İsrailin Şəhid Hacı Qasim qorxusu

ABŞ-ın terrorçu prezidenti Donald Tramp İsrailin əmri ilə iranlı general Hacı Qasim Süleymani və həmçinin aralarında İraqdakı "Həşdi Şəəbi" şiə qruplaşmasının lideri Əbu Mehdi əl-Mühəndisi də olmaqla İŞİD-ə qarşı mübarizə aparan 9 mücahidi terrora məruz qoyaraq şəhid etdi. Bu cinayət dünyada birnənalı qarşılanmadı, hətta ABŞ-ın ən yaxın müttəfiqləri bu addımı pislədilər. Amma Hacı Qasim Süleymaninin terrorunun sionizm üçün ən gözlənilməz və ağrılı reaksiyası isə Azərbaycan Respublikasında oldu.
1992-ci ildən bəri Azərbaycanı öz çənginə alan, ölkənin bütün qanunverici, icraedici və güc strukturlarına nüfuz və onları idarə edən sionizm, bu ölkədə İslam və şiəlik əleyhinə apardığı təxribatçı fəaliyyətlərindən sonra, Azərbaycanın dini ictimaiyyətininə tam nəzarət etdiyini zənn edirdi. Amma Hacı Qasimin terrorundan sonra Mossad Azərbaycanda elə bir mənzərə ilə rastlaşdı ki, 28 il ərzində çəkdiyi bütün “zəhmətlərinin” faydasız olduğunu anladı: Yüz minlərlə azərbaycanlı sosial şəbəkə istifadəçisi öz profillərini və sosial şəbəkə səhifələrini Şəhid Hacı Qasimin şəkilləri ilə bəzədi!!! Mossadın bu hadisədən necə əndişələndiyini anlamaqdan ötrü Mossad cəsusu və Azərbaycanın İsraildəki “qeyri-rəsmi səfiri” missiyasını yerinə yetirən Arye Qutun bu barədə fikirlərinə nəzər salaq.
Hacı Qasim Süleymaninin terrorunundan bir həftə sonra “Eurasia Diary” saytına müsahibə verən Arye Qut, sionist həyasızlığı ilə Şəhid Hacı Qasimə böhtan atandan sonda deyir: “Yaxın tarixə nəzər salsaq görərik ki, Süleymani Qarabağda dinc azərbaycanlılara qarşı divan tutan erməniləri real şəkildə dəstəkləyib. Bütün bunlara rəğmən Süleymaniyə Azərbaycan məscidlərində mərasimlər keçirilməsi, təxminən 80 mindən çox azərbaycanlının sosial şəbəkələrdə onun şəkillərini paylaşması bir daha göstərir ki, İranın Azərbaycanda sosial dayaqları çox güclüdür. Sözügedən dayaqların formalaşmasında İran kəşfiyyat qurumlarının böyük xidmətləri var. Düşünürəm ki, bu Azərbaycan dövlətçiliyi üçün ən ciddi milli təhlükəsizlik problemidir və böyük təhdiddir”...
Əslində Mossad cəsusu Arye Qut, “İsrail üçün təhlükədir” demək istəyir. Çünki Qüds şəhidi Hacı Qasimin şəklini paylaşan 80 min istifadəçi - İsrailə və onun Azərbaycandakı maraqlarına qarşı qarşı 80 min əsgər deməkdir! Onları dəhşətə gətirən bidir! Azərbaycanlı sosial şəbəkə istifadəçilərinin öz profillərini Şəhid Hacı Qasimin şəkilləri ilə bəzəməsinin Mossada, bu murdar və terrorçu təşkilatın cəsusu Arye Quta necə od vurduğunun şahidi oldunuzmu?!
Nəzərə alsaq ki, sionistlər İsrail üçün sərfəli olan məlumatları 10 dəfə şişirdir və sionist rejimi üçün faciə ola biləcək hadisələri isə 10 dəfə kiçildərək “gündəlik məişət hadisəsi” kimi qələmə verirlər, o halda Mossad cəsusu Arye Qutun “80 mindən çox azərbaycanlının sosial şəbəkələrdə Şəhid Hacı Qasimin şəkillərini paylaşmasıni” dilə gətirməsi, əslində bu rəqəmin 800 mindən çox olduğundan xəbər verir. Bu səbəbdən də Mossad dərhal hərəkətə keçərək, öz trolları vasitəsilə Azərbaycanın sosial şəbəkələrində “öz şəhidlərimiz qala-qala iranlı şəhidin şəkillərini niyə paylaşırsız” məznunlu kampaniyaya start verdi. Geylərdən-vəhhabilərə, pantürkisrtlərdən-ateistlərə, feministlərdən-“müxalifət” adlanan sionist nökərlərinə və s. qədər ŞƏHİDLİYİN nə olduğunu bilməyən cahillər İsrailin əmri ilə Şəhid Hacı Qasimin əleyhinə kampaniyaya başladılar. Amma nəticə əldə edə bilmədilər. Bunu görən sionizm, nəzarətində olduğu Feysbuk və İnstagram sosial şəbəkələrinə Hacı Qasimin şəkillərini paylaşan statusları silməyi və ya profilləri bağlamağı əmr etdi. Əslində, sionizm özünün bu addımı ilə Şəhid Hacı Qasimin və onun şəkillərini paylaşan azərbaycanlı sosial şəbəkə istifadəçilərinin qarşısında məğlubiyyətini elan etdi.
Bununla belə, İran İR ilə bacarmayan və onun regionda artan nüfuzundan yuxusu ərşə çəkilən İsrail, şiə dövlətinin Azərbaycandakı nüfuzunu azaltmaqdan ötrü fəaliyyətlərinə bir an belə ara vermir. Vəhhabiliyin yayılmasından tutmuş, özünü şiə adlandırıb - Vilayəti-Fəqih bəhanəsi ilə şiə İran İR ilə düşmənçilik edən cahillər ordusunu yaratmağa qədər, bütün planları Azərbaycanda sınaqdan keçirən İsrail görəndə ki, Şəhid Hacı Qasimin təkcə adı və şəkili belə, Mossadın Azərbaycan Respublikasındakı 28 illik fəaliyyətlərini puç etməyə yetərlidir, bu müəddəs Qüds şəhidini əbədi olaraq Azərbaycan xalqının zehnindən silməyi qərara aldı. Çünki elə bu günün özündə də Azərbaycanın sosial şəbəkə məkanında Şəhid Hacı Qasimin şəkillərini öz profil şəklində yerləşdirən on minlərlə istifadəçi var.

Baba Pünhan facebook səhifəsiшаблоны для dle 11.2
17-07-2020 18:47 Baxılıb: 6110    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}