COVİD-dən vəfat edən alimin jurnalist xanımından qandonduran məktubMartın 3-də vəfat edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimlinin həyat yoldaşı, tanınmış jurnalist Arzu Qaziyeva Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasının baş həkimi İmran Ağayevə və onun komandasına açıq məktubla müraciət edib. Mərhumun həyat yoldaşının məktubu bilmədiyimiz dəhşətlərin üstünə işıq salır, səhiyyəmizin vəziyyəti ilə bağlı qorxunc mənzərənin aydın təsəvvürünü yaradır. Məktubu olduğu kimi təqdim edirik. “Biz onu dəfn etdik. Sonrasa xəstəxanada qalmış əşyalarını və lazımi sənədlərini – mən hələ də o sənədlərin adını çəkə bilmirəm – götürmək üçün xəstəxanaya getməli oldum. Sayca 4-cü gedişim idi.
Gömrük ölkəyə avtomobil gətirənləri soyur - Talan mexanizminin izahıSon dövrlər idxal edilən mallar üzrə yüksək gömrük dəyərinin müəyyənləşdirilməsi ilə bağlı sahibkarlarda narazılıqlar artır. İddialara əsasən Gömrük Komitəsi hər il gömrük dəyərini yüksəldir. Bunun nəticəsində sahibkarlar idxal əməliyyatları ilə bağlı daha yüksək rüsum və vergi ödəməli olur. Bəs, Gömrük Komitəsi bu cür davranmasında məqsəd nədir? Qanunvericilik Komitəyə gömrük dəyərinin müəyyənləşdirilməsində müstəsna hüquq tanıyırmı? Gömrük dəyərinin artırılması ilə bağlı narazılıqlara münasibətini bildirən iqtisadçı-ekspert Natiq Cəfərli sfera.az-a açıqlamasında bildirib ki, qanunvericilik dövlət orqanının bu şəkildə subyektiv davranmasına icazə vermir: "Gömrük Komitəsində qiymətqoyma komissiyası yaradılıb.
Армянские радикалы хотят выдавить миротворцев из Карабаха — экспертРасшатать ситуацию в Нагорном Карабахе и ударить по российским миротворцам пытаются армянские радикалы во главе с Жирайром Сефиляном, заявил руководитель армянского информационно-аналитического центра «Луйс» Айк Айвазян корреспонденту ИА Красная Весна. Так эксперт прокомментировал появившуюся в соцсетях информацию о готовящемся автопробеге по Нагорному Карабаху Жирайра Сефиляна и его соратников из партии «Сасна Црер». «Жирайр Сефилян и компания — это проплаченные "патриоты", которые являются антироссийскими радикалами в Армении на службе у западных спецслужб», — отметил Айвазян. По его мнению, акция подобных «патриотов» преследует своей целью удар по российским миротворцам.
İlham Əliyev: Mən hökumətə xarici kreditləri götürməyi qadağan etmişəmBunu İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında söyləyib. “İndi vəziyyət elə deyil ki, biz gedib kiminsə qapısını döyək, yaxud da, hansısa bankdan kredit istəyək. Mən, ümumiyyətlə, hökumətə xarici kreditləri götürməyi qadağan etmişəm. Biz ancaq yüksək texnoloji layihələrə kredit götürməliyik ki, oraya texnologiyalar gətiririk. Yoxsa yol çəkirik, asfalt bizim, bitum bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik? Yaxud da ki, buna oxşar layihələr”, – deyə İlham Əliyev bildirib. Prezident qeyd edib ki, Azərbaycan bu il təqribən 400-500 milyon dollarlıq ancaq xarici investisiyaları bərpa olunan enerji növlərinə cəlb edib. “Artıq bir müqavilə bağlanıb, bir müqavilə də bu ay, ya gələn ay bağlanacaq.
