Rəvan Məhərrəmli - Ey Əlinin şiəsi

Ey Əlinin şiəsi, həqqi ədalət vaxtıdır,
Yatma qəflətdən oyan, indi şücaət vaxtıdır.
 
Zülfüqarın qəbzəsindən səndə tut meydanə gir,
Ver Xudadan ötrü cani, çün məharət vaxtıdır.
 
Külli-aləm söhbət eylər, bu qiyamundan sənün,
Keç iki qoldan Əbəlfəz tək, sədaqət vaxtıdır.
 
Ol fədai, başərəf eşq ilə dünyadan köç et,
Can əsirgənməz Xudadan, ver əmanət vaxtıdır.
 
İsmi-ə'zəm söyləyib, vur zərbə zülmün başına,
İç şəhidlik şərbətindən, ta şəhadət vaxtıdır.
 
Kəlmeyi-Allahu Əkbər zalimin bağrın yarar,
Yar zülmün bağrını, vallah cəsarət vaxtıdır.
 
Sən də həqqin damənindən tut, Rəvan, bu cəngə gir,
Gec olar birdən, görərsən ki Qiyamət vaxtıdır.
27-11-2017 17:23 Baxılıb: 330    
Şərh bildir