiya24” kanalına müsahibə verərək Belarusiyada məlum təyyarə insidenti və həbslərlə bağlı Rusiyanın rəsmi mövqeyi barədə öz fikrini bildirib. O qeyd edib ki, Rusiyanın hadisəyə münasibəti gözlənilən formatda olacaq: məsələ Belarusun daxili işidir və terroristi zərərsizləşdirmək hər bir dövlətin vəzifəsidir və s. “Rusiyanın hadisəyə reaksiyası tamamilə adekvat və məntiqə uyğundur. Düşünürəm ki, bu məsələ Belarusiyanın daxili işidir. Qoy məsələnin araşdırılması ilə Belarusun, Latviya və Litvanın aviasiya qurumları, avidaşımalara cavabdeh olan təşkilatları məşğul olsunlar. Daha doğrusu bu reaksiya Rusiyanın belə hadisələr baş verən zaman həmişə bildirdiyi tipik, standart reaksiyadır. Avropa dövlətlərinin reaksiyası haqqında isə bunu demək olmaz. Onların reaksiyası siyasidir, həmin dövlətlərin rəhbərlərinin ABŞ-a sadiqliyinə və ABŞ-ın geopolitik layihələrinin həyata keçirilməsi prioritetinə əsaslanıb.
"Vertolyotu Tamerlan Qarayevin əmri ilə Qatır Məmməd vurub"– Hacı, üzr istəyirəm, aradan bu qədər illər keçib. Siz bu haqda harasa danışmısınızmı? Bu, çox dəhşətli bir açıqlamadır. Yəni Qatır Məmməd deyib ki, “Tamerlan Qarayev dedi ki, “buradan təyyarə keçəcək…” – “Erməni vertolyotu…” – “…Erməni vertolyotu… Onu vurun, içindəki adamları da öldürün…”? – “…bir nəfəri də sağ buraxmayın, biçin…” – Bu dəhşətli bir şeydir. Azərbaycan siyasi tarixini dəyişən bir açıqlamadır. – Mən sənə ardını danışım bu dəhşətin? Dalını danışım, sən dəhşətin birini də burada gör. Mən türmədə olanda rəhmətlik Heydər Əliyev hakimiyyətə gəldi. Mən türmədə yatırdım. Sabahıma da ümid yoxdur.
Əməkdar artist ÜSYAN ETDİ: Türkiyədən gəlib Azərbaycanın pullarını aparırlar“Restoranlarda konsert mədəniyyətinin yaranması sevindirici haldır. İnsanlar ora sadəcə yeyib-içmək və oynamaq niyyətilə gəlməməlidir. Əsl musiqi tərənnüm olunmalıdır ki, insanların ruhu dincəlsin. Amma C kateqoriyalı türk ifaçılarının Azərbaycana ayaq açması və buradan böyük pullar aparması çox acınacaqlı haldır. Özümüzün çox güclü sənətçilərimiz var. Onların C kateqoriyalı ifaçıları potensialım qarşısında heç nədir. Nə güclü səsləri, nə sənətləri, nə də maraqlı bir çıxışları var”. Bu sözləri publika.az-a Əməkdar artist Rəşad İlyasov deyib. Rəşad İlyasov bildirib ki, Türkiyədən bura gələnlərin çoxu zəif səs sahibləridir: “Türk musiqisində çox önəmli olan insanlar var. Müasir dövrün müğənniləri arasında da gözəl səsi və səhnəsi olanlar az deyil. Onlar xaric oxumur, ifasında da qüsur tapa bilməzsən. Məyus oluram ki, belə güclü sənətçilər deyil, oxuya bilməyənlər bizim restoranlarda səhnəyə çıxır.
Tarixi bilməyən xalq ərazilər itirməyə məhkum qalırAzərbaycan Cümhuriyyəti tarixindən danışarkən çox səhvlərə yol vermiş oluruq ki, onlardan bəzilərinə nəzər salaq. İlk öncə bilməliyik ki, Nuru paşa rəhbərliyindəki Osmanlı ordusu Bakını azad etməyə yox, işğala, Bakı neftini ələ keçirməyə gəlmişdi. Çünki Birinci Dünya Müharibəsində Osmanlı neftlə zəngin Yaxın Şərq ərazilərin (Suriya, İraq və s) itirmişdi. Buna görə də Bakı (Abşeron) nefti Osmanlı üçün vacib əhəmiyyət daşıyırdı. Məntiqlə düşünün. İrəvan şəhəri Türkiyə ərazisinə daha yaxındır, nəinki Bakı. Əgər Nuru paşanın məqsədi Bakını azad etmək idisə, nədən Osmanlı sərhədinə yaxın yerləşən və Osmanlının təzyiqi ilə ermənilərə verilən İrəvan şəhərini azad etmədi? Nuru paşanın 70-80 km-lik məsafədə olan İrəvanı azad etməyib, 800-900 km uzaqda yerləşən Bakını azad etməsinə inanmaq sadəlövhlükdür.
