Gülağa Elçibəyin ağzını zonda cırmışdı, ona görə prezident olan kimi o "boz iti" qisas almağa göndərdi

Cəmil İmanov
 
16.07.1992-ci ildə Astara rayon Şahağacı kənd sakini Gülağa Quliyevin və ailəsinin qətlliamı ilə bağlı bir qısa tarixi qeyd eləyim.
Hər kəs bəllidir ki, eks prezident Əbülfəz Elçibəy həbsdə olarkən Gülağa Quliyevlə birlikdə eyni kamerada yatıblar (Onlardan başqa tanıdığım kriminal aləmdə "Binəli Əfi" - Əliəşrəf Bağırov və "Sumqayıtlı Murik" - Murad Babayev eyni kamerada "srok" çəkiblər).
Məlumdur ki, rəhmətlik Gülağa "zonda" abşaka baxıb. Adlarını yazdıqlarımdan Murad Babayev (hal-hazırda yaşayır, Əliəşrəf Bağırov isə 3 il bundan öncə vəfat edib) bu hadisəni şəxsən özü belə nəql edir:
-Zonda abşaka Talış baxırdı (Gülağa Quliyev nəzərdə tutur). Neçə dəfə Talışa dedik ki, bəs bu (Əbülfəz Elçibəy) "turemşiklərin" arasına "mutka" salır, nadzorlara "pas atır" (türmədə "pas atır" demək xəbərçilik edir anlamdadır). Talış inanmırdı bizə. Amma axırda bir üzdənirağı Talış pis "nakazat" elədi, Əlbülfəz getdi Talışıdan da "pas atdı" (sukalıq elədi). Gəlib Talışı aparıb 1 həftəlik "karsa" saldılar, press (işgəncə) verdilər. Talış karsda olanda yanına gedib siqaret apardım. Karsda olanda dedim Əlbülfəzi "nakazat" eləyək. Talış "özüm gəlib onun sukalıq edən ağzını cıracam" dedi. Talış karsdan çıxan günü kameranın hamısı yığışdı bir yerə. Əbülfəzin "pas atmasını" "nadzorlar" özləri gəlib kameranın qapısını ağzından dedilər. Bundan sonra Talış ayağa durub Əbülfəzə tərəf getdi. "Moşnu" yumruq tutuzdurdu sifətindən. Əbülfəz yerə yıxılan kimi Talış onun sinəsinin üstündə oturub "öz dustaq yoldaşından paqona "pas atanın" axırı baxın belə olur" dedi və iki əlini Əbülfəzin ağzına salıb iki tərəfdə ağzını cırdı. Əbülfəzin ağzı qanla dolmuşdu, boğulub öləcəkdi. Güclə Talışı onun üstündən durğuza bildik.
Gələk digər əsas məsələyə. Hörmət bəslədiyim, dəyərli Yadigar məllim həm öz paylaşımında, həm də Hilal məllimin statusunun rəylərində ümumilikdə bu məzmunda sözlər yazıb: "Gülağa Quliyev narkobaron olub, hacı gedib gələnlərdən pul alması haqqda söhbətlər olub. Hələ üstəlik həmin gün əməliyyatçılara ilk atəşi Gülağa və iranlı qonağı açıb".
Yadigar məllim, gəlin əyri oturub düz danışaq. Mən Lənkərana gələndə hər dəfə mütləq Astaraya, Şahağacı kəndinə getmişəm. Minimum ay ərzində 2-3 dəfə. Hər dəfəsində ayrı-ayrı şəxslərdən bu hadisə haqqında nəsə soruşanda hər kəsin dedikləri bu cümlələr olub: "Ay bala, rəhmətlik Gülağa Elçibəyin ağzını zonda cırmışdı da. Ona görə prezident olan kimi o "boz iti" (İsgəndər Həmidov) göndərdi qisas almağa. Camaatın balasını aldadıb cəbhədən gətirdilər, guya sərhəd pozuntuları çoxalıb. Heç bura gələnlər əvvəldən bilmirdilər niyə gəlirlər. Atəş əmrini o şərəfsiz İsgəndər verdi, onlar da əmrə tabe oldular". Mən hər kəsin, hər kənd sakininin sözünü ayrı-ayrı yazsam, uzundərə olacaq - qısa, ümumi yazdım. İndi gəlin belə danışaq, Yadigar məllim. Əgər siz dediyiniz kimi Gülağa Quliyev narkobaron idisə (təbii ki narkotik məsələsi bu genosidi ört-basdır eləmək üçün ortaya atılan bir bəhanədir), onda Hilal Məmmədov "Talışski Eskobar" olmalıdır))). Lap tutalım Gülağa Quliyev narkobaron olub. Hansı qayda-qanunda var ki, ev qumbaraatanlardan vurulmaqla, ağır çaplı silahlarla atəşə tutulsun?
Bir də deyirdiniz ki: "Tutalım bu hadisə ilə Əlbülfəz Elçibəy rəhmətlik Gülağa Quliyevdən qisas alır və bunun ümumi Talış xalqına nə dəxli?" Dəxli bax bu aşağıdakılardır.
O vaxt ki, Sumqayıtdakı "Stroy Bank"ın (indiki "Kapital Bank" - 4cü mikrorayonda hərbi komandanlığın yanında olan) müdiri rəhmətlik Vaqif məllim də Talış idi. Masallı rayonu Kolatan kəndindən idi. Hələ 1992-ci ildə Sumqayıtda ilk "cip" Vaqif məllimin oğlu Vüsalda olub. Vaqif müəllimin başına nə oyunlar açdılar, onu da deyim hər kəs bilsin. "Suptropik Əməliyyatı"ndan sonra, 28.07.1992-ci ildən başlayaraq Vaqif məllimə qarşı qarayaxmalara srart verildi. Gah oğluna ilişdilər, gah özünün qapısının "poçtuna" hədə-qorxu yazılı məktublar atıldı. Sonda isə "rüşvətxorluq halları" adı ilə onu da vurdular. Bakıdakı, Sumqayıtdakı olan evlərini satmalı oldu, Lerikdə olan bağını satmalı oldu. Və işdən çıxarılaraq ata-baba yurduna qayıtdı.
Digər bir Talış əsilli vətəndaşa qarşı aparılan alçaqlığı qeyd edm. Sumqayıt şəhər 8-ci mikrorayon ev 24/17 mənzil 54-də əslən Lerik rayonu Çayrud kəndindən olan Bilal Qurbanov adında biri yaşayırdı. Bilalın sahib olduğu bir neçə marketi, bazarda "toçkaları" var idi. Əvvəlcə bir neçə dəfə "toçkaları" "şimon edildi" (oğurlandı), sonra "toçkaları" yandırıldı. Mikrorayonun girişində bir bərbərxanası var idi, onu sənədlər ola-ola "qanunsuz tikili" adı ilə traktorun qabağına verib dağıtdılar. Sonda isə 02.08.1992-ci ildə toydan evə gələndə yolu keçərkən kütlə arasında bıçaqlanaraq qətlə yetirildi.
Sizcə bu üç talışa qarşı olan hadisələrin hamısı təsadüfdür?..
17-07-2018 15:56 Baxılıb: 4020    
Şərh bildir