Hacıbala polad relsləri satırdı — "TRAMVAY ƏMƏLİYYATI" başlaya bilərmi?Doqquz ildən sonra Bakı küçələri qar gördü. Elə bil qar Bakıdan küsmüşdü. Yağa-yağa gəlirdi, Sulutəpə ərazisinə çatanda dayanrıdı. Sanki şəhər uşaqlarıyla gizlənpaç oynayırdı. Səsi-sorağı gəlirdi, amma üzünü doğru-dürüst görən olmurdu. Mütəxəssislər deyir ki, bunun tək səbəbi Bakı şəhərinin, bütövlükdə isə Abşeron yarımadasının son illərdə həddən ziyadə çirklənməsidir. Bakı üzərini hər gün duman kimi bürüyən tüstü qatı qarı Bakıya yaxın buraxmır. Ona görə də bu il Ərəbistan yarımadası ilə yanaşı, Bakıya da qar yağdı. Bu isə onu göstərir ki, paytaxtın ekoloji durumu böhran həddinə çatıb. Problemin əsasını isə şəhərdəki nəqliyyat sıxlığı təşkil edir. Hazırda Bakı şəhərində yükdaşımada istifadə edilən avtomobillərin 95 faizi aşağı keyfiyyətli dizel, sərnişin daşımadakı avtobuslarınsa 100 faizi dizel və mavi yanacaqla işləyir. Bunlar isə havaya həddindən artıq tüstü buraxır. Əksər meqapolislərdə ekoloji təmiz nəqliyyatdan geniş istifadə edilir, yəni tramvay və trolleybuslardan.
Hüseyn Səfərov: FİKRƏT YUSİFOV KABİNETİNDƏ DİZ ÇÖKÜB YALVARDI Kİ...Sabiq maliyyə naziri Fikrət Yusifovun bu yaxınlarda həbs eilmiş sabiq nazir Səlim Müslümov və digərləri haqqında müsahibəsi ətrafında qalmaqal bitib-tükənmir. Belə ki, F.Yusifovun həmin müsahibəsindəki bəzi fikirləri ilə razılaşmayan keçmiş Respublika Əmanət Bankı İdarə Heyətinin sədri Hüseyn Səfərovun “Təzadlar”ın ötən sayındakı cavab-müsahibəsi vəziyyəti bir az da gərginləşdirib. O mənada ki, Fikrət Yusifov bu gün bəzi saytlarda H.Səfərova təhqiramiz cavab yazıb. “Sabiq nazirdən şok: 150 milyardı talayan bankir kimdir?” başlıqlı yazıda bildirilir ki, “…sabiq maliyyə naziri Fikrət Yusifov 1990-cı illərin ortalarında Respublika Əmanət Bankının sədri vəzifəsində çalışmış Hüseyn Səfərovun ağlasığmaz talançılıq etməsi ilə bağlı şok faktı ictimailəşdirib. O bildirib ki, H.Səfərov cəmi 1 il vəzifədə olsa da, o vaxtkı Azərbaycanın bank sistemi tarixində ən böyük talanın müəllifidir.
Qanqster “Əmioğlu”nun əməlləri: adam oğuluğu, qətl, narkotik alveri və...Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə, narkotik vasitələrin qanunsuz dövriyyəsində, adam oğurluğunda, odlu silah saxlamaqda, hədə qorxu ilə tələb etmədə və bu kimi ağır cinayətlərdə ittiham olunan “Əmioğlu” ləqəbli Sumqayıt şəhər sakini, 51 yaşlı Eldar Cabarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org-un xəbərinə görə, əvvəllər adam öldürməyə cəhddə, xuliqanlıqda, odlu silah gəzdirməkdə təqsirli bilinərək dəmir barmaqlıqlar arxasına düşən “Əmioğlu” bu dəfə də azadlıqda çox qalmayıb. O növbəti cinayətə “imza” atdıqdan sonra yenidən “doğma məkana” – həbsxanaya qayıdıb. Onlar Eldəniz Səmədovu oğurlayaraq ondan pul tələb etməyi planlaşdırıblar.
“Qüdrət Həsənquliyev Milli Məclisdə rüşvət hesabına oturur”Azərbaycanda rüşvətxor və korrupsioner məmurların həbsi ilə bağlı çağırışlara fərqli reaksiyalar verilir. Əksəriyyət vəzifə səlahiyyətindən sui-istifadə edərək ölkəni talan edən bu şəxslərin ağır şəkildə cəzalandırılmasını tələb edir. BAXCP sədri Qüdrət Həsənquliyev isə fərqli düşünür. O, mətbuata açıqlamasında təqib yolu ilə rüşvətin qarşısını almağın mümkünsüz olduğunu deyib. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Yenisabah.az-a açıqlamasında bildirib ki, korrupsiya və rüşvət məsələsində dövlətin ən sərt qanunları işə düşməlidir: “Qüdrət bəy onu-bunu malalaya-malalaya gedir. Bu məmurlar isə Azərbaycanı talan edirlər. Biri var onlar yığdıqları ilə Azərbaycanda yeni bir iş yaratsınlar, biri də var xaricə daşısınlar. Həmin məmurlar Azərbaycanın sərvətini xarici adalarda qoyublar. Ona görə də burada çox pis vəziyyət yaranıb.
