Yəmən xalqı: Biz vəhşi hücumlar qarşısında təslim olmayacağıq!

Ənsarullahın baş katibi Seyid Əbdül-Məlik Bədruddin Əl-Husinin çıxışından:

- Müharibə 6 il əvvəl xaincəsinə başladı və ilk partlayışdan bəri hamısı cinayətdir.
- Yəmənə qarşı təcavüzün heç bir səbəbi yoxdur.
- Hər kəs heç bir səbəbi olmayan hücuma təəccübləndi və müharibə Sənaadakı mülki evlərə hücumla başladı.
- Vaşinqtonun Yəmənə qarşı olan təcavüzünü elan etməsi, amerikalıların bunu planlaşdırdığını və bu işin arxasında olduğunu bildirir.
- Təcavüzə başlamazdan əvvəl düşmənimiz olan İsrail tərəfindən müharibəyə qarşı böyük bir istək var idi.
- Amerika, İngiltərə və "İsrail" Yəmənə təcavüz etmək və bu işdə qalib olmaq üçün Səudiyyə Ərəbistanını və BƏƏ-ni seçdi.
- Təcavüzün icraçısı əsasən Səudiyyə və onunla birlikdə olan BƏƏ-dir, qalanları isə muzdlulardır.
- Yəmənə hücum əmri Vaşinqtondan gəldi. Bu əmr Səudiyyə Ərəbistanının Adil Əl-Cübeyrindən gəldi və bu şəxs arxada duranları haqlı hesab etdi.
- Yəmənə qarşı cinayətin törədilməsində ən qabarıq amillərdən biri Səudiyyə Ərəbistanı və BƏƏ-nin amerikalılara tabe olmasıdır.
- BƏƏ və Səudiyyə Ərəbistanı hazırda onlar üçün regional rol oynayırlar və hər ikisi Amerika üçün müstəsna agent olmaq istəyir.
- Cinayətin icrasında Səudiyyə Yəmənə qarşı təcavüzə rəhbərlik edir.
- Amerika üçün müstəsna agent rolunu oynamaq, Səudiyyə və BƏƏ-ni işi sadələşdirməyə sövq etdi.
- Bu cinayətə ABŞ nəzarət edir. "İsrail" və İngiltərənin bunda müəyyən bir rolu var və bunu Səudiyyə Ərəbistanı və BƏƏ-də həyata keçirir.
- Səudiyyə Ərəbistanı bu təcavüzü ört-basdır etmək üçün Yəmən tərəfləri arasında "problem" bəhanəsini təqdim etməyə çalışır.
- Təcavüzkarlığı idarə edən Səudiyyədir və bu ölkənin xalqı arasındakı xainlər, onlara hər nə əmr olunsa onu yerinə yetirəcəklər.
- Təcavüz dövründəki bütün hərbi əməliyyatlar və cinayətlər xaricdən idarə edildi və edilir.
- Səudiyyə səfiri Əbd-Rəbə Mənsur Hadidən yüksəkdir və Hadi sonuncu əmrlərini ondan alır.
- Ölkəyə xəyanət etməkdə iştirak edənlər Səudiyyə əmrindədirlər və heç bir səlahiyyətə sahib deyillər.
- Təcavüz başladıldıqdan bəri yaşayış məhəllələri və kəndləri yüksək dərəcədə hədəfə alındı.
- Mülki insanları hədəfə almağa haqq qazandıran və ya qanuniləşdirə biləcək nə ola bilər?
- Qədim məscidlər bombardman edildi və təhsil müəssisələri də qəsdən hədəf alındı.
- Tələbələri və təhsil müəssisələrini hədəfə almağın qanuni və ya ağılasığan bir səbəbi varmı?
- Sağlamlıq mərkəzləri və xəstəxanaların hədəfi qəsdən və bilərəkdən həyata keçirildi.
- Ölkədəki bütün həyati mərkəzlər hədəf alındı və nəticədə yəmənlilərə ciddi şəkildə ziyan dəydi.
- Məşhur bazarları hədəf almaq, mümkün qədər çox sayda yəmənlini öldürmək səbəbi ilədir.
- Yəmən xalqına olan cinayət və iztirablar- onların iradəsini qırmaq istəyinə görədir.
- Mövqeyimiz qanunidir və ölkəmizi müdafiə etmək hüququ baxımından bütün beynəlxalq qanunlarla təmin olunur.
- Ölkəmizi müdafiə etmək dini və Qurani vəzifəmizdir və bu səbəbdən kimsənin razılığına ehtiyacımız yoxdur.
- Ölkəmizi qorumaq üçün heç kimdən icazə gözləmirik.
- Zülmə məruz qalan bizik və biz heç kimə zülm etməmişik.
- Mühasirədə olmaq Yəmən xalqına qarşı düşmənin ən dəhşətli hərəkətlərindən biridir.
- Bu vəhşi hücumlar qarşısında təslim olmayacağıq.
- Ənsarullahın döyüşdə önəmli bir rolu var, ancaq onlar tək deyillər, bu xalqın azadə insanları da təcavüzə qarşı ayaq üstə durur və mübarizə aparır.
- Dağ kimi dayanmaq xalqımızın seçimidir- düşmən təcavüz və mühasirəni davam etdirdikcə xalqımız da mübarizəyə davam edəcək.
- Düşmənə tövsiyəmiz, təcavüzü dayandırmaqdır. Düşmənin uduzmasına 6 il bəsdir.
- Şərəfli sülhə hazırıq.
- Yemək, tibbi ləvazimatlar və neft əldə etmək xalqımızın haqqıdır- şantaj qəbul edə bilmərik.
- Sülhə aparan yol aydındır- bunun üçün təcavüzü dayandırmaq kifayətdir.
- Sülhə hazırıq, amma xalqımızın hüquqlarının tapdalanmasını qəbul etmirik.
- Biz mövqelərimizə sadiqik, Fələstin məsələsini dəstəkləyirik və İsraillə əlaqələrin normallaşması cəhdlərini qınayırıq.
шаблоны для dle 11.2
28-03-2021 19:54 Baxılıb: 730    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}