Əli Rzazadə. 90 yaşlı babamın nənəmə yazdığı şeir

Gənclərə örnək ola biləcəyini düşünürəm.

Qayıt gəl

Yoxluğundan qəmi qüssəm çoxalıb,
Təklik odu məkanıma köz salıb,
Gedən gündən bu sevgilin tək qalıb,
Ömrüm günüm, xoş avazla qayıt gəl,
İlk baharım, ilk nübarım, qayıt gəl.

Ömür sürrəm bu dünyada bir təhər,
Gecə-gündüz məni boğur qəm-qəhər,
Dözəmməzdik ayrılığa bu qədər,
Ömrüm günüm, xoş avazla qayıt gəl,
İlk baharım, ilk nübarım, qayıt gəl.

Bəxtim budur, tənha qalım dolanım,
Dərd qəmimi yoxdur bircə ananım,
Bu miskinə yoxdur sənsiz yananım,
Ömrüm günüm, xoş avazla qayıt gəl,
İlk baharım, ilk nübarım, qayıt gəl.

Getdin, gülüm, sənsizliyim çox çətin,
Gedən yola baxmaq olub adətim,
Məhəbbətim əbədidir, qismətim,
Ömrüm günüm, xoş avazla qayıt gəl,
İlk baharım, ilk nübarım, qayıt gəl.

Köz odudur, mən də ondan istiyəm,
Ahu qəmim yanır, mən də tüstüyəm,
Yanan odun, sönən közün üstüyəm,
Ömrüm-günüm, xoş avazla qayıt gəl,
İlk baharım, ilk nübarım, qayıt gəl.

Əlisa ağlar, kimsə onu ovutmaz,
Nə etsələr göz yaşını qurutmaz,
Yanan közü ürəyində soyutmaz,
Ömrüm günüm, xoş avazla qayıt gəl,
İlk baharım, ilk nübarım, qayıt gəl.
шаблоны для dle 11.2
25-07-2020 03:53 Baxılıb: 6220    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}