General Rüstəm Muradov haqqında 5 maraqlı FAKTBBC Rus xidməti Dağlıq Qarabağdakı rus sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov haqqında məqalə dərc edib. Məqalə əsasında toplanılan bir neçə faktı sual-cavab formasında təqdim edirik. 1. General milliyyətcə kimdir? 48 yaşlı Rüstəm Muradov Dağıstan Muxtar Respublikasının Dərbənd rayonunun Çinar kəndində anadan olub. Milliyyətcə tabasaranlıdır. Tabasaranlılar Dağıstanın yerli azsaylı xalqlarından biridir. Muradov 2012-ci ildə “Krasnaya Zvezda” qəzetinə verdiyi müsahibədə deyirdi: “Mən zabitlərdən milli psixologiyanın xüsusiyyətlərini bilmələrini tələb edirəm. Özüm isə Qafqazın nə olduğunu izah edirəm”. 2. Muradov Çeçenistanda nə ilə fərqlənirdi? 1996-cı ildə 23 yaşlı leytenant Muradov ilk dəfə təltif olunur.
İlkin Rüstəmzadə Xədicə İsmayıla: “BÜTÜN HƏYATIMI SINDIRDI...” - skandalKeçmiş NİDA üzvü, siyasi fəal İlkin Rüstəmzadə jurnalist Xədicə İsmayıl barədə ittihamlar səsləndirib. Musavat.com xəbər verir ki, uzun müddət yaxın dostluq münasibətlərində olduğu jurnalisti bir neçə epizoddan sonra tanıdığını yazan İ.Rüstəmzadə ictimai sektordakı gənclərə də ondan uzaq olmağı tövsiyyə edib. “Xədicə İsmayılı tanıyandan sonra İlham Əliyevə hörmətim artıb” yazan gənc fəal daha sonra fikrini belə əsaslandırıb: “Sabah Xədicə kimə korrupsioner desə, biləcəm ki məsələ başqadır. Çünki Xədicə İsmayıl tənqid etdiyi adamların hamısından rəzil, hamısından alçaq adamdır”. İlkin Rüstəmzadə eyni zamanda Xədicə İsmayıl tərəfindən aldığı xain zərbələrin tarixçəsindən də bəhs edib.
Niyə qonşulardan 8 dəfə baha uçuruq? – AZAL-a ETİRAZ“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sərnişindaşıma qiymətlərinin pandemiya dövründə yüksəlməsi müşahidə edilir. Əvvəllər də AZAL-la uçuş baha başa gəlirdi. Lakin xaricə uçuş imkanı əldə edən sərnişinlərin verdiyi məlumata görə pandemiya dövründə qiymətlər bir qədər də arıtırılıb. Məsələn, Gürcüstandan İstanbula uçuş 110 manat olduğu halda Azərbaycandan uçuş 800 manatdır. Pandemiya ilə əlaqədar AZAL-ın qiymətləri 50 faizdən çox qaldırdığı bildirilir. AZAL-ın sərnişindaşıma xidmətlərinin çox baha olması faktına dəfələrlə toxunulub. Mülki Cəmiyyətə Doğru İctimai Birliyinin sədri Abil Bayramov sfera.az-a açıqlamasında qeyd edib ki, AZAL-ın göstərdiyi xidmətlərin dəyərinin kəskin fərqlənməsinin əsas səbəbi ölkəmizdə aşağı büdcəli aviaşirkətlərin fəaliyyəti üçün lazımı şəraitin yaradılmamasıdır.
