Bir bax

Azər Bandoj

Dünyadə otur-durduğun insanına bir bax,
Əxlaqına, rəftarına, səhmanına bir bax.

Dostum, hər adam dostluğa layiq deyil əsla,
Tainki nəyə gətdiyi imanına bir bax.

Minbərdəki vaizlərin imanını sorma,
Hər kəlməsinin məneyi-bürhanına bir bax.

İnsanları nə məzhəbə, nə millətə bölmə,
Hər kəs nə yolu tutsa da vicdanına bir bax.

Bir zərrə ədalətdən uzaq düşmə amandır,
Ərbabi-ədalət Şəhi-mərdanına bir bax.

Hər bir gününün qədrini bil, ömrə vəfa yox,
Sürətlə keçən saniyəvü anına bir bax.

Şəhvət yüyənin nəfsinə tapşırma ki, ruhun
Qan yaş axıdançeşmeyi-giryanına bir bax.

Dünyadə çalış yaxşılıq etməklə ad eylə,
Pis adla köçən kəslərin ünvanına bir bax.

Allahı, qiyamət gününü danma, a Bandoj,
Nuhun gəmisin yad elə, tufanına bir bax.

14-12-2018 16:20 Baxılıb: 960    
Şərh bildir