Müasir dünyanın oyun qaydalarıİstər biznesdə, istərsə də siyasətdə güclü və ağıllı olanlar daima reallıqları dərk edənlərdir. Təbii ki, kimlərinsə xəyalları ola bilər, amma reallığı itirdinsə bu artıq faciə ilə əvəzlənir. Buna sonsuz misallar çəkmək olar. Hər şeyin də kökündə güc dayanır. Bu təkcə iqtisadi güc yox, hərbi güc də olmalıdır. Bir güc də var ki, insan gücü. Bax bu çox dövlətlərdə yoxdur. Reallıq bu gün - hərbi gücdür. Kim vuruşmaq istəyirsə, döyüşdən qorxmursa, o günbəgün daha da güclənəcək. Nəinki Qarabağ məsələsində, dünyada olan bütün problemlərdə hüquqa artıq tüpürüblər. Bu reallıq hissini dərk edib ona uyğun hərəkət etmək lazımdır. Vəssalam. *** Dünya dəyişir. Qarabağı azad edəndə bu aydın oldu.
Bizə yazdır ayaz daRuhum ki, itirmişdi qərarın gilavartək, Səsləndi xəzər duyğularım: qüssədən əl çək! Qoşdum özümü xəzriyə, əngəlləri yıxdım, Sahildə duruxdum, bir az ənginliyə baxdım. Ta can qağayım zümzüməyə buldu bəhanə, Büllur ləpələrçün oxudu dürlü təranə. Sönməz bir od almışdım alov qüllələrindən, Mehr ilə küləklər şəhərin seyr eləyirkən. Gördüm iki sevdalı gəlir, əl-ələ, xürrəm, Sevməklə sevilməkdimi qarşımda mücəssəm? Göz yerdə, xəyal göydə qızarmış biri gültək, Bülbül kimi şeyda biri, qəlbində min istək.
PUTİN VƏ BAYDENİN GÖRÜŞÜ NƏ VƏD EDİR?Dünən elan edildiyi kimi bütün dünyanın maraqla gözlədiyi Putinlə Baydenin görüşünün vaxtı və yeri məlum oldu. Görüş Cenevrədə, 16 iyun tarixinə planlaşdırılıb. Bu görüşdən hansı nəticələrin çıxacağını başa düşmək üçün bir az əvvəlki tarixlərdə baş verən hadisələri yada salmaq lazımdır. Bu tarixlərdə tərəflərin məlum görüşə doğru necə irəlilədiklərini təhlil etməklə görüşün nəticələri barədə proqnozlar vermək daha da asanlaşacaq. Bayden hakimiyyətə gəldikdən sonra onun Rusiyaya münasibəti yumşaq desək, heç də dostcasına deyildi. İlk növbədə o öz rusiyalı həmkarını qatil adlandırdı, ondan sonra Rusiya ilə münasibətləri hərtərəfli gərginləşdirməyə çalışdı. Lakin bütün bunlar ABŞ-ın ən yüksək səviyyədə Rusiya rəhbərliyi ilə görüşməkdə və ölkələr arasında yaranmış problemlərin danışıqlar yolu ilə həll edilməsində maraqlı olduğu bəyanatlarının fonunda edilirdi. Bu yolla amerikalılar Putin-Bayden görüşü üçün elə bir zəmin yaratmağa çalışırdılar ki, Rusiya tərəfi həmin görüşdə zəif durumda olsun.
Nadir Qocabəyli - QIZIL MİLYARDSiyasət də bir elmdir. Adı da var: siyasətşünaslıq, yaxud politologiya. Bu elmi bilməyənlər, ondan az-çox xəbəri olmayanlar gərək siyasətə girməsinlər. Girsələr də bilənlərin ağıllı sözlərinə qulaq assınlar... Amerika, Avropa yaxşıdır, yoxsa Rusiya? İsrail yaxşıdır, yoxsa Fələsin? Siyasət deyil, sadəcə həvəskar demoqogiyadır... Siyasət haqqında mülahizə yürütmək istəyən adamın ən azından kapital, istehsal münasibətləri, məhsuldar qüvvələr, burjuaziya, istismarın mahiyyəti haqda elementar şeylərdən xəbəri olmalıdır. Məsələn, bilmək lazımdır ki, ağzımızın suyunu axıtdığımız Qərbi Avropa və Amerikadakı "demokratik" hakimiyyətlərin arxasında burjuaziya və iri kapital dayanır. Həmin kapital istismarçıdır. Zatən kapitalın mahiyyəti budur. Başqa cür kapital olmur. Bax həmin kapital təkcə öz xalqını deyil, başqa xalqları da sümürür. Bunun adına müstəmləkəçilik deyilir.
|