Армяне уже дерутся друг с другом - «Карабахские» против «ереванских»Как известно, после смены власти в Армении, премьер-министр Никол Пашинян приложил все возможные усилия для того, чтобы ослабить и заставить окончательно уйти из политики так называемый "карабахский клан", который мешал ему укрепить свои позиции внутри страны. Между тем, пресловутый "карабахский клан" обладает значительными ресурсами и в Армении, и за ее пределами, а опирается на имидж, уважение части населения и конечно, поддержку России. Армянские эксперты считают неслучайным срочное возвращание Роберта Кочаряна в Карабах на фоне войны, смягчение антироссийской риторики и, конечно, увольнение главы Службы национальной безопасности Армении Аргишти Карамяна.
“Qafandan 21, Mehridən 7, Gorusdan isə 9 kilometr geri çəkilmişik” — Erməni deputatdan ETİRAF“Bu gün Ermənistan ərazisinin nə qədər olduğunu bilmirik. Qeyd edim ki, Zod qızıl yatağının yeraltı marşurutu ilə Azərbaycan ərazilərinə daxil olma məsələsi Sovet illərində dəfələrlə müzakirə edilib və Sovet dövründə Ermənistanın istismarına icazə üçün böyük kirayə pulu verilib”. Bu sözləri Ermənmistanın “Çiçəklənən Ermənistan” Partiyasının parlament deputatı Mikael Melkumyan deyib. Deputat Ermənistanda son zamanlar ciddi müzakirə olunan Şurnux kəndinin məsələsinə toxunub. O deyib ki, kəndin poçt şöbəsi Azərbaycan ərazisində necə yerləşə bilər? “Poçt şöbəsi indeksə sahibdir. Məktub Azərbaycana göndərilə bilməz və təbii olaraq geri qaytarılar. Şurnuxda xüsusi statusa malik meşə təsərrüfatı olub, əksəriyyəti 1984-1986-cı illərdə erməni tərəfinə verilib”.
Erməni jurnalistdən şok açıqlama: “6 ay sonra Ermənistan dövlət kimi mövcud olmayacaq”“Düşünürəm ki, türk Nikol' ölkə iqtisadiyyatını məqsədli şəkildə defolta aparır. Defoltdan sonra Ermənistan cüzi miqdar pul qarşılığında öz iqtisadiyyatını tamamilə itirəcək. Ölkə təkcə siyasi deyil, iqtisadi cəhətdən də Türkiyənin müstəmləkəsi olacaq. Daha üç ay, maksimum altı ay sonra Ermənistanın dövlət suverenliyini unuda bilərsiniz”. Ermənistanın “Yerkramas” xəbər portalı məlumat verir ki, bu sözləri tanınmış erməni jurnalisti, “News Media” holdinqinin təsisçisi Aram Qabrelyanov telegram kanalında yazıb. Onun sözlərinə görə, Paşinyanın üç ilə yaxın hakimiyyətindən sonra bu gün Ermənistan müharibədə rüsvayçı məğlubiyyət almış ölkədir: “Yalnız ordu təslim olmayıb, həm də xalqın iradəsi sındırılıb. Ermənilərin başlarında tamamilə durğunluq, ruhlarında isə kədər və əzab hökm sürür. Ölkədə heç bir ideologiya yoxdur.
Зигзаг судьбы: они зарабатывали на ненависти к Азербайджану и оказались в подвалах СНБ Армении«Ба, знакомые все лица!», - пронеслось у меня в голове сегодня утром, когда я по старой привычке просматривал ленту новостей в армянских СМИ. И ведь было от чего вспомнить цитату из комедии Грибоедова «Горе от ума». Дело в том, что Служба национальной безопасности Армении задержала бывшего руководителя аппарата парламента Армении Ару Сагателяна. В его кабинете армянские чекисты провели обыск. Кроме того, в СНБ была вызвана и допрошена политический эксперт Анжела Элибегова. Сторонний читатель, может, пожалуй, задаться вопросом: ну и что с того? Сегодня в Армении пачками задерживают противников действующего премьер-министра Никола Пашиняна. С чего бы это уделять столь повышенное внимание Сагателяну и Элибеговой?
