Bilinmir

İlqar Bədəlov
 
Fikrim dolaşır göydə gəzir yerdə, bilinmir,
Kim aşiqi salmış belə bir dərdə, bilinmir.
 
Nadanlıq edib nəfsimə ram oldum uşaqkən,
Şeytanmı çəkdi gözlərimə pərdə, bilinmir.
 
Meyl eyliyərək batilə, çirkabə bulaşdım,
Nəxşim nə verər yek, ya cahar zərdə, bilinmir.
 
Qurban elədim canımı nə fayda vətənçun,
Xaindi ya satqın nədi sərkərdə, bilinmir.
 
Qəflət dolu min arzu, kam istər dəli könlum,
Neyçun verirlər rutbəni comərdə, bilinmir.
 
Zənginlərə beş qiyməti məktəbdə verən çox,
Qiymətmi axır neft axan kəmərdə, bilinmir.
 
Minnət qoyaraq İlqara zalım demə heç vaxt,
Kimlərçun axıbdır qanı səngərdə, bilinmir.
20-06-2017 14:22 Baxılıb: 1180    
Şərh bildir