HANI O KİŞİLƏR?..

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Mixail Andreyeviç Suslov çox təvazökar idi. Eyni kostyumu və paltonu illərlə geyinirdi. Bir dəfə L.İ.Brejnev Siyasi Büronun üzvlərinə təklif etdi ki, Suslovun kostyumunu təzələmək üçün pul yığsınlar və belə də etdilər. 
Suslovun evindəki və bağındakı mebel ona məxsus deyildi, üzərində “Sov.İKP MK-nın İşlər İdarəsi” inventarı yazılmışdı. O heç vaxt çəkmir və içmirdi. Rəsmi qəbullarda badəsinə araq əvəzinə qaynar su tökürdülər.
Suslov heç bir hədiyyəni qəbul etmirdi, rüşvətdən isə söhbət gedə bilməzdi. Kitabı isə onun müəllifindən həddiyə alırdı. Tabeliyində olan işçilərdən kimsə cəsarət edib ona hədiyyə təklif etsəydi, dərhal işini itirmiş olurdu. Xokkey matçında qalib komandaya televizor bağışladığına görə televizor zavodunun direktorunu -Məgər o öz şəxsi televizorunu verib?- deyə işdən azad etmişdir.
Suslov xidməti maşınını saatda 60 km artıq sürməyə icazə vermirdi. L.İ.Brejnev Mojayski şossesində avtomobillərin tam sakit hərəkətini görəndə deyirdi: “Yəqin Mixail gəlir”. L.İ.Brejnev şəxsi söhbətlərdə hamıya “sən”, ancaq Suslova “Mixail Andreyeviç” müraciət edirdi.
Suslov öz ciddi davranışı ilə hamını heyran edirdi. Xarici səfərlərdən qayıdandan sonra valyutanı kassaya qaytarır, yoldaşlarla birlikdə etdiyi naharın haqq-hesabın ona düşən payını qəpiyinəcən ödəyirdi. 
Suslov uzun illər heç kimə hiss etdirmədən öz əmək haqqının bir hissəsini Sülh fonduna köçürüb. O, intizamı sevirdi, istəyrdi hamı düzgün və təmiz olsun və başqalarından bunu tələb edirdi.
İdarəetmə qabiliyyəti və bacarığı çox güclü olan M.A.Suslov sovet hakimiyyətinin yüksək eşalonunun təmizlik və saflıq nümunəsi idi. Allah rəhmət eləsin!
 
Ədalət Abdinov
05-12-2018 20:55 Baxılıb: 260    
Şərh bildir