Ruh da danışarmış

Ömür Yazar
 
Sənin gedişinə nə ağlamağım, 
İnan mənə, nə də gülməyim gəlir.
Nifərtlə dünyada yaşamaqdansa,
Elə bir dəfəlik ölməyim gəlir.
 
Yalanlar, doğrular qarma-qarışıq,
Görən hansı ilə barışmalıyam?
Bu çivisi çıxmış lənət həyata,
Mən sürünərəkmi alışmalıyam?
 
Nə gəlişim asan, nə də gedişim,
O qədər ruhsuzam ölənlər kimi. 
Sənə qayıt desəm nə dəyişəcək,
Qədir-qiymətini bilənlər kimi.
 
Bəxtimi qələmə alsaydım əgər,
Vərəq yırtılaraq üsyan edərdi,
Canımı Allaha tapşırsaydım mən,
Ruhum baş götürüb çıxıb gedərdi.
21-06-2017 19:13 Baxılıb: 3580    
Şərh bildir