Əsədovların Böyük Britaniyaya qədər uzanan biznes imperiyası - KEÇMİŞ SPİKERİ HƏBS GÖZLƏYİR?Bu barədə “Yeni Müsavat” qəzeti yazıb. Nəşr, ölkədəki və xaricdəki aktivlərinin mediada peyda olmasından və bir sıra keçmiş yüksək rütbəli məmurların tutulması barədə məlumat aldıqdan sonra eks-spikerin həbsdən qorxmaq üçün bütün əsaslarının olduğunu iddia edir. Qeyd olunur ki, O.Əsədov spikerlikdən deputat pilləsinə enəndən sonra Milli Məclisin iclaslarına da qatılmağı özünə rəva bilmir. Sulutəpədəki imarətində oturub Türkiyədən Rusiyaya, Rusiyadan Böyük Britaniyaya uzanan böyük biznesini idarə edir. Qeyd olunur ki, onun imarəti 3-4 hektarlıq sahədə inşa olunub. Ərazidə 2 günbəzli, dəbdəbə içində itib-batan imarət, çay evi, iri hovuz, yaxınlarının villaları, özəl fitnes və bilyard salonları var. Belə imarətlərdən biri də Bakının Şüvəlan kəndi ərazisindədir.
Adil Əliyev: Ramiz Mehdiyev Elmlər Akademiyasını şəxsi obyektinə çevirib, yoxlamalar aparılmalıdır“Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin deputatları məhkəməyə verməsi ilə bağlı xəbər yayıldı. Doğrusu, təəccübləndim. Milli Məclisin deputatını məhkəməyə vermək olmaz. Bu, qanunda da əksini tapıb. Azərbaycanın Konstitusiyasının 90-cı maddəsinin (Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının toxunulmazlığı) I bəndinə əsasən, səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa, tutula bilər.
“Putin dedi ki, üç məsələ ilə fəxr edir- vaksin, Qarabağ əhvalatı və yeni silah növləri...”Xəbər verildiyi kimi Rusiya prezidenti Vladimir Putin fevralın 10-da bir qrup baş redaktorla qapalı görüş keçirib. Görüşdə 35 jurnalist iştirak edib, onlardan biri də “Exo Moskva” radiosunun baş redaktoru Aleksandr Venediktovdur. Venediktov “Exo Moskva” radiostansiyasının efirində həmin görüş barədə danışarkən deyib ki, Putin jurnalistlərlə ünsiyyətdə çox sakit idi və hər bir suala öz cavabı vardı. Venediktov Putinin üç məsələ ilə fəxr etdiyini deyib. “O, vaksindən çox məmnundur (koronavirusa qarşı Sputnik-V vaksini). Çox məmnundur. Vaksinlə bağlı əhvalatdan. Qarabağla bağlı əhvalatdan çox məmnundur və bununla fəxr edir. Və yeni silah növləri ilə fəxr edir. Bax bu üç məsələ 2020-ci ildə müsbət nəticə olub. Fikrimcə bunları deməklə heç bir sirrin üstünü açmıram”,- Venediktov deyib. Xatırladaq ki, Qarabağda hərbi ənəliyyatlar Putinin vasitəçiliyi ilə əldə edilmiş 10 noyabr üçtərəfli razılaşması əsasında dayandırılıb.
Əli Həsənovun DİN-dən qovulan qaynının ilginc əməlləri - Baş redaktor niyə təhdid edilib?Bu gün Daxili İşlər Nazirliyindəki vəzifəsindən işində yol verdiyi nöqsanlara görə azad edilən Cəbrayıl Vəliyevin müəllifliyi ilə həyata keçirilmiş qanunsuzluqlarla bağlı zamanında ölkə mətbuatında da işıqlandırılmış bir faktı xatırlatmaq istərdik. Pravda.az xatırladır ki, ötən ilin aprelində demokrat.az saytının baş redaktoru ilə Prezidentin ictimai siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov arasında yaranmış konflikt böyük səs-küyə səbəb olmuşdu. Olayın təfərrüatı isə aşağıdakı kimi olmuşdu. Demokrat.az saytında Əli Həsənovun oğlu Şamxal Həsənovun rəhbərlik etdiyi Xəzər TV-nin aparıcısı Toliklə bağlı tənqidi məqalə yayımlanmışdı. Bundan bir neçə saat sonra Əli Həsənovun müxtəlif şəxslərə zəng etdirərək baş redaktoru təhdid etməkdən belə çəkinməmişdi. Gerisini Vasif Həsənlinin o vaxtkı facebook statusundan öyrənək: "Mən materialı saytdan çıxartmadım. Səhəri gün polis idarəsindən mənə müstəntiq zəng edib, polisə çağırdı. Polis idarəsinə bir neçə həmkarlarımla birlikdə getmişdim.
|